* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.
2003 | •••••••••••••••••••• | 4.33 |
2004 | ••••••• | 1.35 |
2005 | •••••••••••••••• | 3.37 |
2006 | •••••••••••• | 2.48 |
2007 | ••••••• | 1.48 |
2008 | •••••••••• | 1.95 |
2009 | ••••••••••••••• | 3.04 |
2010 | •••••••••••••••• | 3.27 |
2011 | •••••••••• | 2.14 |
2012 | ••••••••• | 1.81 |
2013 | ••••••• | 1.46 |
2014 | ••••• | 1.03 |
2015 | •••••••• | 1.53 |
2016 | ••••• | 1.04 |
2017 | ••• | 0.49 |
2018 | •• | 0.30 |
2019 | • | 0.14 |
2020 | •• | 0.40 |
1 is. [ər. əsli yun.] 1. Şəffaf və parlaq daş. □ Dağ bülluru – optikada və zərgərlikdə işlənən şəffaf rəngli mineral. 2. Xüsusi parlaqlığı və işığı sındırmaq qabiliyyəti olan əla şüşə növü. Büllur güzgü. Büllur qab. Büllur güldan. Büllur qədəh. – Bu gün bir qız gördüm işvəli, nazlı; Büllur pəncərədən baxdı, qayıtdı. Aşıq Hüseyn Mayil. Tam süfrənin üzərindən, xas boya və zərlə işlənmiş tavandan büllur bir çilçıraq asılmış, qəndillərinə sarı şamlar düzülmüşdü. Çəmənzəminli. 3. sif. Şəffaf, dumduru, parlaq, təmiz, saf mənasında. Almadır yanağı, büllur buxağı; Dodaqları meyli, məzəli, güllü. Aşıq Ələsgər. Yarpaqlar uclarından sallanan damcıların büllur kimi ətrafa saçdıqları nur içində parılparıl yanırdı. A.Şaiq. Alagözlü Girdman dilbəri büllur çeşmədən buz kimi soyuq su gətirib, yaralı cəngavərə verdi. M.Hüseyn.
Azərbaycan dilinin izahlı lüğəti / büllur2 I сущ. 1. хрусталь: 1) стекло высокого качества, обладающее особым блеском, способностью преломлять свет 2) посуда из такого стекла. Büllur lüstr люстра из хрусталя, büllur qablar посуда из хрусталя 2. мед. хрусталик (часть глаза). Büllurun bulanıqlığı мутность хрусталика, büllurun yumşalması размягчение хрусталика, büllurun iltihabı воспаление хрусталика, büllur kapsulu капсула хрусталика II прил. 1. хрустальный: 1) сделанный из хрусталя. Büllur vaza хрустальная ваза, büllur kubok хрустальный кубок 2) перен. очень чистый, прозрачный. Büllur su хрустальная вода, büllur hava хрустальный воздух 2. мед. хрусталиковый. Büllur dəbəliyi хрусталиковая грыжа; büllurun bulanması катаракта
Azərbaycanca-rusca lüğət / büllur1 I. i. crystal, cut glass; ~ kimi təmiz as clear as crystal II. s. crystal, cut glass; ~ qab cut glass ware; ~ vaza crystal vase
Azərbaycanca-ingiliscə lüğət / büllur1 [ər. əsli yun.] 1. буьлуьл (михьи, и патай а пад аквадай, гзаф экуь, цӀарцӀар гудай къван); // dağ bülluru дагъдин хрусталь; 2. хрусталь (шуьшедин лап хъсан, михьи жуьре); // хрусталдин (мес. стакан); 3. прил. михьи, саф, экуь.
Azərbaycanca-ləzgicə lüğəti / büllurər., əsli: yunan 1. Şəffaf və parlaq bir daş. 2. Şüşə növü. (“Koroğlu” dastanının lüğəti) Elə bil zalımın qızı büllurdan yaranıb. (“Qulun qaçmağı”) * Namərdlər durar iraq, Mərdlər üçün arxa, dayaq, Büllur şüşə, eyvan otaq, Döşəməyə xalısı var. (“Düratın itməyi”)
Azərbaycan dastanlarının leksikasıə. 1) parlaq və şəffaf daş, Nəcəf daşı; 2) xrustal.
Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğətiparlaq və şəffaf daş; xrustal; çox gözəl.
Azərbaycan kişi adlarının izahlı lüğəti