* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 sif. [ər. bədən və fars. nüma] Adətən bədənnüma ayna (güzgü) şəklində işlənir – başdan-ayağa bütün bədəni göstərən böyük güzgü. [Ağa Mərdan:] A kişi, mən sənin gözündə necə görükürəm? Qoy bir aynaya baxım. (Bədənnüma aynaya baxır). M.F.Axundzadə. [Nazimə] bədənnüma güzgü qabağında dayanıb başını darayanda, saçlarındakı ağ tükləri görəndə sinəsindən … dərin bir ah qopurdu. Mir Cəlal. [Qərənfil] bədənnüma güzgünün qabağında durub, uzun qara saçlarını darayırdı. M.Hüseyn. // is. Bədənnüma ayna. Səhərdir … gün düşür pəncərələrdən; Yanır büllur qablar, bədənnümalar. O.Sarıvəlli.
Azərbaycan dilinin izahlı lüğəti / bədənnüma2 ə. və f. bütün bədəni göstərən (güzgü).
Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti / bədənnüma1 Bədən ərəbcədir, nüma isə farsca nümudən (göstərmək) məsdəri ilə bağlıdır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Azərbaycan dilinin etimologiya lüğəti / bədənnüma1 BƏDƏNNÜMA (güzgü, ayna) Həmzə bədənnüma güzgünün qabağına keçib özünə ötəri bir nəzər saldı (Ə.Qasımov); TRÜMO.
Azərbaycan dilinin sinonimlər lüğəti / bədənnüma1 I прил. в сочет. с ayna, güzgü. Bədənnüma ayna (güzgü) зеркало в рост человека II сущ. трюмо (высокое стоячее зеркало)
Azərbaycanca-rusca lüğət / bədənnüma1 [ər. bədən və fars. nüma] прил.: bədənnüma ayna (güzgü) буйдин гуьзгуь (кьиляй-кьилиз беден вири аквадай чӀехи гуьзгуь); // сущ. буйдин гуьзгуь.
Azərbaycanca-ləzgicə lüğəti / bədənnüma