bölməsin sözü azərbaycan dilində

bölməsin

Yazılış

  • bölməsin • 54.5455%
  • Bölməsin • 45.4545%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
AMEA Naxçıvan Bölməsinin Arxeologiya və Etnoqrafiya muzeyi
AMEA Naxçıvan Bölməsinin "Arxeologiya və Etnoqrafiya muzeyi" – 2008-ci ildən fəaliyyət göstərir. Naxçıvan bölgəsinin ən qədim zamanlardan müasir dövrədək tariximizdən soraq verən arxeoloji, tarixi, etnoqrafik, memarlıq və mədəniyyət abidələrimizi qorumaq, öyrənmək, təbliğ etmək, gələcək nəsillərə çatdırmaqdır. == Tarixi == Naxçıvan Muxtar Respublikasında muzey işinin inkişafına göstərilən diqqət və qayğının nəticəsidir ki, burada müxtəlif sahələr üzrə təşkil olunmuş 30-dan çox muzey fəaliyyət göstərir. Son dövrlərdə bu siyahıya əlavə edilən Naxçıvanqala Tarix-Memarlıq Muzey Kompleksi, Əlincəqala Tarix-Mədəniyyət Muzeyi, Naxçıvan Bayraq Meydanı Muzeyi, həmçinin Naxçıvan MR Ali Məclisi Sədri tərəfindən imzalanmış 2017-ci il tarixli Sərəncama əsasən yaradılacaq Naxçıvan Duz Muzeyi tariximizin yadigarlarının qorunması və təbliğinin inkişaf dinamikasından xəbər verir. Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsində yaradılmış Arxeologiya və Etnoqrafiya muzeyi də məhz bu inkişafın təzahürlərindən biri kimi meydana çıxmışdır. Azərbaycan Respublikasında ayrıca olaraq arxeologiya və etnoqrafiya sahəsi üzrə təşkil olunmuş 3 muzeydən biri, muxtar respublikada isə bu sahədə yeganə olan Arxeologiya və Etnoqrafiya muzeyi AMEA Naxçıvan Bölməsinin Arxeoloji xidmət şöbəsinin materialları əsasında təşkil olunmuşdur. 2008-ci ildə Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun nəzdində fəaliyyətə başlayan bu muzey Bölmə əməkdaşlarının apardıqları çöl tədqiqat işlərinin materialları bazasında formalaşdırılmışdır. Muzey materiallarının toplanması və sistemləşdirilməsi AMEA-nın müxbir üzvləri V. B. Baxşəliyev, H. Q. Qədirzadə və H. Y. Səfərlinin təşkilatçılığı ilə həyata keçirilmişdir. Arxeoloji xidmət şöbəsinin fondu I Kültəpə, Sədərək, Ovçulartəpəsi, Ərəbyengicə, II Kültəpə, Qız qala, Xaraba-Gilan, Şahtaxtı, Oğlanqala və digər abidələrin materialları əsasında formalaşdırılmışdır. Bununla yanaşı, muzeydə muxtar respublika ərazisindəki abidələrdə araşdırma aparan digər tədqiqatçılar tərəfindən təqdim olunan maddi-mədəniyyət nümunələri də vardır.
AMEA Naxçıvan Bölməsinin Nəbatat bağı
AMEA Naxçıvan Bölməsinin Nəbatət bağı — AMEA Naxçıvan Bölməsinin Bioresurslar İnstitutunun tərkibində fəaliyyət göstərir. == Tarixi == AMEA Naxçıvan Bölməsinin Nəbatət bağı 2003-cü ildə Babək rayonunun Şıxmahmud kəndi yaxınlığında salınmışdır. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun göstərişi ilə bu bağ Muxtar Respublikanınmuzeyləri siyahısına daxil edilmişdir. == Statistik məlumatlar == Bağın təcrübə sahəsi 13,2 hektardır və sturukturuna uyğun olaraq təcrübə sahələrinə ayrılıb. Nəbatət bağında hər bir bitkinin xüsusiyyətləri tədqiq edilir, yayılma zonalarının xəritəsi tərtib olunur, mühafizə yolları müəyyənləşdirilir. Burada dünyanın müxtəlif botaniki-coğrafi rayonlarından, o cümlədən, Azərbaycan florasından toplanılan ayrı-ayrı torpaq və iqlim xüsusiyyətlərinə malik 200-dən çox ağac, kol, meyvə, giləmeyvə, üzüm sortları, dekorativ bitkilər, tropik və subtropik bitki nümunələri, dərman və digər bitkilər əkilərək tədqiq olunur. Həmçinin Qafqaz, Aralıq dənizi, Cənub-Şərqi Asiya, Şimalı Amerika mənşəli bitkilər əkilərək introduksiya olunur. Nəbatət bağına müxtəlif rayonların meyvə bağlarından və şəxsi təsərrüfatlardan qiymətli yerli meyvə sortları gətirilərək burada meyvə genefondu bağı yaradılıb. Bağda muxtar respublikanın yerli meyvə bitkiləri ilə yanaşı, tərəvəz və bostan bitkiləri genefondu da toplanılır ki, həmin nümunələr AMEA Genetik Ehtiyatlar İnstitutunun genbankında saxlanılır. Bağın ərazisində Nadir bitkilər kolleksiyası sahəsi də fəaliyyət göstərir.
AMEA Naxçıvan Bölməsinin Nəbatət bağı

AMEA Naxçıvan bölməsinin Bioresurslar İnstitutu
Bioresurslar İnstitutu — Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsinin strukturuna daxil olan elmi qurum. == Tarixi == Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsinin Bioresurslar İnstitutu ümummilli liderimiz Heydər Əliyevin 7 avqust 2002-ci il tarixli "Azərbaycan MEA Naxçıvan Bölməsinin təsis edilməsi haqqında" sərəncamına müvafiq olaraq, Naxçıvan Regional Elm Mərkəzinin biologiya bölməsi və Genetik Ehtiyatlar İnstitutunun Naxçıvan Elmi–Tədqiqat Bazası əsasında yaradılmışdır. == Əsas fəaliyyət istiqamətləri == Azərbaycanda flora, fauna və torpaq örtüyünün biomüxtəlifliyinin öyrənilməsi, genofondun qorunması və səmərəli istifadəsi. Bitkilər və heyvanlar aləminin öyrənilməsi, tədqiqi, səmərəli istifadəsi və mühafizəsinin bioloji əsasları. Naxçıvan MR-in bioresurslarının öyrənilməsi, tədqiqi, səmərəli istifadəsi və mühafizəsinin bioloji əsasları == Elmi nəticələr == Naxçıvan MR-ın bitki örtüyü xəritəsi tərtib olunmuş, ali sporlu, çlpaqtoxumlu və örtülütoxumlu bitkilər üzrə "Qırmızı kitabı"ı II cild hazırlanılmışdır. Naxçıvan MR flora biomüxtəlifliyinə daxil olan ibtidai bitkilər öyrənilmiş, 31 fəsilə və 61 cinsə daxil olan 219 növ şibyə aşkar edilmişdir. Ərazinin alqoflorası tədqiq edilmiş, 4 cinsə aid edilən 18 yosun növü Naxçıvan MR florası üçün ilk dəfə qeyd olunmuşdur. Tədqiqatlar nəticəsində ibtidai bitkilər üzrə Azərbaycan florası üçün 5, Naxçıvan florası üçün 33 yeni papaqlı göbələk növü ilk dəfə verilmişdir. Naxçıvan MR-in flora biomüxtəlifliyinə daxil olan ali bitkilərdən çılpaqtoxumlular, soğankimilər, zanbaqkimilər, zəngçiçəyikimilər, süsənkimilər, qlobulariyakimilər, dalamazkimilər və qırxbuğumkimilər fəsilələrinə daxil olan bitkilərin növ spektri dəqiqləşdirilmiş, ərazinin ali bitkilər florasına 9 yeni növ əlavə edilmiş, nadir növlərin mühafizə yolları müəyyənləşdirilmişdir. Naxçıvan MR-in brioflorası tədqiq edilmiş, ərazidə 31 fəsilə və 70 cinsə aid 114 növ mamır aşkar edilmişdir ki, onlardan da 4 fəsilə, 15 cinsə aid olan 29 mamır növü ərazi florası üçün yenidir.

"bölməsin" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#bölməsin nədir? #bölməsin sözünün mənası #bölməsin nə deməkdir? #bölməsin sözünün izahı #bölməsin sözünün yazılışı #bölməsin necə yazılır? #bölməsin sözünün düzgün yazılışı #bölməsin leksik mənası #bölməsin sözünün sinonimi #bölməsin sözünün yaxın mənalı sözlər #bölməsin sözünün əks mənası #bölməsin sözünün etimologiyası #bölməsin sözünün orfoqrafiyası #bölməsin rusca #bölməsin inglisça #bölməsin fransızca #bölməsin sözünün istifadəsi #sözlük