Buç sözü azərbaycan dilində

Buç

Yazılış

  • Buç • 77.7778%
  • buç • 22.2222%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Amvrosi Buçma
Amvrosi Maksimilianoviç Buçma (ukr. Амвросій Максиміліанович Бучма; 2 (14) mart 1891, Lvov, Avstriya-Macarıstan – 6 yanvar 1957, Kiyev) — ukrayna sovet aktyoru, kinorejissor. Ukrayna SSR xalq artisti (1940). SSRİ xalq artisti (1944). == Həyatı == Amvrosi Buçma 14 mart 1891-ci ildə Lvovda anadan olub. 1905-ci ildən Lvovdakı "Ruska besida" teatrının aktyoru olmuş, faciə, dram, vodevil, opera və operetta kimi müxtəlif janrlarda çıxış etmişdir. 1914-cü ildə Birinci dünya müharibəsi zamanı Avstriya ordusuna çağırılmış, 1915-ci ildə Avstriya hərbi əsiri kimi Rusiyaya gətirilmişdir. 1917-ci ildən səhnə fəaliyyətinə qayıtmışdır. Kiyevdə Musiqili Dram İnstitutunda oxumuşdur. 1919-cu ildə "Yeni Lvov teatrı"nın rəhbəri olnuşdur.
Aşina Buçjen
Aşina Buçjen (v. 667) — Tan sülaləsinin işğalından sonra imperator tərəfindən sonra Nuşibilərin xaqanı olaraq təyin olunmuşdu. General Su Dinqfanqa yardım etdiyi üçün imperator tərəfindən Civanqcue xan 繼往絕可汗 ("Bitmiş olanı davam etdirən xan") titulu almışdı. == Ailəsi == Böri şadın oğlu, Xallıq İşbara Yabqu xaqanın kiçik qardaşı idi. Qardaşı ilə birlikdə İnan Cençu xaqan üzərinə yürüşdə iştirak etmişdi. Lakin qardaşının elə də güclü olmadığını görüb onun da hakimiyyətinə göz diksə də sadəcə onun öldürülməsinə nail oldu. 667-ci ildə öldü. Yerinə oğlu Kuşrak keçdi.
Buça qətliamı
Buça qətliamı və ya Buça soyqırımı — Rusiya-Ukrayna müharibəsi gedişində Buçanın dinc sakinlərinə qarşı Rusiya Silahlı Qüvvələri tərəfindən törədilmiş kütləvi qətl və işgəncələr. Ukrayna, Polşa, Latviya və Estoniya rəsmiləri bu olayları soyqırımı adlandırıblar. == Hesabatlar == The Kyiv Independent yazdığına görə, martın 4-də Rusiya qüvvələri it sığınacağına yemək çatdırmaqdan qayıdan üç dinc insanı maşında öldürüb. Martın 5-də, saat 7:15-də içində qaçmağa cəhd edən iki ailə olan iki maşın Çkalova küçəsinə dönən zamanı Rusiya qüvvələri tərəfindən görünüb. Onlar maşınlara atəş açaraq, ikinci maşındaki kişini öldürüblər. Öndə olan maşın isə pulemyot atəşinə məruz qalıb və ordaki iki uşaq və anası dərhal həyatlarını itiriblər.Sosial medialarda kütləvi qırğınları göstərən ilk video Rusiya qoşunların geri çəkilməsindən sonra, aprelin 2-də yayımlanmağa başlayıb. Buça merinin, Anatoli Fedorukun sözlərinə görə, bölgədə aşkar olunmuş cəsədlərin arasında "yüzlərlə Rusiya əsgərləri" də var idi. Bundan sonra, Rusiya qüvvələrinin işğal zamanı törətdiyi hərbi cinayətlərinin daha çox sübutları aşkar olunmağa başladı. Ukrayna Müdafiə Qüvvələrinin əsgərlərinin sözlərinə görə, onlar Buçanın yanında yerləşən Zabuççyadaki yay düşərgəsinin zirzəmisində on səkkiz kişi, qadın və uşaq meyitini şikəst edilmiş vəziyyətdə tapmışlar. Ukrayna ordusunun çəkdiyi videoda həmin zirzəmi işgəncə otağı kimi görünür.
Buçaş müqaviləsi
Buçaş müqaviləsi — 18 oktyabr 1672-ci il tarixində Osmanlı İmperiyası ilə Polşa-Litva Birliyi (Reç Pospolita- Polşa Krallığı Taxt-tacı və Böyük Litva knyazlığı arasında 1569-cu ilin iyul ayında imzalanmış Lyublin uniyasına əsasən yaradılmış federativ dövlət) arasında bağlanmış sülh müqaviləsidir. Bu saziş Osmanlı İmperiyasının ərazi qazandığı son müqavilədir. Bundan başqa, Osmanlı Dövləti, Bucaş müqaviləsi ilə qərbdə ən geniş sərhədlərinə çatmışdır. Hotin müqaviləsidən sonra (1621), Polşa-Litva Birliyi və Osmanlı İmperiyası arasında 50 il davam edən bir sülh prosesi baş vermişdi. Osmanlı himayəsindəki Ukrayna kazaklarına hücum edən polşalılar, sülhü pozublar. Sultan IV Mehmed və Körpülü Fazil Əhməd Paşa Ukrayna kazaklarının kömək istəməsi ilə Polşa yürüşünə çıxdılar. Kamaniçe yürüşü olaraq da adlandırılan səfərdə Osmanlı ordusunun ard-arda qazandığı uğurlardan sonra, Krım xanının da vasitəsilə Polşa sülh istədi. İmzalanan Buçaş (Buczacs) müqaviləsinə (18 oktyabr 1672) görə, Podolya Osmanlılara keçdi, Ukrayna da Osmanlı himayəsində Kazaxlara buraxılırdı. Reç Pospolita Krım xanına vergi ödəməyə davam etdiyi kimi peşkəş adı altında hər il Osmanlı İmparatorluğuna 22.000 də qızıl vergi ödəməyə məcbur edilirdi. Sazişin digər maddələrinə görə, Reç Pospolitadakı Lipka tatarlarından Türk ordusuna qoşulanların mallarına və ailələrinə zərər verilməyəcəkdi.
Buçeci dağları
Buçeci dağları (Rumın: Munții Bucegi [ˈmunt͡sij buˈt͡ʃed͡ʒʲ] ( dinlə); mac. Bucsecs-hegység) — Mərkəzi Rumıniyada, Braşov şəhərinin cənubunda yerləşən dağ silsiləsi. Buçeqi dağları Karpat dağlarının qolu olan Cənubi Karpat dağlarının bir hissəsidir. Şərqə doğru getdikcə dağların yamacları dikləşir və burada məşhur Prahova dərəsi yerləşir (Buşteni və Sinaya şəhərləri). Buçeci platformasında külək müxtəlif və görməli daş quruluşlarının yaranmasına səbəb olmuşdur: Sfinks və Babelə kimi. Belə bir inanc mövcuddur ki, Buçeci müqəddəs Dakiya dağı olan Koqaynondur, hansı ki, bu dağın mağarasında tanrı Zalmoksis yaşayır. == Ad == "Buçeci" adının mənşəyi mübahisələr doğurur. "Buçeac" və ya "Buqeaç" adın ilkin forması hesab olunur. Bu söz dağ adamlarının dilində ardıc ağaclarını və meşə mamırlarını ifadə etmək üçün istifadə olunur. "Buçeci" sözünün arxaik forması "Buçeçi"dir.
Buçeqi Təbiət Parkı
Buçeqi Təbiət Parkı (rum. Parcul Natural Bucegi) — Cənubi Karpat bölgəsindəki Buceqi dağlarının ərazisində yerləşən, Rumıniyada bir mühafizə sahəsi. Buçeqi Təbiət Parkının ərazisi 32,663 ha-dır. Rumıniyada Braşov, Dımboviţsa və Praxova mahallarının inzibati ərazisində yerləşir. == Tarixi == Uzun müddət, 20-ci əsrin əvvəllərindən etibarən Buçeqi dağ silsiləsinin nadir və zəngin florası həm Rumıniyanın özündən, həm də xaricdən olan bir çox tədqiqatçı və təbiət həvəskarlarının diqqətini çəkir. Buçeqi dağlarında mühafizə zonası təşkil etmək üçün ilk təkliflər 1936-cı ilə aiddir. Turizmin inkişafı və təbii sərvətlərdən maksimum istifadə ilə ərazinin bioloji müxtəlifliyini kütləvi şəkildə məhv olmaq təhlükəsi yaratmışdır. Buna görə hökumətin 01.27.1990 tarixli əmri ilə Buçeqi Təbiət Parkını yaratmaqla yerli təbiətin qorunması üçün müvafiq tədbirlər həyata keçirilmişdir. Buçeqi təbiət parkının coğrafi sərhədləri Rumıniya hökumətinin 4 mart 2003-cü il tarixli 230 nömrəli qərarı ilə biosfer qoruqlarının, təbii və milli parkların delimitasiyası və təbii parkın administrasiyasının yaradılması haqqında qərarı ilə müəyyən edilmişdir. Təbiət parkına mağaralar, çuxurlar, dərələr, silsilələr, kanyonlar, vadilər, şəlalələr, otlaqlar və müxtəlifliyi qoruyan meşələr olan dağlıq bir bölgə daxildir.
Buçeqi dağları
Buçeci dağları (Rumın: Munții Bucegi [ˈmunt͡sij buˈt͡ʃed͡ʒʲ] ( dinlə); mac. Bucsecs-hegység) — Mərkəzi Rumıniyada, Braşov şəhərinin cənubunda yerləşən dağ silsiləsi. Buçeqi dağları Karpat dağlarının qolu olan Cənubi Karpat dağlarının bir hissəsidir. Şərqə doğru getdikcə dağların yamacları dikləşir və burada məşhur Prahova dərəsi yerləşir (Buşteni və Sinaya şəhərləri). Buçeci platformasında külək müxtəlif və görməli daş quruluşlarının yaranmasına səbəb olmuşdur: Sfinks və Babelə kimi. Belə bir inanc mövcuddur ki, Buçeci müqəddəs Dakiya dağı olan Koqaynondur, hansı ki, bu dağın mağarasında tanrı Zalmoksis yaşayır. == Ad == "Buçeci" adının mənşəyi mübahisələr doğurur. "Buçeac" və ya "Buqeaç" adın ilkin forması hesab olunur. Bu söz dağ adamlarının dilində ardıc ağaclarını və meşə mamırlarını ifadə etmək üçün istifadə olunur. "Buçeci" sözünün arxaik forması "Buçeçi"dir.
Buçintoro
Buçintoro (it. Bucintoro) - Venesiya dojlarının istifadə etdikləri mərasim qalerası. Qaleranın geniş yayılmış digər adları "Bukentavr" və ya "Buçentavrdır". XII əsrdən 1798-ci ilə qədər Zühur günü Venesiya doju bu qalerada əhali arasında görünərək "Adriatik dənizi ilə nikah" mərasimini nümayiş etdirirdi. Tədqiqatçılar indiyədək 4 ədəd böyük qaleranın olmasını və bunlardan birincisinin 1311-ci ildə tikildiyini bildirirlər. Sonuncu və ən möhtəşəm buçintoro 1729-cu ildə Venesiya doju III Alvize Sebastyano Moçeniqonun dənizlə nikah mərasimi üçün tikilmişdir. Covanni Antonio (Kanaletto) və Françesko Qvardinin rəsmlərində təsvir olunmuş bu qaleranın uzunluğu 35m, eni isə 8 m-dən çox olmuşdur. İkimərtəbəli üzən salon 90 nəfərlik sərnişin daşıma tutumuna malik idi. Dojun taxtı gəmi sarğısında yerləşirdi, gəminin burnunda isə əlində qılınc və tərəzi tutmuş ilahə Yustisiyanın fiquru var idi. Bu qaleranın hərəkət etməsi üçün 168 nəfər avarçəkən və 40 nəfər matrosun iştirak etmişdir.
Buçuktəpə hadisəsi
Buçuktəpə hadisəsi (Türkcə: Buçuktepe olayı) — 1446-cı ildə Ədirnədə baş verən və II Mehmedin birinci səltənətinə son qoyan ilk yeniçəri üsyanı. Sultan Murad 1444-cü ildə macarlarla və Qaramanoğulları ilə sülh imzalamış, beləliklə, dövlətin şərqdə və qərbdə təhlükəsizliyini təmin etdikdən sonra həyatda qalan yeganə oğlu Şahzadə Mehmedin lehinə taxtdan imtina etdi və Manisaya çəkildi. Sultan Mehmed o əsnada 12 yaşında idi. Divan məclisinin üzvləri isə sədrəzəm Çandarlı Xəlil Paşa, Rumeli bəylərbəyi Şəhabəddin Paşa, Zağanos Mehmed Paşa, Saruca Paşa və başqazı Molla Hüsrəv idi. Ancaq Sultan Muradın taxtdan kənarda keçirdiyi illər çox çəkmədi. Macarlar Osmanlı taxtında bir uşağın oturmasından istifadə edərək, Qaramanoğullarının təhrikiylə 12 iyul 1444 tarixində 12 illik bağlanan sülhün şərtlərini pozaraq Osmanlılara müharibə elan etdi (1 sentyabr 1444). Başda Roma papası olmaqla, Valaxiya, serblər, almanlar və italyanların dəstəyini alan macarlar yeni bir səlib ordusu yaratmışdı. Səlib ordusu bolqar torpaqlarına hücum etmiş, Varnaya qədər irəliləmişdi. Nəticədə Osmanlı vəzirləri Sultan Mehmedin rəhbərliyində toplanıb Sultan Muradı yenidən taxta gətirməyə qərar verdilər. Sultan Murad isə yalnız ordunun rəhbərliyini qəbul edərək Varnada səlib ordusu ilə döyüşərək qalib gəlmişdi.
Buççellato tortu
Buççellato (it. buccellato) — Siciliyanın yumru tortudur == Haqqında == Hansı ki, xaç atasının öz xaç oğulluğuna vəftiz günündə verir. Tortun çox iri olması vacibdir. Çünki xaç suyuna salınan uşağa tort nə qədər iri olsa daha çox uğur gətirmiş olacaq. Tortun içərisinə təbii və konservləşdirilmiş meyvələr, müxtəlif çərəzlərdə qatılır. Bu tortun bənzəri yalnız anis əlavəli İtaliyanın Lukka şəhərinin məşhur desertidir.
Metyu Buçinger
Metyu Buçinger (Matthew Buchinger; 2 iyun 1674 - 17 yanvar 1740), və yaxud da Matthias Buchinger, alman sənətçisi, sehrbaz, xəttat idi. O, dünyaya əlləri və ayaqları olmadan, 74 sm boy ilə gəlmişdir. Onun illüstrasiyaları çox kiçik mətnlərdən ibarət olurdu. == Həyatı == Buçinger 2 iyun 1674-cü ildə Almaniyanın Ansbach şəhərində, əlləri və ayaqları olmadan doğuldu. Onun valideynləri yaxşı rütbələrə sahib idilər. Onlar uşaqlıq dövründə Buçingeri digərlərindən gizlətməyə çalışırdılar. Byüdükdən sonra onlar Buçingeri işlə təmin etmək istədilər, lakin bunda da əziyyət çəkdilər. Sonda isə bu fikirdən əl çəkməli oldular. Buçinger öz fiziki cəhətdən gözəl qəhrəmanları ilə birliktə, bütün Şimali Amerikanın kral və aristokratlarını əyləndirmək üçün səyahətlərə çıxırdı. Ona "Nürnberqdən kiçik adam" deyə də səslənirdilər.
Çarlz Buçan
Çarlz Mürrey Byuken (ing. Charles Murray Buchan, 22 sentyabr 1891, Plamsted, Londonun Qrinviç inzibati dairəsi, İngiltərə — 15 iyun 1960, Monte-Karlo, Monako), daha çox Çarli Byuken (ing. Charlie Buchan adı ilə məşhurdur) — ingilis futbolçu, mərkəz hücumçusu, "Sanderlend", "Arsenal" klublarının və İngiltərə milli futbol komandasının kapitanı, tanınmış idman jurnalisti və şərhçisi. "Sanderlend"in heyətində 1912/13 mövsümündə İngiltərə çempionu, Futbol liqası birinci divizionunun 1922/23 mövsümünün isə ən yaxşı bombardiri olub. Bu klubun tarixində ikinci ən yaxşı bombardir sayılır (221 qol). "Charles Buchan’s Football Monthly" jurnalının yaradıcısıdır. "Sanderlend" klubu ondan ötrü 1000 funt verəndə bu futbolçunun cəmi 18 yaşı vardı. "Sanderlend"də oynadığı üç ilin ərzində Buçan 65 qol vurmuşdur.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.02 dəfə / 1 mln.
2016 •••••••••••••••••••• 0.35

"buç" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#buç nədir? #buç sözünün mənası #buç nə deməkdir? #buç sözünün izahı #buç sözünün yazılışı #buç necə yazılır? #buç sözünün düzgün yazılışı #buç leksik mənası #buç sözünün sinonimi #buç sözünün yaxın mənalı sözlər #buç sözünün əks mənası #buç sözünün etimologiyası #buç sözünün orfoqrafiyası #buç rusca #buç inglisça #buç fransızca #buç sözünün istifadəsi #sözlük