Busa sözü azərbaycan dilində

Busa

Yazılış

  • Busa • 85.0000%
  • busa • 15.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Busan
Busan (kor. 부산, 釜山) — əvvəllər Pusan adlandırılsada ​günümüzdə rəsmi olaraq Busan Metropolitan şəhəri kimi tanınır və Cənubi Koreyanın Seuldan sonra ən çox əhalisi olan ikinci şəhəri və həmçinin, Cənubi-Şərqi Koreyanın iqtisadi, mədəni və təhsil mərkəzidir. Busan limanı Koreyanın ən işlək və eyni zamanda dünyanın ən işlək 10-limanları sırasındadır. Honshu və Kyushunun Yapon adalarından təxminən 190 km məsafədə yerləşir. Ətrafdakı şəhərlər (Ulsan və Cənubi Gyeongsang daxil olmaqla) "Cənubişərqi İqtisadi Coğrafiyasında" Cənubi Koreyanın ən böyük sənaye şəhəridir. Busan idari cəhətdən 15 əsas hissəyə bölünmüş və əhalisi təxminən 3.6 milyona yaxındır. Busan idarəsində olan Gimhae və Yangsanla birlikdə əhalisi 4,6 milyondur. Şəhərin ən sıx yaşayış sahələri Nakdong (Cənubi Koreyanın ən uzun çayıdır eyni zamanda) və Suyeong çayları arasındakı dağlarla ayrılmış vadilərdə yerləşir. == Tarixi == Hal-hazırkı Busan şəhəri 2-4-cı əsrlərdə Jinhan Konfederasiyasının başçılığı altında qeydə alınıb. Şilla tərəfindən udulmuş və bölgə kimi təşkil edilmişdir.
Busan Beynəlxalq Film Festivalı
Busan Beynəlxalq Film Festivalı ( kor. 부산국제영화제, ing. Busan İnternational Film Festival, BIFF) — hər il payızda Koreya Respublikasının Busan şəhərində, Busan Film Mərkəzində keçirilən beynəlxalq film festivalıdır. Tokyo və Honkonq Beynəlxalq Film Festivalları ilə yanaşı, Asiyanın ən böyük film festivalı hesab olunur. Bu film festivalı Film İstehsalçıları Assosiasiyalarının Beynəlxalq Federasiyası (FİABF) tərəfindən rəsmi olaraq tanınır. == Tarixi == Busan Beynəlxalq Film Festivalı Koreya film sənayesinin tənəzzülə uğradığı dövrdə bu sahənin dirçəlişinə nail olmaq üçün təsis edilmişdir. Yeni müəllifləri kəşf edib onlara dəstək verərək Asiya filmlərinin gələcək imkanlarını araşdırmaq məqsədilə 1996-cı ildə təsis edilmiş və nəinki Koreya, hətta ümumilikdə Asiya filmlərinin inkişafına töhfə vermişdir. Festivalın əsas məqsədi Asiya filmlərinin dirçəlişinə nail olmaq, Busan vizual sənayesini canlandırmaq və turistləri cəlb etməkdir. Bu festival dünyanın müxtəlif yerlərindən gələn aktyorlar, rejissorlar, prodüserlər, film-video mütəxəssisləri və tamaşaçıların birlikdə səmimi ünsiyyət qura biləcəyi mühitə malikdir. Busan Beynəlxalq Film Festivalının açılış mərasimi hər il Heunde Yaxta Stadionunda keçirilir.
Busan Xarici Tədqiqatlar Universiteti
Busan Xarici Tədqiqatlar Universiteti (Koreya: 부산외국어대학교) — tez-tez 부산외대 və BXTU kimi qısaldılmış, 2011-ci ildən əvvəl Pusan ​​Xarici Tədqiqatlar Universiteti kimi romanlaşdırılmış, Cənubi Koreyanın Busan şəhərində xarici dillər üzrə ixtisaslaşmış özəl universitetdir. == Tarixi == Busan Xarici Tədqiqatlar Universiteti 1981-ci ildə mərhum Çunq Tae-sung tərəfindən təsis edilib. Onun təhsil fəlsəfəsi ondan ibarət idi ki, gənc intellektual şüurlar beynəlxalq liderlərə çevrilsinlər. Busan Xarici Tədqiqatlar Universiteti 1982-ci ilin aprelində xarici dil təhsili kollec kimi yaradılmışdır və ilk tələbələri ingilis, fransız, yapon, çin, alman, indoneziya, malay və tay dillərini öyrənir. 1980-ci illərdə kollec proqramlarını genişləndirdi və nəhayət 1991-ci ildə universitet oldu. 2009-cu ildən etibarən Busan Xarici Dillər Universitetinin 24 ölkədə 94 universitetlə akademik mübadilə proqramı müqavilələri var. == Dərslər == BXTU yeddi kollec, dörd aspirantura proqramı və doqquz tədqiqat institutundan ibarətdir. Məktəbin dil şöbəsi üç kollecdə qurulmuşdur: İngilis, Yapon və Çin Kolleci, Qərbşünaslıq Kolleci və Şərqşünaslıq Kolleci. Universitetin təklif etdiyi digər Qərb dilləri italyan, ispan, portuqal və rus dilləridir. Yapon və Çin dillərindən əlavə, Şərq dilləri Vyetnam, Birma, Hind, Ərəb, Türk və Özbək dilləridir.Universitet həmçinin beynəlxalq tədqiqatlar, Koreya dili və ədəbiyyatı, beynəlxalq hüquq, beynəlxalq biznes və İT üzrə təlim proqramları təklif edir.
Busan ekspresi (film, 2016)
Busan ekpresi (Hanqıl: 부산행; RR: Busanhaeng) — 2016-cı ildə istehsal olunmuş zombi kateqoriyasındakı qorxu filmi. Rejissoru Yeon Sang-ho və baş rollarda Gong Yoo, Jung Yu-mi və Ma Dong-seok iştirak etmişdir. Filmin dünya premyerası 2016 Cannes Film Festivalında Gecə Sessiyasında reallaşdırılmışdır. 7 Avqustda 10 milyon film izləyicisi ilə 2016-cı ildə efirlərə çıxarılmış və tamaşaçı rekordu qırmış ilk Koreya filmi olmuşdur Filmdən bir ay sonra Seul Station adlı cizgi filmi istehsal edilmişdir. == Süjet xətti == Dağıdıcı bir virus Cənubi Koreyanı öz təsiri altına almışdır. Bu vaxt Seuldan Busana gedən qatardakı sərnişinlər sağ qalmaq üçün mübarizə aparırlar.
Busan ekspresi 2 Yarımada (film, 2020)
== Süjet xətti == Cənubi Koreyada başlayan naməlum virus epidemiyası qısa müddətdə yüz minlərlə insanı zombiyə çevirir. Qonşu ölkələr axının qarşısını almaq üçün yarımadanı blokadaya salır, bütün su və quru sərhədlər ciddi nəzarətə götürülür. Hadisələrdən 4 il ötür. Cənubi Koreya tam olaraq ətrafdan təcrid olunub, şəhərlər və qəsəbələr viran qalıb. Sağ qalanların olub-olmaması heç kimə bəlli deyil. Vaxtında təxliyə olunan, ancaq gəmidə yaşanan fors-major nəticəsində bacısı və bacısı oğlunu itirən kapitan Çon-suk Honkonqda qaçqın statusuyla yaşayır. Bacısının əri də onunla bir düşərgədə qalsa da, ailəsini qoruya bilmədiyi üçün ona nifrət edir. Bir gün yerli mafiya bossu onların hər ikisini çağırtdıraraq, inanılmaz bir təklif edir: o, zombilərlə qaynaşan İnçhondan içi pulla dolu yük maşınını gətirənə 20 milyon dollar mükafat söz verir...
Busat Qurbanov
Busat Əfsər oğlu Qurbanov (10 sentyabr 2000, Aşağı Kürdmahmudlu, Füzuli rayonu – 10 oktyabr 2020, Füzuli) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsinin şəhidi. == Həyatı və hərbi xidməti == Busat Qurbanov 10 sentyabr 2000-cı ildə Füzuli rayonunun Aşağı Kürdmahmudlu kəndində dünyaya göz açmışdır. Orta məktəbi bitirdikdən sonra hərbi xidmətə yollanan Busat hərbi xidmət müddətini bitirdikdən sonra yenidən orduda qalmış, müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olmuşdur. Azərbaycan Ordusunun əsgəri olan Busat Qurbanov 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində tuşlayıcı olaraq iştirak etmişdir. Füzulinin azad edilməsi uğrunda gedən döyüşlərdə vuruşmuş, postların yarılmasında iştirak etmişdir. O, 10 oktyabr 2020-ci ildə Füzulinin azad edilməsində döyüş tapşırığını yerinə yetirəkən həlak olmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Busat Qurbanov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Busat Qurbanov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Busat Qurbanov ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.
Olimpiko Regional Arnaldo Busatto stadionu
Olimpiko Regional Arnaldo Busatto stadionu — Digər adı olan Ninyo das Kobras (mənası İlan yuvası) tanınan, Braziliyanın Parana ştatının Kaskavel şəhərində yerləşən stadiondur. Stadion hal-hazırda futbol oyunlarının keçirilməsi üçün istifadə olunur. Kaskavel FK, Kaskavel İdman Klubu və Kaskavel Rekreativo FK öz ev oyunlarını bu stadionda keçirir. Stadionun tamaşaçı tutumu 28125 nəfərə bərabərdir və 1982-ci ildə inşa edilmişdir.Stadionun sahibi Kaskavel Siti Holl şirkətidir. Stadion alderman (Portuqal dilində vereador), dövlət müavini və federal müavin olan Arnaldo Busattonun adını daşıyır. == Tarixi == 1982-ci ildə stadionundakı işlər başa çatdırılmışdır. Stadionda ilk oyun həmin ilin 10 noyabr tarixində baş tutmuşdur. Həmin oyunda San-Paulu klubu Kaskaveli 1-0 hesabı ilə məğlub etmişdir. Stadionda ilk qolu isə San-Pauludan Paulo Sesar vurmuşdur. Stadionda tamaşaçı rekordu 35000 nəfərə bərabərdir ki, bu rekord da ilk oyunda qeydə alınmışdır.
Busan boğazı
Busan boğazı (kor. ) — Koreya yarımadasının cənub-şərq sahilləri ilə Tsuşima adaları arasında Koreya boğazının şimal-qərb keçidi. Yapon dənizi ilə Şərqi Çin dənizini birləşdirir. Eni 52 kilometr, dərinliyi 56-184 metr, dar xəndəkdə 230 metrə çatır. Cərəyanlar əsasən şimal-şərq istiqamətindədir, sürəti təxminən 1,0 km/saatdır. Cərəyanın şimal-şərq sahilində əks istiqamətdədir.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.04 dəfə / 1 mln.
2013 •••••••••••• 0.15
2019 ••••••••••• 0.14
2020 •••••••••••••••••••• 0.27

"busa" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#busa nədir? #busa sözünün mənası #busa nə deməkdir? #busa sözünün izahı #busa sözünün yazılışı #busa necə yazılır? #busa sözünün düzgün yazılışı #busa leksik mənası #busa sözünün sinonimi #busa sözünün yaxın mənalı sözlər #busa sözünün əks mənası #busa sözünün etimologiyası #busa sözünün orfoqrafiyası #busa rusca #busa inglisça #busa fransızca #busa sözünün istifadəsi #sözlük