Bəhili sözü azərbaycan dilində

Bəhili

Yazılış

  • Bəhili • 100.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Bəhili qalası uğrunda döyüş
Bahilə qalası uğrunda döyüş — Qəsr əl-Bahili qalasında Əməvilər xilafəti ilə Türgiş xaqanlığı arasında baş vermiş döyüş. Döyüş nəticəsində türk qoşunları Xorasan vilayətinin Əməvi valisi tərəfindən göndərilən, Müseyib ibn Bişr ər-Riyahi başçılığı altındakı köməkçi qüvvə tərəfindən məğlub edilmiş, qaladakı ərəb qarnizonu isə Səmərqənd şəhərinə göndərilmişdir. Bu döyüş Türgiş xaqanlığının ərəblərin bir müddət əvvəl zəbt etdiyi və on illərlə bu iki imperiya arasında döyüş meydanına çevrilmiş Mavəraünnəhrə yürüşünün birinci mərhələsi idi. == Zəmin == Mavəraünnəhr regionu xəlifə I Validin (hak. 705–715) hakimiyyəti dövründə, VII əsrdə İran və Xorasanın fəthindən sonra Əməvi sərkərdəsi Quteybə bin Müslüm tərəfindən ələ keçirilmişdir. Mavəraünnəhrdə yaşayan türk və İrandilli xalqların, o cümlədən müəyyən dərəcədə muxtar olan yerli hakimlərin Əməvilərə olan sədaqəti sual altında qalmışdı. Hətta, Mavəraünnəhr hakimləri 719-cu ildə xilafətin valilərinə qarşı hərbi yardım almaq üçün Tan Çini və onların vassal dövləti olan Türgiş xaqanlığına məktub göndərmişdir.Ərəb valisi Əbdülrəhman bin Nüaymin məharətsizliyi vəziyyəti daha da gərginləşdirmişdir. Onun davamçısı olan Səid ibn Əmr əl-Həraşi 720-ci ildə vali təyin edilmişdir, ancaq o da olduqca səriştəsiz idi. Onun vilayət haqqında çox da biliyi yox idi. Həmçinin, əl-Həraşinin qeyri-davakar təbiəti onun xorasanlılar tərəfindən "xudnanə" (mənası – nazlı) adlandırılmasına gətirib çıxarmışdır.
Əbu Umamə əl-Bəhili
Əbu Umamə əl-Bəhili (620-ci illər, Ərəbistan yarımadası – 705, Homs, ərəb. أبو أمامة الباهلي‎) — Məhəmməd peyğəmbərin səhabələrindən biri. == Bioqrafiya == Gənc olmasına baxmayaraq, onun çağırışına cavab verən və İslamı qəbul edən qəbilə yoldaşlarının hörmətindən zövq alırdı. Bəzi məlumatlara görə o, Xudeybiyyədə bir ağacın altında beyyət etmişdir. Misirdə yaşamışdır. Siffeyn döyüşündə xəlifə Əli ibn Əbu Talibin tərəfində olmuşdur. Sonra Suriyada (Homs) məskunlaşır. O, Məhəmməd peyğəmbərin, Ömər ibn Xəttabın, Osman ibn Əffanın, Əli ibn Əbu Talibin, Muaz ibn Cəbəlin, Əbu Übeydə ibn Cərrahın və başqalarından çoxlu hədislər söyləmişdir. Onun Şəddad, Əbu Əmmar, əl-Qasim ibn Abdu-r-Rəhman və başqalarından rəvayət etdiyi 250-yə yaxın hədisləri Əl-Buxari və Müslümdən “Səhih” hədislər siyahısına daxil olmuşdur. 705-ci ildə vəfat etmişdir.
Salman ibn Rəbiə əl-Bəhili
Salman ibn Rabiə al-Bəxili (ərəb. سلمان بن ربيعة الباهلي‎‎) (doğ.:naməlum - 650-ci ildə ölüb) Azərbaycanı işğal edən ərəb qoşunlarından birinə başçılıq edib. Xəlifə Ömərin dövründə, 633–644-ci illərdə Xilafətin Azərbaycan və Ərməniyyədəki qoşunlarının hərbi komandanı. Bələncər döyüşündə xəzərlər tərəfindən öldürülən qardaşı Əbdürrəhman ibn Rəbiə ilə birlikdə Şimali Qafqaz və Xəzər çöllərində ərəblərin hərbi əməliyatlarında iştirak edir. Rəbiə tayfasının nümayəndəsidir.

Oxşar sözlər

#bəhili nədir? #bəhili sözünün mənası #bəhili nə deməkdir? #bəhili sözünün izahı #bəhili sözünün yazılışı #bəhili necə yazılır? #bəhili sözünün düzgün yazılışı #bəhili leksik mənası #bəhili sözünün sinonimi #bəhili sözünün yaxın mənalı sözlər #bəhili sözünün əks mənası #bəhili sözünün etimologiyası #bəhili sözünün orfoqrafiyası #bəhili rusca #bəhili inglisça #bəhili fransızca #bəhili sözünün istifadəsi #sözlük