bərabərsizliyi sözü azərbaycan dilində

bərabərsizliyi

Yazılış

  • bərabərsizliyi • 93.0070%
  • Bərabərsizliyi • 6.9930%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
İnformasiya bərabərsizliyi
İnformasiya bərabərsizliyi və ya Rəqəmsal bərabərsizlik (en. Digital divide, ru. Информационное неравенство) Cəmiyyətin gəlir səviyyəsi, ailənin tərkibi, təhsilin səviyyəsi və s. görə parçalanaraq son nəticədə vətəndaşların müəyyən hissəsinin İnternet şəbəkəsindəki informasiyaya müraciətinin çətinliyi nəzərdə tutulur. Elm, mədəniyyət, təhsil, tibb və digər sahələrdə informasiyaya çıxışın səviyyəsinə görə əhalinin müxtəlif sosial qruplarında İKT-dən istifadəsində yaranan fərqlilikdir. İKT-dən istifadə edilməsi imkanlarının müxtəlifliyindən yaranan sosial təbəqələşmənin yeni növüdür. İnformasiya strukturlarının, vasitələrinin və proseslərinin müqəddəratlarını, onların vətəndaşlar arasında vətəndaş hüququ və maddi rifah məsələlərində qeyri-bərabər paylanması ilə əlaqələndirən tərəfdarlar üçün xarakterik olan konsepsiyadır. İnformasiya bərabərsizliyinin sinonimi kimi rəqəmsal partlayış, informasiya və ya rəqəmsal parçalanma, rəqəmsal və ya elektron uçurum və digər ifadələrdən istifadə edilir.
Vikipediyada gender bərabərsizliyi
Vikipediyada gender bərabərsizliyi — Vikipediya redaktorlarının əsasən kişilər olması, Vikipediyadakı bioqrafiyaların daha az bir qisminin qadınlara aid olması və qadınları maraqlandıran mövzuların daha az əhatə olunmasına verilmiş ümumi ad.2018-ci ildə aparılmış Vikipediyanın 12 dil versiyasını və Vikimedia Fondunun bəzi digər layihələrini əhatə edən sorğu zamanı sorğuda iştirak edən 3734 nəfərdən 90%-nin kişi, 8,8%-nin qadın olduğu, 1%-nin isə cinsi azlıqlara aid olduğu ortaya çıxmışdır. 2019-cu ildə Wikimedia Fondunun o zamankı baş direktoru Katherine Maher bildirmişdir ki, onun komandası qadınların ümumi redaktorların 15–20%-ni təşkil etdiyini ehtimal edir.Vikipediyada qadınlarla bağlı məqalələrinin yaradılması, genişləndirilməsi, neytral və təfərrüatlı olması ehtimalı daha azdır. 2021-ci ildə aparılan bir araşdırma göstərmişdir ki, 2017-ci ilin aprelində dərc edilmiş bioqrafiyaların yalnız 17%-i qadınlara aid olduğu halda, silinməyə namizəd göstərilmiş bioqrafiyaların 41%-i qadınlara aid olmuşdur. Gender bərabərsizliyi Vikipediyaya ən çox irad tutulmuş mövzular arasındadır. 2015-ci ildə Vikipediyanın qurucusu Cimmi Uels ensiklopediyanın redoktorlarının ən azı 25%-nin qadınlardan ibarət olması ilə bağlı qoyduqları məqsədə çata bilmədiklərini açıqlamışdır. Vikipediyada qadın redaktorları həvəsləndirmək və qadınlarla bağlı mövzuların əhatə dairəsini artırmaq üçün "Edit-a-thon" və "Women in Red" kimi layihələr hazırlanmışdır. == Araşdırılması == 2008-ci ildə dünya miqyasında aparılnmış ilk araşdırma zamanı bütün redaktorların 13%-nin qadınlar olduğu ortaya çıxmışdır. 2011-ci ildə aparılmış araşdırmada bu rəqəmin qlobal miqyasda 9%-ə qədər endiyi müşahidə edilmişdir. 2009-cu ildə Vikimediya Fondunun sorğusu göstərmişdir ki, ortalama fəaliyyəti olan bir kişi redaktorun bu rəqəmdən iki dəfə çox redaktəsi olduuğu halda, 500-dən çox redaktə edən redaktorların yanlız 6%-i qadınlardır. == İstinadlar == == Xarici keçidlər == Vikianbarda Vikipediyada gender bərabərsizliyi ilə əlaqəli mediafayllar var.
Yaponiyada gender bərabərsizliyi
Yaponiya yüksək inkişaf etmiş dövlət olsa da gözəçarpacaq dərəcədə gender bərabərsizliyi müşahidə olunur. 2015-ci ilin statistasında görə Yaponiya Gender Bərabərsizliyi İndeksində 21-ci yeri tutub, bu isə inkişaf etmiş dövlətlərlə müqayisədə aşağı göstəricidir. Bu hal Yaponiya cəmiyyətindəki gender normalarının davam etməsi ilə əlaqədardır. Yaponiyada gender bərabərsizliyi ailədən tutmuş siyasətə qədər müxtəlif sahələrdə müşahidə olunur, iş imkanları və maaşa təsir edir. Cinsi ayrı-seçkilik ənənəvi və müasir Yaponiya cəmiyyətindəki dəyişən gender rollarının nəticəsidir. Yaponiyada ənnəvi ailə quruluşuna görə qadının vəzifəsi ev işləri ilə məşğul olmaq, kişinin vəzifəsi isə pul qazanmaqdır. Bu, iki cins arasındakı tarixi əmək bölgüsüdür. İkinci dünya müharibəsindən sonra Yaponiyada konstitusiyasının 24-cü maddəsinə "gender bərabərliyi" bəndi əlavə olunub, məqsəd ölkəni gender bərabərliyi olan ölkəyə çevirmək idi. Lakin ənənəvi ailə və gender normaları vətəndaşlar arasında hökm sürməyə davam edir və hətta XXI əsrdə belə vəziyyət çox da dəyişməyib. == Ailə == 1970-ci ilə qədər Yaponiyada qadınların işə getməsi geniş yayılmamışdı.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.49 dəfə / 1 mln.
2003 ••••••••••••• 0.79
2004 •••••• 0.34
2007 •••• 0.21
2008 ••••••••••••••• 0.97
2009 ••••• 0.32
2010 ••••• 0.27
2011 •••• 0.26
2012 ••••••• 0.43
2013 ••• 0.15
2014 •••••• 0.34
2015 •••••••• 0.51
2016 •••••• 0.35
2017 •••••••••••••••••••• 1.30
2018 •••••••••• 0.60
2019 ••••••••••• 0.70
2020 ••••••••••••••••••• 1.19

Oxşar sözlər

#bərabərsizliyi nədir? #bərabərsizliyi sözünün mənası #bərabərsizliyi nə deməkdir? #bərabərsizliyi sözünün izahı #bərabərsizliyi sözünün yazılışı #bərabərsizliyi necə yazılır? #bərabərsizliyi sözünün düzgün yazılışı #bərabərsizliyi leksik mənası #bərabərsizliyi sözünün sinonimi #bərabərsizliyi sözünün yaxın mənalı sözlər #bərabərsizliyi sözünün əks mənası #bərabərsizliyi sözünün etimologiyası #bərabərsizliyi sözünün orfoqrafiyası #bərabərsizliyi rusca #bərabərsizliyi inglisça #bərabərsizliyi fransızca #bərabərsizliyi sözünün istifadəsi #sözlük