böyürtkəni sözü azərbaycan dilində

böyürtkəni

Yazılış

  • böyürtkəni • 100.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Buş böyürtkəni
Buş böyürtkəni (lat. Rubus bushii) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin moruq cinsinə aid bitki növü. == Ümumi yayılması == Qafqazın hər yerində və Türkiyədə təbii arealı vardır. == Azərbaycanda yayılması == Quba, Qusar rayonları ərazilərində rast gəlinir. == Statusu == Azərbaycanın nadir bitki növüdür. NT. == Bitdiyi yer == Meşənin yuxarı hissəsi, subalp çəmənliyi fıstıq meşəliyində dərəli və qayalı açıq yerlərdə bitir. == Təbii ehtiyatı == Azərbaycanda arealı çox geniş deyildir. == Bioloji xüsusiyyətləri == Hündürlüyü 1 m-ə çatan кoldur. Torpağa az tələbkar və işıqsevəndir. Budaqları düz yönəlmiş, silindrvarı, cavan budaqların üzəri tündqırmızıya çalan bozumtul ləkəli və seyrək, qısatüklü, tək-tək qırmızı tikanlıdır.
Gürcü böyürtkəni
Gürcü böyürtkəni (lat. Rubus georgicus) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin moruq cinsinə aid bitki növü. == Ümumi yayılması == Qafqazda (Gürcüstan) təbii halda yayılmışdır. == Azərbaycanda yayılması == Altıağac ətrafında şərq tərəfdə meşə kənarında, kolluqlarda təbii halda rast gəlinir. == Statusu == Azərbaycanın nadir bitki növüdür. VU D2. == Bitdiyi yer == Aşağı və orta dağ qurşağında meşə və yol kənarında, nəmli yerlərdə yayılmışdır. == Təbii ehtiyatı == Azərbaycanda arealı geniş deyildir. == Bioloji xüsusiyyətləri == İllik budaqları tilli, keçətüklü, üzərində qeyri-bərabər, qaidədən basıq və oraqvaı əyilmiş tikanlıdır. Yarpqları barmaqvarı 5 yarpaqcıqlıdır.
Gürcüstan böyürtkəni
Hirkan böyürtkəni
Hirkan böyürtkəni (lat. Rubus hyrcanus) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin moruq cinsinə aid bitki növü. == Ümumi yayılması == İranda təbii arealına rast gəlinir. == Azərbaycanda yayılması == Azərbaycanda Talış bölgəsində təbii halda rast gəlinir. == Statusu == Azərbaycanın nadir bitki növüdür. VU D2. == Bitdiyi yer == Lənkəran rayonunda düzən və dağlıq sahələrdə, meşə və yol kənarlarında kolluqlarda rast gəlinir. == Təbii ehtiyatı == Azərbaycanda arealı geniş deyildir. == Bioloji xüsusiyyətləri == Təbiətdə hündürlüyü 2 m-ə çatan alçaqboylu koldur. Çiçək açan budaqlar aydın tilli, üzəri sıx tüklü, enli qaidəli, uzunəyilmiş tikanlıdır.
Qafqaz böyürtkəni
Qafqaz böyürtkəni (lat. Rubus caucasicus) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin moruq cinsinə aid bitki növü. Rusiya (Dağıstan) və Türkiyədə təbii yayılma sahələri vardır. Quba (Qonaqkənd), Qusar, Zaqatala, Balakən rayonlarında dərə və meşə kənarlarında yayılmışdır. Azərbaycanın nadir bitki növüdür. LC. Aşağı və orta dağ qurşağında meşəliklərdə yayılmışdır. Azərbaycanda arealı geniş deyildir. Təbiətdə 2 m-ə qədər hündürlüyü olan koldur. Birillik budaqları silindirvari, yerə əyilmiş, üzəri müxtəlif tikanlı, sarımtıl vəzilidir. Yarpaqları üçər və beş yarpaqcıqdan ibarətdir.
Radde böyürtkəni
Radde böyürtkəni (lat. Rubus raddeanus) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin moruq cinsinə aid bitki növü. Qafqazda, Rusiyada, Stavropolda, Kabardın Balkarda yayılmışdır. Yarpaqları oval, saplaqlı, mürəkkəb, 3-7 yumurtavari xırda yarpaqlardan ibarətdir, gövdədə növbəli yerləşir. Yarpaq ayasının üstü tünd yaşıl, alt tərəfi ağımtıl, xırda tükcüklərlə örtülmüşdür. Yarpaqların qoltuqlarında qarışıq tumurcuqlar formalaşır. İkinci il onlardan yan budaqlar, salxımvari çiçək qrupunda toplanan ağ öz-özünü tozlanan, diametri təxminən 1 sm olan ikicinsli çiçəklər formalaşır. Çiçəkləmə dövrü iyun-iyulda baş verir və 20-25 gün davam edir. Şaxələnmiş çiçək yatağında tükcüklü, sarı, qırmızı və ya qara rəngli çəyirdək formalaşır. Şaxtaya davamlı, işıqsevən bitkidır.
İran böyürtkəni
İran böyürtkəni (lat. Rubus persicus) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin moruq cinsinə aid bitki növü. İranda təbii halda rast gəlinir. Lənkəran rayonu ərazisində yayılmışdır.VU D2. Аzərbаycаnın nadir bitкi növüdür. Aşağı və orta dağ qurşağında meşəliklərdə, kolluqlarda və dəniz sahilində yayılmışdır. Azərbaycanda dar bir arealda yayılmışdır. Təbiətdə 1-1,5 m hündürlüyə qalxan koldur. Bitkinin birillik zoğları nazik olub, silindir şəkillidir. Zoğlar aşağı hissədən enliləşmişdir və tikanlıdır.
Erməni böyürtkəni
Erməni böyürtkəni (lat. Rubus armeniacus) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin moruq cinsinə aid bitki növü.
Qrabovski böyürtkəni
Qrabovski böyürtkəni (lat. Rubus grabowskii) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin moruq cinsinə aid bitki növü.
Qayalıq böyürtkəni
Qayalıq qarağatı (lat. Ribes petraeum) — bitkilər aləminin daşdələnçiçəklilər dəstəsinin motmotukimilər fəsiləsinin qarağat cinsinə aid bitki növü. Qafqaz və Kiçik Asiyada yayılmışdır. Subalp zolağında, dağ zonasının meşələrində, qayalarda və çayların ətrafında bitir. Hündürlüyü 3 m-ə qədər olan koldur. Budaqları açıq rəngdə, çılpaqdır. Qabığı boz, əvvəlcə hamar, sonradan ensiz zolaqlarla çatlayandır. Yarpaqları nazik, 5 dilimli, uzunluğu 10 sm, eni 13 mm, qaidəsi dərin ürəkvari, hər iki tərəfdən çılpaq, bəzən alt tərəfdən tüklüdür. Salxımın uzunluğu 4-12 sm, əvvəlcə üfüqi halda, meyvələrdə isə salxımdır. May-iyun aylarında çiçəkləyir.

"böyürtkəni" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#böyürtkəni nədir? #böyürtkəni sözünün mənası #böyürtkəni nə deməkdir? #böyürtkəni sözünün izahı #böyürtkəni sözünün yazılışı #böyürtkəni necə yazılır? #böyürtkəni sözünün düzgün yazılışı #böyürtkəni leksik mənası #böyürtkəni sözünün sinonimi #böyürtkəni sözünün yaxın mənalı sözlər #böyürtkəni sözünün əks mənası #böyürtkəni sözünün etimologiyası #böyürtkəni sözünün orfoqrafiyası #böyürtkəni rusca #böyürtkəni inglisça #böyürtkəni fransızca #böyürtkəni sözünün istifadəsi #sözlük