* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.
2002 | •••••••••••••••••••• | 3, 388.46 |
2003 | ••••••••••••••••••• | 3, 132.93 |
2004 | •••••••••••••••• | 2, 572.40 |
2005 | ••••••••••••••• | 2, 507.50 |
2006 | ••••••••••••• | 2, 070.38 |
2007 | ••••••••••••• | 2, 093.77 |
2008 | ••••••••••••• | 2, 056.39 |
2009 | ••••••••••• | 1, 705.91 |
2010 | •••••••••• | 1, 569.47 |
2011 | ••••••••••• | 1, 764.13 |
2012 | ••••••••••• | 1, 790.99 |
2013 | ••••••••• | 1, 414.97 |
2014 | •••••••••• | 1, 648.67 |
2015 | ••••••••••• | 1, 815.51 |
2016 | ••••••••••• | 1, 697.39 |
2017 | ••••••••••• | 1, 838.86 |
2018 | •••••••••••• | 1, 909.22 |
2019 | •••••••••••• | 1, 981.75 |
2020 | •••••••••• | 1, 647.25 |
1 sif. 1. Kəmiyyətcə, ölçücə yekə, iri (kiçik ziddi). Böyük daş. Böyük şəhər. Böyük ev. – Ağarza yoldan kənara çəkilib, böyük və soyuq bir daş üstündə oturdu. Mir Cəlal. [Göyərçin:] İsmayılzadə deyir ki, bu il böyük bir saray tikəcəyik… Z.Xəlil. // Geniş, vüsətli. Böyük meydan. Böyük sahə. 2. Bəzi isimlərin qabağında gücləndirici məna daşıyır. Böyük fayda. Böyük sürət. Böyük məmnuniyyətlə. Böyük maraq. Böyük dərd. Böyük arzu. Böyük sevinc. Böyük ləzzət. Böyük həvəslə. Böyük minnətdarlıq hissi ilə. – Qəhrəman həqiqətən anası Gülüşgəlindən də böyük nəvazişlər görmüşdü. S.Rəhimov. Sözlər aydın, fikir dərin; Məna böyük, məktub qısa. R.Rza. 3. Çox güclü, çox şiddətli. Böyük tufan. Böyük daşqın. Böyük yanğın. 4. Yaşca o birindən artıq olan. Böyük qardaş. Böyük oğul. Böyük bacı. // İs. mənasında. Yaşlı, qoca (çox vaxt cəm şəklində işlənir). Böyüklərə hörmət lazımdır. – Aqil böyüklərə məxsus bir ədəblə çəngəl-bıçaq almış, çörəyini, xörəyini qabağına çəkmişdi. Mir Cəlal. Şirmayı böyüklərin söhbətinə qulaq asmağa sonsuz bir maraq göstərirdi. M.Hüseyn. Elə bir zamandan danışıram ki, böyüklərin xatirəsində çox yaxşı qalıb, kiçiklərin isə heç ağlına gəlməz. S.Rəhman. □ Böyüklə böyük, kiçiklə kiçik – hər kəslə yola gedən, hər şeyin məqamını bilən, hörmətcil adam haqqında. Yeri gələndə [Möhsün bəy] böyüklə böyük, kiçiklə kiçik idi. S.Rəhimov. 5. Sayca çox, külli miqdarda olan. Böyük dəstə. Böyük kapital. Böyük məbləğ. Böyük ailə. // İzdihamlı, qələbəlik, təntənəli, dəbdəbəli, əzəmətli. Böyük ziyafət. Böyük qonaqlıq. Böyük nümayiş. 6. Fövqəladə tarixi və siyasi əhəmiyyəti olan. // Elm, ədəbiyyat və incəsənət əsərləri haqqında. Azərbaycan klassik ədəbiyyatının böyük əsərləri. Yazıçılarımız, bəstəkarlarımız əsrimizə layiq böyük əsərlər yaratmışlar. 7. Dahi, ulu, xariqüladə zəka sahibi olan. Böyük Nizami. Böyük rəhbər. Böyük sərkərdə. Böyük insan. // Tarixdə çox görkəmli rol oynamış şəxsiyyətlərin adlarına əlavə edilən epitet. Böyük Pyotr. Böyük İsgəndər. // Görkəmli, məşhur ad və hörmət qazanmış. Səy elə sən də böyük insan ol; Doğruluqla bu ada şayan ol! A.Səhhət. [Tamam:] Sən heç kəsə qulaq asma, get oxu, böyük adam ol. S.S.Axundov. // Mahir. Öz işində böyük ustadır. 8. Çox mühüm, əhəmiyyətli, vacib. Böyük iş. Böyük məsələ. – Böyük günlər, şanlı günlər, şən günlər; Yoluna düşən günlər; Hələ qarşımızdadır. M.Müşfiq. [Şair] Afaqı tapmaq, onu görmək, ona deyilməmiş böyük sözünü demək istədi. Ə.Məmmədxanlı. 9. is. dan. Başçı, rəis, rəhbər; başda duran, idarə edən adam, yüksək vəzifə sahibi. Ailənin böyüyü kimdir? Qoşun böyüyü. – Böyüklərdə güc olar, yalan olmaz. (Ata. sözü). Kənddə qiyamətdi… Naçalnik gəlib kəndə. Yanınca o qədər böyük gəlib ki, lap məəttəl qalmalı işdi. C.Məmmədquluzadə. İndi Hacı Əsgər mötəbər şirkətin bani və böyüyü hesab olunur. S.M.Qənizadə.
Azərbaycan dilinin izahlı lüğəti / böyük5 1. BÖYÜK (kiçik olmayan, müxtəlif mənalarda) Orta əsrlərdən qalma bir saray; Yan-yana düzülmüş böyük salonlar (S.Vurğun); AZMAN İri səbətlərdə iki, hətta yüz azman erkək cəmdəyi qaldıra bilən kirli məşhur hamballar vardı (B.Bayramov); İRİ (lap böyük) Şəlaləli qayalar dəli bir hiddətlə iri daşlan, kökü qurumuş ağacları yerindən qoparıb axıdırdı (M.Hüseyn); NƏHƏNG (son dərəcə böyük, yekə) Buğlana-buğlana nəhəng maşınlar; Qar təpələrinə hücum çəkdi bax! (S.Vurğun); ZIRPI (isteh.) [Gileygüzarov:] Mən boyda zırpı edibi burada qoyub gör kimləri çap eləyirlər (S.Rüstəm); ZORBA (dan.) Qəbir içinə uzatdılar; Zorba, yekə qayaları (M.Rahim); YEKƏ (dan.) Deyilənə görə, dünya malından Əhmədin bir sandığı, bir dəst yorğan-döşəyi və yekə bir kürkü vardı (İ.Şıxlı); ZIRI (məh.). 2. böyük bax dahi 3. böyük bax əzəmətli
Azərbaycan dilinin sinonimlər lüğəti / böyük1 BÖYÜK – KİÇİK – Bu mənim qızım və bu da kiçik oğlumdur, böyük qardaşları Tiflisdə oxuyur (S.S.Axundov).
Azərbaycan dilinin antonimlər lüğəti / böyük1 1. большой, крупный, великий, огромный, монументальный; 2. старший; 3. начальник, возглавляющий; 4. взрослый;
Azərbaycanca-rusca lüğət / böyük2 I прил. 1. большой: 1) значительный по величине, по размерам. Böyük otaq большая комната, böyük şəhər большой город, böyüyk zavod большой завод, böyük müəssisə большое предприятие, böyük ərazi большая территория, böyük göl большое озеро, böyük azıdişləri анат. большие коренные зубы, böyük beyin большой мозг, зоол. böyük ağdiş большая белозубка, böyük qarabatdaq большой баклан, böyük qum siçanı большая песчанка 2) значительный по количеству. Böyük ailə большая семья, böyük kollektiv большой коллектив, böyük xərc большой расход, böyük məbləğ большая сумма 3) значительный по силе, важный по значению. Böyük müvəffəqiyyət большой успех, böyük fayda большая польза, böyük ixtira большое открытие, böyük hadisə большое событие, böyük ümidlər большие надежды, böyük çətinliklər большие трудности, böyük təhlükə большая опасность, böyük itki большая потеря (утрата), böyük xöşbəxtlik большое счастье, böyük qayğı большая забота, böyük əhəmiyyət большое значение 4) видный, отличающийся по значению, достоинству. Böyük alim большой учёный, böyük yazıçı большой писатель, böyük mütəhəssis большой специалист 5) значительный, протяжённый по времени. Böyük tənəffüs большая перемена 2. старший по возрасту. Böyük qardaş старший брат, böyük oğul старший сын, böyük qız старшая дочь, böyük uşaq старший ребёнок, bacılardan böyüyü старшая из сестёр 3. великий, особо выдающийся по своим достоинствам и значению. Böyük sərkərdə великий полководец, böyük rəhbər великий вождь, böyük humanist великий гуманист; böyük qələbə великая победа, böyük nailiyyətlər великие достижения II в знач. сущ. 1. старший (возглавляющий какую-л. группу людей). Dəstənin böyüyü старший в отряде, briqadanın böyüyü старший в бригаде 2. böyüklər старшие (по возрасту). Böyüklərə hörmət уважение к старшим III предик. böyükdür 1. больше. Bu şəhər o şəhərdən böyükdür этот город больше, чем тот 2. старше. O, qardaşından böyükdür он старше брата, он старше, чем брат 3. велик (слишком большой, больше, чем нужно). Kostyum mənə böyükdür костюм мне велик; астр. Böyük Ayı bürcü созвездие Большая Медведица, Böyük At bürcü созвездие Пегас ◊ böyük adamdır важная птица (персона); nə böyük adamsan! тоже мне, важная персона!; böyük qurbanlar bahasına дорогой ценой, ценой больших жертв; nə böyük şeydir! велика важность! böyük puldur большие деньги, кругленькая (круглая) сумма; dəvədən böyük fil var есть люди посильнее, инстанции повыше, böyüklə-böyük, kiçiklə-kiçik со взрослым взрослый, с ребёнком ребёнок (прост в обращении со всеми); böyük məmnuniyyətlə с великим (большим) удовольствием
Azərbaycanca-rusca lüğət / böyük1 s. 1. big, large, great; ~ oğlan / qız və s. big boy / girl, etc. ~ fərq / məsuliyyət və s. big difference / responsibility, etc.; ~ ailə big / large family; ~ mənfəət great benefit; ~ mədaxil large income; ~ dağ / şəhər / bina və s. great mountain / city / building, etc.; 2. (məşhur, tarixi) great; ~ yazıçı / şair / rəhbər və s. great writer / poet / leader, etc.; ~ Nizami the great Nizami; ~ Pyotr Peter the Great; Böyük Vətən Müharibəsi the Great Patriotic War; ~ qələbə the great victory; 3. capital; ~ hərf capital letter; 4. (vacib) important; ~ məsələ an important question; 5. (yaşca) elder, eldest, senior; ~ qardaş / bacı elder brother / sister; ~ oğul eldest son; ◊ ~ Ayı bürcü astr. the Great Bear, Ursa Major; ◊ ~ At bürcü astr. Pegasus; ◊ ~ çillə the first days of winter; Böyük məmnuniyyətlə With great pleasure
Azərbaycanca-ingiliscə lüğət / böyük1 sif. grand, -e ; gros, -se ; nombreu//x, -se ; important, -e ; ~ oğlan (qız) grand garçon m (grande fille f) ; ~ məbləğ grosse (və ya forte) somme f (d’argent) ; ~ fərq (məsuliyyət) grande différence f (grande responsabilité f) ; ~ ailə famille f nombreuse ; ~ yazıçı écrivain m renommé ; ~ qələbə grande victoire f ; ~ məsələ question f importante ◊ ~ Ayı Bürcü astr. la Grande Ourse
Azərbaycanca-fransızca lüğət / böyük1 прил. 1. чӀехи, еке, ири; böyük daş чӀехи къван; böyük kənd чӀехи хуьр; // генг, фирягь; böyük meydan чӀехи майдан; 2. чӀехи; böyük ailə чӀехи хзан; // яшдиз чӀехи; böyük qardaş чӀехи стха; // böyüklər сущ. гз. чӀехибур, яшлубур, кьуьзуьбур; 3. дагьи, улу, чӀехи; машгьур; böyük Nizami чӀехи Низами; böyük rəhbər чӀехи регьбер; 4. сущ. рах. чӀехиди, регьбер; кьиле авайди, кьил.
Azərbaycanca-ləzgicə lüğəti / böyükiri, yekə; başçı, rəhbər.
Azərbaycan kişi adlarının izahlı lüğəti