burğu sözü azərbaycan dilində

burğu

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • burğu • 84.8485%
  • Burğu • 15.1515%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Burğu
thumb|right|100px|Polad burğusu: Təpə bucağı 118°, Tilin mailliyi 27° Burğulama — metalların və süni materialların deşilməsində tətbiq olunan texnoloji əməliyyat növüdür. Bu əməliyyatı yerinə yetirmək üçün tətbiq olunan alətə burğu deyilir. Burğu çevrəvi deşiklərin tam materialda açılması üçün tətbiq olunur. Burğulama prosesində kəsmə iki hərəkətin cəmi nəticəsində yaranır: fırlanma - burğu və hissə, hər ikisi fırlanır, uzununa hərəkət - oxboyu veriş.Burğulama həm də artıq açılmış deşiklərin böyüdülməsi üçün də tətbiq olunur. Konstruksiyasına görə aşağıdakı növləri vardır: spiralvari, lələkli, dərinlik burğuları, mərkəzləyici, burğulama başlıqları, üzükformalı.Ən geniş yayılmış növü spiralvari burğudur. O müxtəlif həndəsi formalı deşiklərin hazırlanması üçün tətbiq olunur. Adətən tezkəsən alət poladından və ya da bərk xəlitədən hazırlanır. Burğuların ölçüləri normativləşdirilib. Onlar tətbiq sahələrindən asılı olaraq müxtəlif dəqiqliyə malik olurlar. Spiralvari burğuların tilləri konus formasında olur.
Payız burğu çiçәyi
Hündürlüyü 10-20 (35) sm, gövdəyə sıxılan bir neçə sivriləşmiş qınları və yuxarıya doğru daralmış kiçik kök yumruları olan çoxillik ot bitkisidir. == Yarpaq == Kökətrafı yarpaqları enli-yumurtavari və sivridir, rozet əmələ gətirir. == Çiçək == Çiçək qrupu birtərəfli, sünbülşəkilli, oxu spiralvari burulmuş, vəzili-yumuşaq tüklüdür.Çiçək altlığı yumurtavari-neştərşəkilli, vəzilitüklüdür.Çiçəkləri xırda, ağ rəngli, bayır tərəfdən yumşaq tüklüdür. Çiçək yanlığının xariciyarpaqcıqları küt, xətli neştərvaridir, daxili yarpaqcıqları isə dilcikşəkilli, novlu, orta hissədən yuxarısı bir az genişlənmişdir, az dalğavari kənarlıdır. == Meyvə == Kapsulu 5-7 mm uzunluqda, 2-4 (və ya 5) mm qalınlıqda, yumurtavari və saysız kiçik və çox yüngül toxumlarla doludur. == Çiçəkləməsi == Sentyabr == Meyvə verməsi == Oktyabr == Azərbaycanda yayılması == Lənk. dağ. (Lənk.rayonunun Qafqaz kəndi ətrafında S. Nenyukov tərəfindən 25/IX 1936-cı ildə toplanmışdır,Astara rayonunun Fensar kəndi ətrafında L. İ.Prilipko tərəfindən 10/X 1948-ci ildə toplanmışdır, İsmayıllı rayonu ərazisində, Göyçay çayı boyunca kolluqlarda E. S. Şükürov tərəfindən 25/IX 2015-ci ildə qeydə alınmışdır. == Yaşayış mühiti == Dağətəyi zolaqda və aşağı dağ qurşağında-kəsilmiş meşələrdə, kolluqlar arasında və otlu yamaclarda rast gəlinir.
Burğulama
thumb|right|100px|Polad burğusu: Təpə bucağı 118°, Tilin mailliyi 27° Burğulama — metalların və süni materialların deşilməsində tətbiq olunan texnoloji əməliyyat növüdür. Bu əməliyyatı yerinə yetirmək üçün tətbiq olunan alətə burğu deyilir. Burğu çevrəvi deşiklərin tam materialda açılması üçün tətbiq olunur. Burğulama prosesində kəsmə iki hərəkətin cəmi nəticəsində yaranır: fırlanma - burğu və hissə, hər ikisi fırlanır, uzununa hərəkət - oxboyu veriş.Burğulama həm də artıq açılmış deşiklərin böyüdülməsi üçün də tətbiq olunur. Konstruksiyasına görə aşağıdakı növləri vardır: spiralvari, lələkli, dərinlik burğuları, mərkəzləyici, burğulama başlıqları, üzükformalı.Ən geniş yayılmış növü spiralvari burğudur. O müxtəlif həndəsi formalı deşiklərin hazırlanması üçün tətbiq olunur. Adətən tezkəsən alət poladından və ya da bərk xəlitədən hazırlanır. Burğuların ölçüləri normativləşdirilib. Onlar tətbiq sahələrindən asılı olaraq müxtəlif dəqiqliyə malik olurlar. Spiralvari burğuların tilləri konus formasında olur.
Əl burğulama maşını
Əl burğulama maşını - hissələrdə deşiklərin açılması üçün işlədilir. Quruluşuna görə onlar düz və bucaqlı olurlar. Əl burğulama maşınları bir, iki, çoxpilləli sürətlərə malik olur. Bundan əlavə fırlanma pilləsiz tənzimlənən reversiv və reversiv olmayan maşınlar da mövcuddurlar. Emal olunan materialın (metal, beton, kərpic, keramika və s.) xassələrindən asılı olaraq fırlanma zərbə ilə də müşayiət oluna bilir ki, bununla deşmədə böyük güc əldə olunur. Əl burğulama maşınlarında xüsusi alətlərin tətbiqi ilə təmizləmə, kəsmə, pardaqlama, mişarlama, frezləmə və digər köməkçi işləri yerinə yetirmək mümkündür. Əl burğulama maşınlarının gövdəsində alət sıxıcısı ilə oxla əlqələndirilmiş iki qütblü elektrik mühərriki yerləşdirilir. Elektrik mühərrikinin valı iki yastıqda oturdulur. Mühərrikin iş zamanı qızmasının qarşısını almaq üçün onun oxuna pərlər quraşdırılır. Valın çıxışında bucaq altında dişli çarx bərkidilir.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.12 dəfə / 1 mln.
2004 ••••• 0.34
2005 •••••••••••••••••••• 1.35
2006 ••••••• 0.45
2009 •••••••• 0.48
2010 ••• 0.18
2012 •• 0.09
2013 ••• 0.15
2020 •• 0.13

burğu sözünün leksik mənası və izahı

burğu sözünün etimologiyası

  • 1 Burmaq feilindən əmələ gəlib. Sancıya da “buru” deyirlər. Hər ikisi eyni kökə malikdir. Ruslardakı бурение kəlməsi də bizdən keçib. Burulğan kəlməsi də “bur­maq” mənası ilə əlaqədardır, suyun burulduğu yerdir, girdabdır. Bur­xul­maq, bur­cut­maq da yuxarıdakılarla qohumdur. M.Fasmer rus dilindəki бурить məsdərini alman və ya holland dillərinin biri ilə bağlayır və səhv edir, amma burav sözünü açıq­layarkən səhvini düzəldərək yazır ki, bu (burav), türk dillərindən ruscaya keçib. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

    Azərbaycan dilinin etimologiya lüğəti / burğu

burğu sözünün rus dilinə tərcüməsi

  • 1 1. бурав, сверло, коловорот, дрель; 2. труба, рожок;

    Azərbaycanca-rusca lüğət / burğu
  • 2 1 I сущ. 1. сверло, бурав 2. дрель (механизм для вращения при сверлении отверствий) 3. коловорот (ручной столярный инструмент) 4. инструмент для завинчивания и отвинчивания винтов 5. штопор 6. диал. вентиль II прил. 1. сверлильный. Burğu dəzgahı сверлильный станок 2. бурильный. Burğu maşını бурильная машина 3. буровой. Burğu unu буровая мука 2 сущ. прутья ивы, применяющиеся для связывания и плетения чего-л.

    Azərbaycanca-rusca lüğət / burğu

burğu sözünün inglis dilinə tərcüməsi

burğu sözünün fransız dilinə tərcüməsi

burğu sözünün ləzgi dilinə tərcüməsi

  • 1 сущ. нугъ. шуькӀуь цӀвелин тӀвал (са затӀ кутӀунун патал).

    Azərbaycanca-ləzgicə lüğəti / burğu
  • 2 сущ. 1. бурав; урукул; дрель; сверло; dülgər burğusu дерликдин бурав, урукул; 2. элкъуьрна винт ахъаюн ва я кӀевун патал алат; отвёртка; 3. кӀумп акъудун патал алат.

    Azərbaycanca-ləzgicə lüğəti / burğu

burğu sözü azərbaycan dilinin lüğətlərində

Azərbaycan dilinin dialektoloji lüğəti.

I (Gəncə, Şəmkir) göyərti dəstəsini və ya bağda tənəkləri bağlamaq üçün işlədilən nazik zoğ. – Göyü Bakıda burğuynan bağlamıllar (Gəncə); – Biyil burğumuz az olduğuna bağın (tənəyin) yarısını kəndirnən bağladıx (Şəmkir) II (Culfa, Tovuz) lampanın piltəçəkəni, lampanın işığını artırıb-azaldan hissə. – Burğuynan bursan lampa yanar da, keçər də (Culfa) III (Meğri) bax burqı

Azərbaycan dilinin dialektoloji lüğəti.

"burğu" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#burğu nədir? #burğu sözünün mənası #burğu nə deməkdir? #burğu sözünün izahı #burğu sözünün yazılışı #burğu necə yazılır? #burğu sözünün düzgün yazılışı #burğu leksik mənası #burğu sözünün sinonimi #burğu sözünün yaxın mənalı sözlər #burğu sözünün əks mənası #burğu sözünün etimologiyası #burğu sözünün orfoqrafiyası #burğu rusca #burğu inglisça #burğu fransızca #burğu sözünün istifadəsi #sözlük