Busan sözü azərbaycan dilində

Busan

Yazılış

  • Busan • 94.8148%
  • busan • 5.1852%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Busan
Busan (kor. 부산, 釜山) — əvvəllər Pusan adlandırılsada ​günümüzdə rəsmi olaraq Busan Metropolitan şəhəri kimi tanınır və Cənubi Koreyanın Seuldan sonra ən çox əhalisi olan ikinci şəhəri və həmçinin, Cənubi-Şərqi Koreyanın iqtisadi, mədəni və təhsil mərkəzidir. Busan limanı Koreyanın ən işlək və eyni zamanda dünyanın ən işlək 10-limanları sırasındadır. Honshu və Kyushunun Yapon adalarından təxminən 190 km məsafədə yerləşir. Ətrafdakı şəhərlər (Ulsan və Cənubi Gyeongsang daxil olmaqla) "Cənubişərqi İqtisadi Coğrafiyasında" Cənubi Koreyanın ən böyük sənaye şəhəridir. Busan idari cəhətdən 15 əsas hissəyə bölünmüş və əhalisi təxminən 3.6 milyona yaxındır. Busan idarəsində olan Gimhae və Yangsanla birlikdə əhalisi 4,6 milyondur. Şəhərin ən sıx yaşayış sahələri Nakdong (Cənubi Koreyanın ən uzun çayıdır eyni zamanda) və Suyeong çayları arasındakı dağlarla ayrılmış vadilərdə yerləşir. == Tarixi == Hal-hazırkı Busan şəhəri 2-4-cı əsrlərdə Jinhan Konfederasiyasının başçılığı altında qeydə alınıb. Şilla tərəfindən udulmuş və bölgə kimi təşkil edilmişdir.
Busan boğazı
Busan boğazı (kor. ) — Koreya yarımadasının cənub-şərq sahilləri ilə Tsuşima adaları arasında Koreya boğazının şimal-qərb keçidi. Yapon dənizi ilə Şərqi Çin dənizini birləşdirir. Eni 52 kilometr, dərinliyi 56-184 metr, dar xəndəkdə 230 metrə çatır. Cərəyanlar əsasən şimal-şərq istiqamətindədir, sürəti təxminən 1,0 km/saatdır. Cərəyanın şimal-şərq sahilində əks istiqamətdədir.
Busan Beynəlxalq Film Festivalı
Busan Beynəlxalq Film Festivalı ( kor. 부산국제영화제, ing. Busan İnternational Film Festival, BIFF) — hər il payızda Koreya Respublikasının Busan şəhərində, Busan Film Mərkəzində keçirilən beynəlxalq film festivalıdır. Tokyo və Honkonq Beynəlxalq Film Festivalları ilə yanaşı, Asiyanın ən böyük film festivalı hesab olunur. Bu film festivalı Film İstehsalçıları Assosiasiyalarının Beynəlxalq Federasiyası (FİABF) tərəfindən rəsmi olaraq tanınır. == Tarixi == Busan Beynəlxalq Film Festivalı Koreya film sənayesinin tənəzzülə uğradığı dövrdə bu sahənin dirçəlişinə nail olmaq üçün təsis edilmişdir. Yeni müəllifləri kəşf edib onlara dəstək verərək Asiya filmlərinin gələcək imkanlarını araşdırmaq məqsədilə 1996-cı ildə təsis edilmiş və nəinki Koreya, hətta ümumilikdə Asiya filmlərinin inkişafına töhfə vermişdir. Festivalın əsas məqsədi Asiya filmlərinin dirçəlişinə nail olmaq, Busan vizual sənayesini canlandırmaq və turistləri cəlb etməkdir. Bu festival dünyanın müxtəlif yerlərindən gələn aktyorlar, rejissorlar, prodüserlər, film-video mütəxəssisləri və tamaşaçıların birlikdə səmimi ünsiyyət qura biləcəyi mühitə malikdir. Busan Beynəlxalq Film Festivalının açılış mərasimi hər il Heunde Yaxta Stadionunda keçirilir.
Busan Xarici Tədqiqatlar Universiteti
Busan Xarici Tədqiqatlar Universiteti (Koreya: 부산외국어대학교) — tez-tez 부산외대 və BXTU kimi qısaldılmış, 2011-ci ildən əvvəl Pusan ​​Xarici Tədqiqatlar Universiteti kimi romanlaşdırılmış, Cənubi Koreyanın Busan şəhərində xarici dillər üzrə ixtisaslaşmış özəl universitetdir. == Tarixi == Busan Xarici Tədqiqatlar Universiteti 1981-ci ildə mərhum Çunq Tae-sung tərəfindən təsis edilib. Onun təhsil fəlsəfəsi ondan ibarət idi ki, gənc intellektual şüurlar beynəlxalq liderlərə çevrilsinlər. Busan Xarici Tədqiqatlar Universiteti 1982-ci ilin aprelində xarici dil təhsili kollec kimi yaradılmışdır və ilk tələbələri ingilis, fransız, yapon, çin, alman, indoneziya, malay və tay dillərini öyrənir. 1980-ci illərdə kollec proqramlarını genişləndirdi və nəhayət 1991-ci ildə universitet oldu. 2009-cu ildən etibarən Busan Xarici Dillər Universitetinin 24 ölkədə 94 universitetlə akademik mübadilə proqramı müqavilələri var. == Dərslər == BXTU yeddi kollec, dörd aspirantura proqramı və doqquz tədqiqat institutundan ibarətdir. Məktəbin dil şöbəsi üç kollecdə qurulmuşdur: İngilis, Yapon və Çin Kolleci, Qərbşünaslıq Kolleci və Şərqşünaslıq Kolleci. Universitetin təklif etdiyi digər Qərb dilləri italyan, ispan, portuqal və rus dilləridir. Yapon və Çin dillərindən əlavə, Şərq dilləri Vyetnam, Birma, Hind, Ərəb, Türk və Özbək dilləridir.Universitet həmçinin beynəlxalq tədqiqatlar, Koreya dili və ədəbiyyatı, beynəlxalq hüquq, beynəlxalq biznes və İT üzrə təlim proqramları təklif edir.
Busan ekspresi (film, 2016)
Busan ekpresi (Hanqıl: 부산행; RR: Busanhaeng) — 2016-cı ildə istehsal olunmuş zombi kateqoriyasındakı qorxu filmi. Rejissoru Yeon Sang-ho və baş rollarda Gong Yoo, Jung Yu-mi və Ma Dong-seok iştirak etmişdir. Filmin dünya premyerası 2016 Cannes Film Festivalında Gecə Sessiyasında reallaşdırılmışdır. 7 Avqustda 10 milyon film izləyicisi ilə 2016-cı ildə efirlərə çıxarılmış və tamaşaçı rekordu qırmış ilk Koreya filmi olmuşdur Filmdən bir ay sonra Seul Station adlı cizgi filmi istehsal edilmişdir. == Süjet xətti == Dağıdıcı bir virus Cənubi Koreyanı öz təsiri altına almışdır. Bu vaxt Seuldan Busana gedən qatardakı sərnişinlər sağ qalmaq üçün mübarizə aparırlar.
Busan ekspresi 2 Yarımada (film, 2020)
== Süjet xətti == Cənubi Koreyada başlayan naməlum virus epidemiyası qısa müddətdə yüz minlərlə insanı zombiyə çevirir. Qonşu ölkələr axının qarşısını almaq üçün yarımadanı blokadaya salır, bütün su və quru sərhədlər ciddi nəzarətə götürülür. Hadisələrdən 4 il ötür. Cənubi Koreya tam olaraq ətrafdan təcrid olunub, şəhərlər və qəsəbələr viran qalıb. Sağ qalanların olub-olmaması heç kimə bəlli deyil. Vaxtında təxliyə olunan, ancaq gəmidə yaşanan fors-major nəticəsində bacısı və bacısı oğlunu itirən kapitan Çon-suk Honkonqda qaçqın statusuyla yaşayır. Bacısının əri də onunla bir düşərgədə qalsa da, ailəsini qoruya bilmədiyi üçün ona nifrət edir. Bir gün yerli mafiya bossu onların hər ikisini çağırtdıraraq, inanılmaz bir təklif edir: o, zombilərlə qaynaşan İnçhondan içi pulla dolu yük maşınını gətirənə 20 milyon dollar mükafat söz verir...

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.35 dəfə / 1 mln.
2007 ••• 0.21
2009 ••••••• 0.48
2010 ••••••••• 0.64
2011 •••••••••• 0.69
2012 •••• 0.26
2015 ••••• 0.34
2016 •••••••••• 0.69
2017 •••••••••••••••••••• 1.46
2019 •••• 0.28

Oxşar sözlər

#busan nədir? #busan sözünün mənası #busan nə deməkdir? #busan sözünün izahı #busan sözünün yazılışı #busan necə yazılır? #busan sözünün düzgün yazılışı #busan leksik mənası #busan sözünün sinonimi #busan sözünün yaxın mənalı sözlər #busan sözünün əks mənası #busan sözünün etimologiyası #busan sözünün orfoqrafiyası #busan rusca #busan inglisça #busan fransızca #busan sözünün istifadəsi #sözlük