bəhs sözü azərbaycan dilində

bəhs

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • bəhs • 99.7441%
  • Bəhs • 0.2436%
  • BƏHS • 0.0123%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Daxili üzvlər bəhsi
Splanxnologiya ya Daxili üzvlər sistemi anatomiyanın daxili üzvlər sistemindən bəhs edən şöbəsi. Daxili üzvlər — lat. viscus s. viscera (yun. splanchna) və ya vegetativ həyat üzvləri boyun, döş qəfəsi, qarın boşluğu və çanaqda yerləşən üzvlərə deyilir. Topoqrafiya cəhətcə bu üzvlərə aid olan ürək — qan-damar sistemində, dalaq isə limfa sistemi ilə birlikdə təsvir edilmişdir. Daxili üzvlər üç aparat təşkil edir: Həzm aparatı — lat. apparatus digestorius — qəbul olunan qidanı həzm edir, mənimsəyici hala gətirir; qida maddələri olan zülallar, karbohidratlar və yazlar həzm kanalının divarından qana və limfaya sorulur. Tənəffüs aparatı — lat. apparatus respiratorius — tənəffüs vəzifəsini görür, burada qazlar mübadiləsi gedir.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 164.39 dəfə / 1 mln.
2002 •••••••••• 106.21
2003 ••••••••••• 118.10
2004 •••••••••••• 126.33
2005 ••••••••••••• 136.31
2006 ••••••••••••••••• 186.05
2007 •••••••••••••••••••• 223.69
2008 •••••••••••••••••••• 219.26
2009 •••••••••••••••• 172.62
2010 ••••••••••••••• 159.94
2011 •••••••••••••••••• 191.57
2012 •••••••••••••••••••• 213.31
2013 ••••••••••• 114.80
2014 •••••••••••• 130.25
2015 •••••••••••••• 149.02
2016 ••••••••••••••• 163.13
2017 •••••••••••••• 147.47
2018 ••••••••••••• 142.78
2019 ••••••••••••••• 164.82
2020 ••••••••••• 122.13

bəhs sözünün leksik mənası və izahı

  • 1 is. [ər.] 1. Bir şey haqqında ətraflı danışma, müzakirə etmə, fikir yeritmə. // Söhbət, danışıq. □ Bəhs etmək – danışmaq, söhbət etmək, fikir yeritmək. Biz bir neçə Badkubə müəllimləri … ictimai məişətdən bəhs edən aylıq bir jurnal nəşr etməyə şüru etdik… C.Məmmədquluzadə. Bəhs açmaq – söhbət açmaq, danışmağa başlamaq. Qaragözlü həkim xanım özü bir çocuq anası olmadığı halda, kitablardan bəhs açaraq “Analıq və çocuqluq” mövzusunda mühazirə oxuyurdu. S.Rəhimov. 2. Mübahisə, söz güləşdirmə. □ Bəhs düşmək – mübahisə düşmək. İçərkən ortalığa belə bəhs düşdü. S.S.Axundov. Bəhs etmək – 1) mübahisə etmək. O bəhs etməyi çox sevir. – Alma, palıd, şam ağacı hal ilə; Eylədilər bəhs bu minval ilə. M.Ə.Sabir; 2) çəkişmək,mərcləşmək; 3) yarışmaq, bəhsləşmək. Xətti-rüxsarın edər lütfdən reyhan ilə bəhs; Hüsni-surətdə cəmalın güli-xəndan ilə bəhs. Füzuli. Bəhsə düşmək – acığa düşmək, bəhsləşmək, yarışmaq. Bəhsə düşən raykom şoferi yolda vurub Qocaoğlunun şoferini keçmiş və Dəmirovu hamıdan qabaq rayona çatdırmaq istəmişdi. S.Rəhimov. Bəhsə gəlmək – bir-biri ilə yarışmaq. Oğlanlar, qızlar, gəlinlər; Bir-birilə bəhsə gəlir. Aşıq Əli. Bəhsə girişmək – 1) mübahisəyə başlamaq; 2) birinin acığına iş görməyə başlamaq, çəkişmək. Bir-birinin bəhsinə – 1) bir-biri ilə yarışaraq; 2) bir-birinin acığına. Xanımlar bir-birinin bəhsinə hey buyururdular. Mir Cəlal. 3. Bir əsərin müəyyən məsələyə həsr olunmuş hissəsi, fəsli, bölməsi. Qrammatikanın feil bəhsi. Fizikanın işıq bəhsi.

    Azərbaycan dilinin izahlı lüğəti / bəhs

bəhs sözünün sinonimləri (yaxın mənalı sözlər)

bəhs sözünün omonimləri (çox mənalı sözlər)

  • 1 BƏHS I is. [ ər. ] Bir məsələ haqqında ətraflı danışmaq, fikir yürütmə. İçərkən ortalığa belə bəhs düşdü (S.S.Axundov). BƏHS II is. [ ər. ] Hər hansı bir elmin və ya əsərin müəyyən hissəsi. Morfologiyada isim bəhsi.

    Azərbaycan dilinin omonimlər lüğəti / bəhs

bəhs sözünün rus dilinə tərcüməsi

  • 1 1. спор, полемика, прения, обсуждение; 2. тема, предмет беседы, обсуждения;

    Azərbaycanca-rusca lüğət / bəhs
  • 2 сущ. 1. спор, пререкание, препирательство. Bəhs başlandı начался спор, bəhs düşdü razqorelsə спор; elmi bəhs (mübahisə) научный спор 2. обсуждение, дискуссия 3. раздел книги, посвящённый определённой теме. “Синтаксис” bəhsi раздел “Синтаксис” ◊ bəhsə girmək: 1. начать спорить, соревноваться, состязаться; 2. действовать наперекор, назло кому-л.; bəhsə gəlmək соревноваться друг с другом; bəhsə qoşulmaq включиться в спор; bir-birinin bəhsinə наперекор друг другу; bəhs etmək: 1. спорить с кем-л.; 2. говорить, рассказывать о чём-л.; 3. соперничать с кем-л.; bəhs edilmək nədən, kimdən говориться, рассказываться о ком-, о чём-л. Kitabda kosmosdan bəhs edilir в книге рассказывается о космосе

    Azərbaycanca-rusca lüğət / bəhs

bəhs sözünün inglis dilinə tərcüməsi

  • 1 i. 1. argument; discussion; qızğın ~ heat ed argument, heated / hot discussion; elmi ~ (scientific) debate; lüzumsuz / əhəmiyyətsiz ~ useless argument, mere arguing; ~ açmaq to start an argument; ~ etmək 1) to argue (about, against), to dispute (about, against); 2) to treat (of), to deal* (with); Bu kitab dilçilikdən bəhs edir This book deals with linguistics; 2. bax bölmə (2-ci mənada)

    Azərbaycanca-ingiliscə lüğət / bəhs

bəhs sözünün fransız dilinə tərcüməsi

  • 1 is. discussion f ; débat m ; litige m ; qızğın ~ discussion chaude ; elmi ~ débat scientifique ; ~ açmaq entamer une discussion ; entrer vi (ê) en discussion

    Azərbaycanca-fransızca lüğət / bəhs

bəhs sözünün ləzgi dilinə tərcüməsi

  • 1 [ər.] сущ. 1. бягьс (са затӀунин гьакъинда гегьеншдаказ рахун, фикир ачухун); // ихтилат, рахунар; bəhs etmək бягьс авун, рахун, ихтилатун, фикир ачухун; 2. гьуьжет, акъажун, гафар элуькьарун; bəhsə düşmək хъиле гьатун, гьуьжетун, акъажунар авун; 3. са эсердин тайин тир са месэладикай рахадай пай, кьил (мес. грамматикадин глаголдикай рахадай пай).

    Azərbaycanca-ləzgicə lüğəti / bəhs

bəhs sözü azərbaycan dilinin lüğətlərində

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

ə. 1) bir məsələ haqqında ətraflı danışma; mübahisə; 2) mərcləşmə, çəkişmə; 3) hər hansı bir elmin və ya əsərin müəyyən mövzunu əhatə edən hissəsi; 4) söhbət.

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

"bəhs" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#bəhs nədir? #bəhs sözünün mənası #bəhs nə deməkdir? #bəhs sözünün izahı #bəhs sözünün yazılışı #bəhs necə yazılır? #bəhs sözünün düzgün yazılışı #bəhs leksik mənası #bəhs sözünün sinonimi #bəhs sözünün yaxın mənalı sözlər #bəhs sözünün əks mənası #bəhs sözünün etimologiyası #bəhs sözünün orfoqrafiyası #bəhs rusca #bəhs inglisça #bəhs fransızca #bəhs sözünün istifadəsi #sözlük