bərpası sözü azərbaycan dilində

bərpası

Yazılış

  • bərpası • 91.9162%
  • Bərpası • 8.0476%
  • BƏRPASI • 0.0362%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Kemmu bərpası
Kemmu bərpası 1336-1338 (yapon建武新政, けんむのしんせい, Kemmu-no tüko) — Yaponiyada şoqunat yaranandan sonra, imperatorlar real hakimiyətdən uzaqlaşdırılmışdılar. Lakin öz taleyi ilə barışmaq istəməyən imperatorlar və şoqunlar arasında ədavət və nifaq ara vermirdi. İmperatorlar heç də ancaq dövlət dininin başçısı rolu ilə barışmaq istəmirdilər. Şoqunata qarşı ilk çıxış edənlərdən biri imperator Qodayqo idi. O zaman gerçək hakimiyət, nümayəndələri Kamakura şoqunatı dövründə vacib sikken(reqent) vəzifəsini və titulunu özlərində saxlayan, Xodzö evinin əlində idi. Xodzö klanı Kamakura şoqunatı dövrü belə yüksək vəziyyətə ona görə nail olmuşdu ki, qoşun yığaraq və Yeritomonun tərəfində savaşaraq Minamotonun hakimiyət uğrunda mübarizəsinə fəal dəstək verirdilər. Qodayqonun tərəfində ilk növbədə buddist ruhaniləri çıxış edirdilər. Onlar nüfuzlu qüvvə idi. Lakin ancaq onlar deyildi. İmperatoru, Xodzö evinin diktaturasına qarşı çıxış edən bəzi iri feodal klanlar da dəstəkləyirdi.
Meşənin təbii bərpası
Meşənin təbii bərpası – meşə çətri altında, meşəqırma sahələrində, meşə yanğını yerlərində meşənin yeni nəslinin yaranması prosesi. == Ümumi məlumat == Meşənin təbii bərpası toxumla, kötük pöhrələri ilə, kök bicləri ilə gedir. Meşənin təbii bərpasının intensivliyi fiziki-coğrafi şəraitdən, meşə tipindən, meşəqırma üsulundan və ağac cinslərinin meşəçilik xüsusiyyətindən asılıdır. Fizikicoğrafi mühit meşənin bərpası üçün meşə zonasında daha əlverişlidir. Meşənin təbii bərpası zamanı ağac cinslərinin dəyişilməsi (suksessiya) müşahidə olunur. Meşənin təbii bərpasına kömək etmək məqsədilə meşəqırma sahəsində toxumluq ağaclar saxlanılır, torpaq yumşaldılır, toxumun cücərməsinə şərait yaradılır. Bəzən bu tədbirlərlə yanaşı seyrək və açıq sahələrdə, həmçinin ağac şitillərinin əkini və yaxud toxumunun səpini aparılır. == Meşəsalma, meşəyetişdirmə == Meşəsiz regionlarda olan sahələrdə toxum səpmək və tinglər əkməklə süni meşə salınması. Meşəsalma üsulları iqtisadi cəhətdən məqsədəuyğun olaraq torpaq və iqlim şəraiti nəzərə alınıb seçilir. Meşəsalma zamanı müxtəlif səpin üsulları (dağınıq, cərgəli və s.) tətbiq edilir.
Müstəqilliyin Bərpası Günü
Müstəqilliyin Bərpası Günü və ya köhnə adı ilə Milli Müstəqillik Günü — Azərbaycan tarixinin ən mühüm günlərindən biridir. 2021-ci ildən etibarən yeni adıyla "Müstəqilliyin Bərpası günü" (18 oktyabrda) kimi qeyd edilir. XX əsrin sonlarında SSRİ-nin dağılması ilə yaranan tarixi şərait nəticəsində Azərbaycan dövləti öz müstəqilliyini ikinci dəfə yenidən bərpa etmişdir. 1991-ci il oktyabrın 8-də Azərbaycan Ali Sovetinin işə başlanan növbədənkənar sessiyası 4 gün müzakirələr aparıb. Nəhayət, 1991-ci il oktyabrın 18-də Ali Sovetin sessiyasında tarixi sənəd olan Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul edilib. Həmin vaxt aktın lehinə Ali Sovetin 360 deputatından 231-i səs verir, yerdə qalanlar ya sessiyaya qatılmayıb, ya da onun əleyhinə səs verməyiblər. Konstitusiya Aktında göstərilib ki, müstəqil Azərbaycan dövləti 1918–1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin hüquqi varisidir. Konstitusiya Aktı 6 fəsil, 32 maddədən ibarətdir. 1991-ci il dekabrın 29-da ümumxalq referendumunda məsələ müzakirəyə çıxarılıb və əhalinin 95%-i səsvermədə iştirak edərək ölkənin müstəqilliyinə, suverenliyinə və istiqlaliyyətinə səs verib. Azərbaycanın müstəqilliyi bərpa olunandan sonra dövlət bayrağı, himni və gerbi haqqında da qanunlar qəbul edilib.
Müstəqilliyin Bərpası Günü (Azərbaycan)

Mədəni irsin qorunması və bərpası
Mədəni irsin qorunması və bərpası — Mədəni sərvətlərin qorunub saxlanılması, gələcək nəsillərə ötürülməsi və tarixi binaların xarab olmuş hissələrinin daha çox məhv olmasının qarşısını almaq üçün orijinallarına uyğun olaraq bərpa edilməsi məqsədi ilə aparılan işlərin məcmusudur. Ümumiyyətlə, dəqiqləşdirmə və sənədləşmə kimi ilkin mərhələlərdən əlavə düzəliş və qoruma kimi prosesləri də əhatə edir. Muzeyşünaslıq sahəsi olan və sənət tarixi ilə işləyən bu peşə, memarlığın magistr və doktorantura proqramlarına daxil olan və mülki və monumental daşınmaz əmlakın təmir metod və üsullarını göstərir.
Qafqazda Pravoslav Xristianlığının Bərpası Cəmiyyəti
Qafqazda Pravoslav Xristianlığının Bərpası Cəmiyyəti — Çar Rusiyası Qafqazı tamamilə işğal etdikdən sonra bölgədə xristianlığı yaymaq məqsədilə yaradılmış cəmiyyət. == Tarixçə == Azərbaycanı işğal edənə qədər çarizmin bir xristian dövləti kimi əsarət altına aldığı dövlətlərdə, xüsusilə də əhalisi müsəlman olan dövlətlərdə yerli əhalini xristianlaşdırmaq təcrübəsi var idi. Belə ki, XVI əsrin ortalarından (çar IV İvanın hakimiyyəti illərində) Rusiya dövlətinin xarici siyasətində əsas istiqamət yeni ərazilərin işğalı və yerli əhalinin zorla xristianlaşdırılması olmuşdur. Kazan (1552), Həştərxan (1556) xanlıqlarının, həmçinin Sibirin işğalı zamanı çarizm məhz bu metoddan istifadə edərək yerli əhalini xristianlaşdırıb dini parçalanmalardan istifadə edərək işğal etdiyi ərazilərdə möhkəmlənirdi. Car-Balakən və İlisu sultanlığının ərazisində də xristianlaşdırma siyasəti Kazan, Həştərxan, Sibirdə olduğu kimi, eyni metodlarla həyata keçirilirdi. Burada yalnız iki məsələdə fərq var idi: İlk öncə Car-Balakən camaatlağının ərazisində yaşayan bütün əhalinin deyil, ancaq ingiloyların xristianlaşdırılması nəzərdə tutulmuşdu. Azərbaycan ərazisində həyata keçirilən xristianlaşdırma siyasətində rus pravoslav kilsəsinin rolunu gürcü kilsəsi oynayırdı.1851-ci il avqustun 18-də Zaqatala dairə rəisinin köməkçisi general-mayor knyaz Muxranski xristianlığı qəbul etmək müqabilində ingiloyların vergi və mükəlləfiyyətlərdən azad olunması, o cümlədən hər bir ingiloy ailəsinə gümüş pul ilə 15 rubldan 30 rubla qədər mükafat verilməsi təklifi ilə çıxış etdi. Bu təklif çar hakimiyyəti dairələrində dərhal rəğbətlə qarşılandı. 1851-ci il noyabrın 7-də Qafqaz canişini, knyaz M.S.Vorontsov xristianlığı qəbul edəcək ingiloyların dövlət xəzinəsinə verəcəkləri can və tüstü vergisindən azad edilmələri baradə xüsusi bir əmir verdi. Bu yolla 1851-ci ildə Car-Balakən dairəsində 1133 nəfər ingiloyu xristianlaşdırmaq mümkün oldu.
Çeçen-İnquş MSSR-in bərpası
Çeçen-İnquş Muxtar Sovet Sosialist Respublikasının bərpası — SSRİ və RSFSR Ali Sovetləri Rəyasət Heyətlərinin 9 yanvar 1957-ci il tarixli fərmanları ilə Çeçen-İnquş Muxtar Sovet Sosialist Respublikası ləğv edilməzdən əvvəlkju halı ilə müqayisədə bir qədər fərqli sərhədlər daxilində bərpa edilmişdir. Buraya 1944-cü ildə Stavropol diyarından Qroznı vilayətinə köçürülmüş, əhalisinin əksəriyyəti rus olan Naurski və Şelkov rayonları daxil idi, lakin eyni zamanda Şimali Osetiyaya verilmiş Priqorodnı rayonu da geri qaytarılmamışdır. Bərpadan sonra respublikanın ərazisi 19,300 km2 olmuşdur. Eyni zamanda, çeçen-inquş əhalisinin respublikanın Gürcüstan SSR-ə bitişik cənub dağlıq rayonlarında yaşaması qadağan edilmişdir. 11 fevral 1957-ci ildə SSRİ Ali Soveti Rəyasət Heyətinin 9 yanvar tarixli fərmanı təsdiq edilmiş və muxtariyyət haqqında qeydi SSRİ Konstitusiyasının 22-ci maddəsinə qaytarılmışdır. == İstinadlar == == Əlavə ədəbiyyat == Абдурахманов Д. Б., Музаев М. Н., Бугаев А. М., Шепелев В. Н., Осмаев А. Д. Восстановление Чечено-Ингушской АССР. 1 (1000 nüs.). Нальчик: ООО «Печатный двор». 2013. ISBN 978-5-905770-32-6. Ахмадов Я. З., Хасмагомадов Э. Х. История Чечни в XIX-XX веках (1200 nüs.).
Əfqanıstanın Bərpası üzrə İdarənin baş inspektoru
Əfqanıstanın Bərpası üzrə İdarənin baş inspektoru (SIGAR) — ABŞ hökumətinin Əfqanıstanın bərpası ilə bağlı aparıcı nəzarət orqanı. ABŞ Konqresi "SIGAR"ı Əfqanıstanın Bərpası fondlarına müstəqil və obyektiv nəzarət etmək üçün yaratmışdır. "SIGAR" yenidənqurma proqramlarının səmərəliliyini və effektivliyini təşviq etmək, israfçılığı, korrupsiya və vergi ödəyicisinin dollarından sui-istifadə hallarını aşkar etmək və qarşısını almaq üçün audit, yoxlamalar və araşdırmalar aparır. "SIGAR"-da individualların şübhəli saxtakarlıq hallarını şikayət etməsi üçün bir qaynar xətt də mövcuddur.
Müstəqil və demokratik Avstriyanın bərpası haqqında dövlət müqaviləsi
Avstriya ilə dövlət müqaviləsi (alm. Österreichischer Staatsvertrag‎) və ya Müstəqil və demokratik Avstriyanın bərpası haqqında dövlət müqaviləsi (alm. Staatsvertrag betreffend die Wiederherstellung eines unabhängigen und demokratischen Österreich‎) — Avstriyanın dövlət müstəqilliyini bərpa edən müqavilə. Bu, İkinci Dünya müharibəsində antihitler koalisiyasına daxil olan dörd böyük dövlət – SSRİ, ABŞ, Birləşmiş Krallıq və Fransa ilə Avstriya arasında 15 may 1955-ci ildə Vyana şəhərində imzalanmışdır. Müqavilə Avstriyanın dörd böyük dövlət tərəfindən işğalına son qoymuşdu. Böyük dövlətlər Avstriyanın müstəqilliyinə və ərazi bütövlüyünə hörmət edəcəyi, Avstriya isə Almaniya ilə hər hansı bir şəkildə siyasi, iqtisadi ittifaqa girməyəcəyi, ölkədə demokratik azadlığı təmin edəcəyi, nasist və faşist təşkilatların fəaliyyətinə imkan verməyəcəyi barədə öhdəlik götürmüşdür. Müqaviləyə anşlussu qadağan edən maddə də əlavə edilmişdir Avstriya ilə dövlət müqaviləsi beynəlxalq gərginliyin zəiflədilməsi və Avropada sülhün möhkəmləndirilməsində mühüm rol oynamış, müstəqil Avstriyanın inkişafına zəmin yaratmışdır.
Ərazilərin Bərpası və Yenidən Qurulması üzrə Agentlik (Azərbaycan)
Azərbaycan Respublikası Ərazilərin Bərpası və Yenidən Qurulması üzrə Agentlik — Azərbaycan Respublikası Prezidentin 1996-cı il 12 iyul tarixli 471 nömrəli fərmanına uyğun olaraq Azərbaycan Respublikası Ərazilərinin Bərpası və Yenidən Qurulması üzrə Dövlət Komissiyası və onun işçi orqanı olan Azərbaycan Respublikası Ərazilərinin Bərpası və Yenidən Qurulması üzrə Agentlik yaradılmışdır.2021-ci ildə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin 15 yanvar 2021 tarixli Fərmanı ilə Azərbaycan Respublikası Ərazilərinin Bərpası və Yenidən Qurulması üzrə Agentlik ləğv edilib və agentliyin balansındakı əmlak ANAMA-nın balansına verilib. == Tarixi == === Direktorları === Məmmədоv Əli Abdulla оğlu — 1997-2021 == Missiyası == Ermənistanın silahlı qüvvələri tərəfindən işğal olunmuş ərazilərə külli miqdarda maddi ziyanın vurulmasını, həmin ərazilərdə dinc əhalinin əmlaklarının talanmasının kütləvi xarakter daşıdığını və ölüm təhlükəsi nəticəsində ata-baba torpaqlarını tərk edən qaçqınlara gələcəkdə öz yerlərinə qayıtmaqları üçün normal şəraitin yaradılması zərurətini nəzərə alaraq, Azərbaycan Respublikası Prezidentinin 1996-cı il 12 iyul tarixli 471 nömrəli fərmanına uyğun olaraq, Azərbaycan Respublikası Ərazilərinin Bərpası və Yenidən Qurulması üzrə Dövlət Komissiyası və onun işçi orqanı olan Azərbaycan Respublikası Ərazilərinin Bərpası və Yenidən Qurulması üzrə Agentlik yaradılmışdır. Dövlət Komissiyası üzərinə düşən vəzifələrin yerinə yetrilməsində Azərbaycan Respublikasının Prezidenti qarşısında cavabdehdir və fəaliyyəti haqqında mütəmadi olaraq ona hesabat verir. Dövlət Komissiyası öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının Qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Nazirlər Kabinetinin qərarlarını, Azərbaycan Respublikasının beynəlxalq müqavilələrini, habelə bu Əsasnaməni rəhbər tutur. Dövlət Komissiyası öz fəaliyyətini müvafiq mərkəzi və yerli icra hakimiyyəti orqanları ilə əlaqəli şəkildə həyata keçirir. Dövlət Komissiyasının əsas vəzifəsi hərbi işğaldan azad edilmiş ərazilərdə bərpa və yenidənqurma işlərinin aparılmasını təşkil etməkdir. Dövlət Komissiyası, müharibə nəticəsində Azərbaycan Respublikasının torpaqlarına, yaşayış məntəqələrinə və digər obyektlərə dəymiş zərərin müəyyənləşdirilməsi, dağılmış obyektlərin bərpa edilməsi və yenidən qurulması proqramlarının layihələrinin tərtib edilməsi üçün müvafiq orqanlara tapşırıq verir. Komissiya, müvafiq mərkəzi və yerli icra hakimiyyəti orqanlarını, habelə aidiyyatı olan ictimai birlikləri cəlb etməklə, işçi orqan tərəfindən hazırlanmış bərpa və yenidənqurma proqramlarının layihələrini müzakirə edir və onları təsdiq olunmaq üçün Azərbaycan Respublikasının Prezidentinə təqdim edir. Bərpa və yenidənqurma proqramını həyata keçirmək məqsədi ilə vəsait toplanması üçün beynəlxalq təşkilatlar, xarici dövlət və qeyri-dövlət qurumları ilə ardıcıl iş aparılır. Respublika büdcəsi və beynəlxalq təşkilatlar tərəfindən ayrılan vəsait hesabına maliyyələşdirilən hüquqi şəxs statusuna malik olan işçi orqan yaradılır.
Azərbaycan Respublikası Ərazilərin Bərpası və Yenidən Qurulması üzrə Agentlik

Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti
Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti — Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında fəaliyyət götərən dövlət xidməti; == Haqqında == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 18 dekabr tarixli 409 nömrəli Fərmanı ilə yaradılmışdır. Dövlət Xidməti mədəni irsin qorunması, Azərbaycan ərazisində "İçərişəhər" Dövlət Tarix-Memarlıq və "Qala" Dövlət Tarix-Etnoqrafiya qoruqlarının əraziləri istisna olmaqla, dövlət mühafizəsində olan daşınmaz tarix və mədəniyyət obyektlərindən (abidələrindən) istifadə, onların bərpası, rekonstruksiyası, konservasiyası və yenidən qurulması sahəsində dövlət nəzarətini həyata keçirən icra hakimiyyəti orqanıdır.
"Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 20 illiyi" yubiley medalı
"Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 20 illiyi" Azərbaycan Respublikasının yubiley medalı — Azərbaycan Respublikasının dövlət mükafatı. Azərbaycan Respublikasının 2012-ci il 1 oktyabr tarixli Qanunu ilə təsdiq edilmişdir. 1. "Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 20 illiyi" Azərbaycan Respublikasının yubiley medalı (bundan sonra ─ medal) ensiz lövhə ilə birgə bürüncdən tökülmüş və qızıl suyuna çəkilmiş, diametri 35 mm olan dairəvi lövhədən ibarətdir. 2. Medalın ön tərəfinin üzərində iri səkkizguşəli ulduzun içərisində olan Azərbaycan Respublikasının xəritəsinin fonunda "20 il" sözləri həkk olunmuşdur. Ulduzun guşələri arasında olan hissədə səkkiz ədəd xırda fiqurlar əks olunmuşdur. Medalda çevrə boyunca "Azərbaycan Respublikasının Dövlət Müstəqilliyinin Bərpasının 20 illiyi" sözləri yazılmışdır. 3. Medalın arxa tərəfi hamar səthlidir, orta hissəsində qızılı rəngli "AZƏRBAYCAN RESPUBLİKASININ DÖVLƏT MÜSTƏQİLLİYİNİN BƏRPASININ 20 İLLİYİ" sözləri, aşağı hissədə "1991 ─ 2011" rəqəmləri, yuxarı hissədə medalın seriyası və nömrəsi həkk olunmuşdur.
"Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 20 illiyi (1991-2011)" yubiley medalı

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 80.07 dəfə / 1 mln.
2002 ••••••••• 61.67
2003 ••••••••••••••••• 119.29
2004 •••••••••••••••••••• 142.50
2005 ••••••••••••• 91.77
2006 •••••••••••••• 93.47
2007 •••••••••••••• 98.10
2008 ••••••••••••• 91.36
2009 •••••••••••• 85.43
2010 •••••••••••• 83.78
2011 •••••••••• 68.38
2012 ••••••••• 58.17
2013 •••••• 42.01
2014 •••••••• 54.57
2015 •••••••• 50.01
2016 ••••••••••• 77.75
2017 •••••••••••••• 99.67
2018 ••••••••••••• 86.75
2019 ••••••••••••• 92.08
2020 ••••••••••••••• 103.43

"bərpası" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#bərpası nədir? #bərpası sözünün mənası #bərpası nə deməkdir? #bərpası sözünün izahı #bərpası sözünün yazılışı #bərpası necə yazılır? #bərpası sözünün düzgün yazılışı #bərpası leksik mənası #bərpası sözünün sinonimi #bərpası sözünün yaxın mənalı sözlər #bərpası sözünün əks mənası #bərpası sözünün etimologiyası #bərpası sözünün orfoqrafiyası #bərpası rusca #bərpası inglisça #bərpası fransızca #bərpası sözünün istifadəsi #sözlük