Bədəlbəy sözü azərbaycan dilində

Bədəlbəy

Yazılış

  • Bədəlbəy • 92.3077%
  • bədəlbəy • 7.6923%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Bədəlbəy Bədəlbəyov
Bədəl bəy Bəşir bəy oğlu Bədəlbəyli (1875, Şuşa – 12 sentyabr 1932, Bakı, Azərbaycan SSR) — müəllim, Zaqafqaziya (Qori) Müəllimlər Seminariyasının məzunu, Əfrasiyab Bədəlbəyli və Şəmsi Bədəlbəylinin atası, Fərhad Bədəlbəylinin babası. == Həyatı == Bədəl bəy Bəşir bəy oğlu 1875-ci ildə Şuşa şəhərində anadan olmuşdur. İbtidai təhsilini molla yanında almışdı. Sonra şəhər real məktəbində oxumuşdu. Bədəlbəylilər nəslinin qocaman nümayəndəsi Bədəl bəy Bədəlbəyli xalq maarifçisi idi. Zaqafqaziya (Qori) Müəllimlər Seminariyasını bitirdikdən sonra o, bir müddət Şuşada müəllimlik etmişdi. Lakin Bədəl bəyin pedaqoji fəaliyyəti XX əsrin əvvəllərindən Bakı şəhəri ilə bağlı olub: belə ki, o, 35 il fasiləsiz rus-müsəlman məktəbində müdir vəzifəsində çalışmışdı. O, xalq kütləsi daxilində maarifçiliyin, təhsilin vacibliyini və gərəkliyini açıqlayırdı. Bununla bərabər Bədəl bəy mədəni-maarif və xeyriyyə cəmiyyəti kimi fəaliyyət göstərən "Nicat" cəmiyyətinin ən fəal üzvü olmuşdu. Dahi bəstəkar Üzeyir bəy Hacıbəylinin xalası oğlu Bədəl bəy özünü aktyor kimi də dəfələrlə sınamışdır.
Bədəl bəy Bədəlbəyli
Bədəl bəy Bəşir bəy oğlu Bədəlbəyli (1875, Şuşa – 12 sentyabr 1932, Bakı, Azərbaycan SSR) — müəllim, Zaqafqaziya (Qori) Müəllimlər Seminariyasının məzunu, Əfrasiyab Bədəlbəyli və Şəmsi Bədəlbəylinin atası, Fərhad Bədəlbəylinin babası. == Həyatı == Bədəl bəy Bəşir bəy oğlu 1875-ci ildə Şuşa şəhərində anadan olmuşdur. İbtidai təhsilini molla yanında almışdı. Sonra şəhər real məktəbində oxumuşdu. Bədəlbəylilər nəslinin qocaman nümayəndəsi Bədəl bəy Bədəlbəyli xalq maarifçisi idi. Zaqafqaziya (Qori) Müəllimlər Seminariyasını bitirdikdən sonra o, bir müddət Şuşada müəllimlik etmişdi. Lakin Bədəl bəyin pedaqoji fəaliyyəti XX əsrin əvvəllərindən Bakı şəhəri ilə bağlı olub: belə ki, o, 35 il fasiləsiz rus-müsəlman məktəbində müdir vəzifəsində çalışmışdı. O, xalq kütləsi daxilində maarifçiliyin, təhsilin vacibliyini və gərəkliyini açıqlayırdı. Bununla bərabər Bədəl bəy mədəni-maarif və xeyriyyə cəmiyyəti kimi fəaliyyət göstərən "Nicat" cəmiyyətinin ən fəal üzvü olmuşdu. Dahi bəstəkar Üzeyir bəy Hacıbəylinin xalası oğlu Bədəl bəy özünü aktyor kimi də dəfələrlə sınamışdır.
Fərhad Bədəlbəyli
Fərhad Şəmsi oğlu Bədəlbəyli (27 dekabr 1947, Bakı) — pianoçu, SSRİ xalq artisti (1990), Azərbaycan SSR xalq artisti (1978), Azərbaycan SSR Dövlət mükafatı laureatı (1986), Üzeyir Hacıbəyov adına Bakı Musiqi Akademiyasının rektoru (1991-ci ildən). == Həyatı == Fərhəd Şəmsi oğlu Bədəlbəyli 27 dekabr 1947-ci ildə Bakıda görkəmli rejissor, Azərbaycan SSR xalq artisti Şəmsi Bədəlbəylinin ailəsində anadan olmuşdur. 1965–1969-cu illərdə Ü. Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasında (professor M. R. Brennerin sinfində), 1969–1971-ci illərdə P. İ. Çaykovski adına Moskva Dövlət Konservatoriyasının aspiranturasında (dosent B. Davidoviçin sinfində) oxumuşdur. Fərhad Bədəlbəylinin adı B. Smetana adına (Çexoslavakiya, 1967, III mükafat və Smetana əsərinin ən yaxşı ifaçısı mükafatı) və Vianna da Motta adına (Portuqaliyada – Lissabonda keçirilmiş Pianoçuların Beynəlxalq Müsabiqəsi, 1968, laureatı) beynəlxalq müsabiqələrdəki uğurlu çıxışlardan sonra məşhurlaşır. Bu gün F. Bədəlbəyli fəal konsert yaradıcılığı ilə məşğuldur. Pianoçunun qastrol səfərləri – Bolqarıstan, Almaniya, Yunanıstan, Danimarka, İsrail, İtaliya, Kuba, Norveç, Portuqaliya, Tunis, Türkiyə, Finlandiya, Fransa, Çexoslovakiya, İsveçrə, Yuqoslaviya, Yaponiya və b. əhatə edir. Musiqi təşkilatçılığı işi, maarifçilik – F. Bədəlbəylinin ikinci, mühüm fəaliyyət sahəsidir. 1986–1989-cu illərdə o, Azərbaycan Musiqi Cəmiyyətinin idarə heyəti sədrinin I müavini olmuşdur. F. Bədəlbəylinin təşəbbüsü ilə Bakı İncəsənət Mərkəzi (1987–1996-cı illərdə o, buranın rəhbəri olmuşdur) və Azərbaycan Musiqi Xadimləri Cəmiyyəti (hal-hazırda o, 1989-cu ildən bu cəmiyyətin sədridir) yaradılmışdır.
Hər şey olduğu kimi. Üçüncü film. Əfrasiyab Bədəlbəyli (film, 2000)
== Məzmun == Film Azərbaycanın görkəmli bəstəkarı Əfrasiyab Bədəlbəylidən bəhs edir. == Film haqqında == Filmdə Həsən Seyidbəylinin "Doğma xalqıma", Oqtay Mirqasımovun "Cəfər Cabbarlı" sənədli filmlərindən və Ə. Bədəlbəylinin şəxsi arxivindəki kinomateriallardan istifadə olunub.
Maya Bədəlbəyli
Maya Bədəlbəyli (azərb. Maya Rəhim qızı Bədəlbəyli‎; 1952-ci il Bakı şəhəri) — Azərbaycan Yazıçılar Birliyinin və Rusiya Yazıçılar Birliyinin üzvü, Azərbaycan Rəssamlar İttifaqının üzvü, Kaliforniya Poeziya Elmləri İnstitutunun üzvü, fəlsəfə doktoru. == Həyatı == Maya Bədəlbəyli 1952-ci ildə Bakı şəhərində anadan olub. O, Bakıda 6 saylı orta məktəbi bitirdikdən sonra M.F.Axundov adına Azərbaycan Rus Dili və Ədəbiyyatı Pedaqoji İnstitutuna (indiki Bakı Slavyan Universiteti) daxil olub. == Fəaliyyəti == Maya Bədəlbəyli universiteti bitirdikdən sonra Bakı Məişət Kondisioneri zavodunun nəzdindəki Texniki-peşə məktəbində rus dili və ədəbiyyatı müəllimi ixtisası üzrə çalışıb. O, 1979-cu ildə Azərbaycan SSR Ədliyyə Nazirliyinin Qanunlarının nəşrinin hazırlanması üzrə redaksiya heyətinin redaktoru vəzifəsinə qəbul olunub. 1982-ci ildən etibarən isə Azərbaycan Mədəniyyət Nazirliyində Mədəni-Maarif şöbəsinin baş müfəttişi vəzifəsində çalışıb. Bu dövrdə o, əhalinin xalq sənətinin inkişafında mədəniyyət müəssisələrinə praktiki yardım göstərmək məqsədilə Azərbaycanın, demək olar ki, bütün bölgələrində olmuşdur. Daha sonra Mədəniyyət Nazirliyində Sosiologiya Tədqiqat Qrupunun yaradıldığı vaxtdan qrupa Maya Bədəlbəyli rəhbərlik edib. Maya Bədəlbəyli Moskvada Ümumrusiya Azərbaycanlıları Konqresinin və Heydər Əliyev Fondununun tədbirlərində fəal iştirak edərək Rusiya xalqları arasında Azərbaycan mədəniyyətini təbliğ edir.
Qasım bəy Bədəlbəyov
Qasım bəy Əhməd bəy oğlu Bədəlbəyov (1856-?)—xeyriyyəçi. Qasım bəy Əhməd bəy oğlu 1856-cı ildə Şuşa qəzasının Kəbirli sahəsinin Sarıhacılı obasında anadan olmuşdu. Xeyriyyəçi bir şəxsiyyət idi. Qasım bəy Fatma xanım Kərbəlayı Şirin bəy qızı ilə ailə qurmuşdu. Ənvər Çingizoğlu, Bədəl bəyin uruğu:Bədəlbəyovlar, "Soy" dərgisi, Bakı, 2012.
Teymur Bədəlbəyli
Teymur Bədəlbəyli (5 iyul 1973, Moskva) — 5 iyul 1973-cü ildə Moskvada anadan olmuş azərbaycanlı aktyor. Teymurun atası, Azərbaycan şairi və tərcüməçisi İlham Bədəlbəyli Salyan şəhərindən Moskvaya köçmüşdür. Timur Fransız xüsusi məktəbini bitirmişdir. 1990–1994-cü illərdə Moskva Teatr Məktəbində təhsil almışdır. 24 iyul 2023-cü ildə Azərbaycan Kinematoqrafçılar İttifaqının üzvlüyünə qəbul edilmişdir. Əlvida, cənub şəhəri (film, 2006) Kabusun gözüylə (film, 2010) Qorxma, mən səninləyəm!
Zəhra Bədəlbəyli
Zəhra Bədəlbəyli (28 aprel 1983, Bakı) — azərbaycanlı aktrisa, şairə və pianoçu. Zəhra Bədəlbəyli 1983-cü il aprelin 28-də Bakı şəhərində anadan olub. 1988-ci ildən Bülbül adına orta ixtisas musiqi məktəbində təhsil almağa başlayır. Elə məktəb illərində ilk şeirini yazır. 1994–2000-ci illərdə "Səyyah" caz-folklor ansamblının vokal qrupunda iştirak edir, konsert və səfərlərə qoşulur. O, 2000-ci ildə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasına daxil olur və 2004-cü ildə Akademiyanı fortepiano ixtisası üzrə bakalavr, 2006-cı ildə fortepiano, musiqişünaslıq ixtisasları üzrə magistr dərəcələrində qırmızı diplomla bitirir. 2005-ci ildə Bakı Musiqi Akademiyasının Tələbə Gənclər Təşkilatının sədr müavini, 2006–2009-cu illərdə sədri vəzifəsini icra edir. 2005-ci ildə "Один день эпохи равнодушия" ("Laqeydliyik dövrünün bir günü") adlı ilk qısametrajlı filmdə çəkilir. Zəhra Bədəlbəyli 2005–2009-cu illərdə fortepiano solo ifaçı və müşayiətçi kimi çalışır. Paralel olaraq o, 2006–2009-cu illərdə Bakı Musiqi Akademiyasında konsertmeyster, Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kolleci, Studiya məktəbində müəllim vəzifələrində çalışır.
Ülfət Bədəlbəyli
Ülfət İsmayıl qızı Bədəlbəyli (27 dekabr 1939, Bakı – 15 aprel 2020, Bakı) — Azərbaycan ədəbiyyatşünası, Azərbaycanın "Əməkdar müəllim"i, professor (2010), filologiya elmləri doktoru (2005). 1939-cu ildə dekabrın 27-də Bakıda anadan olub 1947–1957-ci illərdə Bakı şəhəri 6 saylı məktəbdə oxuyub 1957–1962-ci illərdə M. F. Axundov adına Rus dili və ədəbiyyatı institutunda təhsil alıb 1962-ci ildən BDU-da Dünya ədəbiyyatı kafedrasında çalışır 1987-ci ildə "Şekspir irsi Azərbaycan ədəbiyyatında" adlı namizədlik dessertasiyası 2004-cü ildən "İngilis İntibahında Şərq motivləri" adlı doktorluq dissertasiyası 2006-cı ildən "Dünya ədəbiyyatı" kafedrasının professor əvəzi vəzifəsini tutur Ülfət Bədəlbəyli 15 aprel 2020-ci ildə vəfat etmişdir. 1994–2005 – "Dünya ədəbiyyatı" kafedrasının dosenti. 1982–1987-ci illərdə BDU-nun Dünya ədəbiyyatı kafedrasında müəllim. 1987–1994-cü illərdə BDU-nun Dünya ədəbiyyatı kafedrasında baş müəllim. 1994–2005-ci illərdə BDU-nun Dünya ədəbiyyatı kafedrasının dosenti. 2006–2010-cu illərdə BDU-nun Dünya ədəbiyyatı kafedrasında professor əvəzi. 2010-cu ildən BDU-nun Dünya ədəbiyyatı kafedrasının professoru. 2002–2010-cu illərdə ADU-da Elmi Müdafiə Şurasının üzvü olub. 2017-ci ildən AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunda Elmi Şuranın üzvü.
Şəmsi Bədəlbəyli
Şəmsi Bədəl bəy oğlu Bədəlbəyli (23 fevral 1911, Şuşa – 23 may 1987, Bakı) — tanınmış Azərbaycan aktyoru və rejissoru, Azərbaycan SSR xalq artisti (1964). 23 fevral 1911-ci ildə – Şəmsi Bədəlbəyli Azərbaycanın qədim mədəniyyət mərkəzi olan Şuşa şəhərində görkəmli pedaqoq və ictimai xadim Bədəl bəy Bədəlbəylinin (1875–1932) və Rəhimə xanım Qacarın (1880–1966) ailəsində dünyaya gəlmişdir. Bakıda orta məktəbdə ibtidai təhsil almışdır. Orta məktəbi bitirdikdən sonra Ş.Bədəlbəyli Azərbaycan Pedaqoji Texnikumuna daxil olur. Bu illərdə o, böyük həvəslə özfəaliyyət dərnəyində iştirak edir, aktyorluq istedadını sınayır. 1927-ci ildə – Azərbaycan Pedaqoji Texnikumunun məzunu olur. 1927–1932-ci illərdə – Azərbaycan Dövlət Konservatoriyasında təhsil alır: iki il xalq çalğı alətləri şöbəsində, daha sonra kompozisiya nəzəriyyəsi sinfində Üzeyir Hacıbəylinin tələbəsi olur. Həmin illərdə Azərbaycan Dövlət Dram Teatrında böyük qardaşı, bəstəkar və dirijor Əfrasiyab Bədəlbəylinin rəhbərlik etdiyi orkestrdə tar çalır. Bəzən C.Cabbarlının "Od gəlini" və "Sevil" tamaşalarında səhnə arxasından aktyorları tarda müşayiət edirdi. Eyni zamanda, dramaturq və rejissor Cəfər Cabbarlı ilə dostlaşaraq, ona səhnə ilə bağlı fəaliyyətində köməklik göstərir.
Şəmsi Bədəlbəyli küçəsi
Şəmsi Bədəlbəyli küçəsi — Azərbaycanın paytaxtı Bakı şəhərində cənub-qərbdən şimal-şərqə qədər uzanan bir küçədir. Şəhərin mərkəzi küçələrindən biridir. Tanınmış azərbaycanlı aktyor Şəmsi Bədəlbəylinin adını daşıyır. Şərqdən Azadlıq prospekti və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin, qərbdən - Füzuli meydanına, şimaldan - yeni qoyulmuş Qış bulvarına, cənubdan Mirzə Ağa Əliyev küçəsi ilə kəsişməsində yerləşir. Küçədə Bakı Musiqi Akademiyasının binası var. Manaf Süleymanovun xatirələrinə görə, neft bumu XIX əsrdə Bakıda başlamış və yataqlarda böyük miqdarda neft hasil olunduqda, şəhərə qədər neft böyük miqdarda - zavodlara nəql etməyə başlamışdır. Bunun üçün böyük miqdarda barel istehsal etməyə ehtiyac vardı. Sabunçu Stansiyasından Kubinsakaya meydanına qədər hər iki tərəfdə kooperativ atelye olan küçə uzanmışdı. Bu baxımdan, küçənin adı Bondarnaya oldu. Nəticədə, yerli hakimiyyət orqanları şəhər xaricindəki bütün kooperativ seminarları götürməyə qərar verdilər və sahiblərinə iki həftəlik müddət verildi.
Əfrasiyab Bədəlbəyli
Əfrasiyab Bədəl bəy oğlu Bədəlbəyli (6 (19) aprel 1907, Bakı – 6 yanvar 1976, Bakı) — Azərbaycan klassik bəstəkarı, dirijor, librettoçu, Azərbaycanın xalq artisti (1960). Azərbaycan, rus və Qərbi Avropa bəstəkarlarının opera və baletlərinə dirijorluq etmişdir. İlk Azərbaycan baletinin – "Qız qalası"nın (1940), "Nizami", "Söyüdlər ağlamaz" operalarının, simfonik poema və təntənəli marşın müəllifidir. Bir çox dram tamaşalarına musiqi bəstələmişdir. ("Hacı Qara", "1905-ci ildə", "Fərhad və Şirin" və s.). Əfrasiyab Bədəlbəyli 19 aprel 1907-ci ildə Bakı şəhərində, xalq maarifçisi Bədəlbəy Bədəlbəyovun və məşhur Şah Qacar nəslinin təmsilçisi Rəhimə xanımın ailəsində anadan olub. Ali Pedaqoji İnstitutun nəzdindəki məktəbdə, Bakı Teatr Texnikumunda, Azərbaycan Dövlət Universitetinin şərqşünaslıq fakültəsində, Leninqrad Konservatoriyasının nəzdindəki musiqi məktəbində təhsil alıb. 1912-ci ildə Əfrasiyab Bədəlbəyli 6-cı rus-müsəlman məktəbinə daxil olur və 1916-cı ildə, tədris olunan bütün fənlərdən "əla" qiymətlərlə məktəbi bitirir. 1917–1924-cü illər ərzində o, Bakıdakı 1-ci realni məktəbində təhsil alır. 1923-cü ildən 1926-cı ilə kimi Ə. Bədəlbəyli təzəcə təşkil olunmuş Azərbaycan teatr məktəbinin dinləyicisi olur və məktəbdə təşkil olunan səhnə tamaşalarında böyük həvəslə iştirak edir.

bədəlbəy sözünün leksik mənası və izahı

"bədəlbəy" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#bədəlbəy nədir? #bədəlbəy sözünün mənası #bədəlbəy nə deməkdir? #bədəlbəy sözünün izahı #bədəlbəy sözünün yazılışı #bədəlbəy necə yazılır? #bədəlbəy sözünün düzgün yazılışı #bədəlbəy leksik mənası #bədəlbəy sözünün sinonimi #bədəlbəy sözünün yaxın mənalı sözlər #bədəlbəy sözünün əks mənası #bədəlbəy sözünün etimologiyası #bədəlbəy sözünün orfoqrafiyası #bədəlbəy rusca #bədəlbəy inglisça #bədəlbəy fransızca #bədəlbəy sözünün istifadəsi #sözlük