* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 sif. [fars. bəd və ər. xasiyyət] Pisxasiyyətli, pistəbiətli, xasiyyəti pis, yolagetməz, qılıqsız. Bədxasiyyət adam. – [Həkim:] Atların xasiyyətini gözüm elə alıbdır ki, heç bir bədxasiyyət at fikrimə gətirə bilməyirəm ki, onu iki-üç günün içində öyrədib, faytona qoşa bilməyim. C.Məmmədquluzadə.
Azərbaycan dilinin izahlı lüğəti / bədxasiyyət1 BƏDXASİYYƏT (xasiyyəti pis, heç kəslə yola getməyən adam) Beləsi Mədinə kimi saf və təmiz ürəkli arvadın yox, hərcayinin, bədxasiyyətin əlinə düşsə, başına nə oyun açar.. (M.İbrahimov); BƏDXU (kl.əd.) Ol zalimi-bədxui sitəmkar; Zakirin halından deyil xəbərdar (Q.Zakir); BƏDQILIQ Qalxan kimi tutmuşam dost yolunda sinəmi; Kimin həddi var, mənə deyə ki, bədqılıqdır (R.Rza); BƏDRƏFTAR Qocaqurd mahalının bəyləri naçalnik Vinokurovun əlindən zara gəlib, yığılıb bir yerə məsləhət tökürlər ki, gərək bu zülmkarın əlindən böyüyünə bir şikayət verək. Yoxsa bunun zülmü və bədrəftarı axırda camaatı tar-mar edəcəkdir (Ə.Haqverdiyev); KƏCRƏFTAR (köhn.) Görəsən fələyə kim əmr etdi ki; Sevən ürəklərlə kəcrəftar olsun? (M.Rahim); QILIQSIZ [Firuzə:] Özləri kimi qılıqsız, adamayovuşmaz insanlar bir də özləridir... (Anar); PİSRƏFTAR, RƏFTARSIZ, TÜNDXASİYYƏT(Lİ), YOLAGETMƏZ.
Azərbaycan dilinin sinonimlər lüğəti / bədxasiyyət1 [fars. bəd və ər. xasiyyət] прил. чӀуру хесетдин, пис хесетдин, рекье тефир, къилих авачир, буьнуьгуьт.
Azərbaycanca-ləzgicə lüğəti / bədxasiyyət