bərqərar sözü azərbaycan dilində

bərqərar

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • bərqərar • 99.6014%
  • Bərqərar • 0.3455%
  • BƏRQƏRAR • 0.0531%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 40.42 dəfə / 1 mln.
2002 •••••••••••••• 102.78
2003 •••••••••••••••••••• 146.84
2004 •••••••••• 66.36
2005 ••••••••••• 76.93
2006 •••••••• 55.41
2007 •••••••• 53.28
2008 •••••••• 57.98
2009 ••••••• 46.56
2010 ••••• 35.76
2011 •••••• 37.49
2012 ••••• 35.02
2013 •••• 23.63
2014 •••• 27.46
2015 ••••• 33.00
2016 •••••• 37.31
2017 •••••• 36.91
2018 ••••• 31.61
2019 ••••• 32.27
2020 •••• 24.80

bərqərar sözünün leksik mənası və izahı

  • 1 [fars. bər və ər. qərar] 1. köhn. Yerləşmiş, yerləşmə, qərar tapma, dayanma. …Kərim xan adlı deyir ki: aləm dörd rüknün üstündə bərqərardır… M.F.Axundzadə. 2. Əvvəlki halında qalma, sabit olma. [Bəhram:] …Pəri ilə yavuqlaşım, sonra yenə əvvəlki halımda bərqəraram. C.Cabbarlı. [Anketov:] Filankəs öz vəzifəsində bərqərardır. Mir Cəlal. 3. Sabit, davamlı, daimi. Qanun öz hökmündə bərqərardır. – Hər kəs elm oxur, bəxtiyar olur; Millət elm ilə bərqərar olur. M.Ə.Sabir. O bizimçün daimidir, bərqərar; Gah incidər könlümüzü, gah açar. A.Səhhət. □ Bərqərar etmək – sabitləşdirmək, möhkəmləndirmək, bərpa etmək. Silahların ümumi azaldılması haqqında məclisin qəbul etdiyi qərar eyni zamanda sülhsevər xalqların möhkəm sülh və beynəlxalq təhlükəsizliyi bərqərar etmək əzminin ifadəsidir. (Qəzetlərdən). Bərqərar olmaq – 1) sabitləşmək, qüvvəyə minmək, həyata keçmək. …Bir sözlə, saxtalıqlar üstdə bərqərar olan bir dünya yaratdılar. B.Vahabzadə; 2) bir yerdə qərar tutmaq, dayanmaq. Əntərzadə gəlib N. kəndində, şairlər demişkən, “bərqərar” oldu. Mir Cəlal. Hər dəfə irəli keçmək, istəyən adam bu qilü qalın qabağında tab gətirməyərək qayıdır və öz yerində bərqərar olurdu. S.Rəhimov.

    Azərbaycan dilinin izahlı lüğəti / bərqərar

bərqərar sözünün sinonimləri (yaxın mənalı sözlər)

bərqərar sözünün rus dilinə tərcüməsi

  • 1 прил. 1. утверждённый, установленный 2. твёрдый, стойкий, непоколебимый, твёрдоустановленный, строгий, обязательный для исполнения, непререкаемый предписанием; bərqərar etmək: 1. укреплять, укрепить, устанавливать, установить. Avropada möhkəm sülh bərqərar etmək установить прочный мир в Европе; 2. утверждать, утвердить; bərqərar olmaq: 1. укрепляться, укрепиться, устанавливаться, установиться; утверждаться, утвердиться. Şəhərdə yeni hakimiyyət bərqərar oldu в городе установилась новая власть; 2. остановиться, остаться, засесть где-л

    Azərbaycanca-rusca lüğət / bərqərar

bərqərar sözünün inglis dilinə tərcüməsi

bərqərar sözünün fransız dilinə tərcüməsi

bərqərar sözünün ləzgi dilinə tərcüməsi

  • 1 [fars. bər və ər. qərar] 1. куьгьн. алукьун, чка кьун, акъвазун; // алай, чка кьур; 2. авай гьалда амукьун, дегиш тахьун; 3. кӀеви, дегиш тежер, мидайим (мес. къанун); bərqərar etmək кӀеви авун, гьамиша сад хьиз амукьдайвал авун, мягькемарун; bərqərar olmaq а) кӀеви хьун, мягькем хьун, гьамиша сад хьиз амукьдайвал хьун; б) са чкадал алаз хьун, акъвазун.

    Azərbaycanca-ləzgicə lüğəti / bərqərar

bərqərar sözü azərbaycan dilinin lüğətlərində

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

f. və ə. möhkəm, daimi, davamlı, dəyişməyən, sabit.

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

"bərqərar" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#bərqərar nədir? #bərqərar sözünün mənası #bərqərar nə deməkdir? #bərqərar sözünün izahı #bərqərar sözünün yazılışı #bərqərar necə yazılır? #bərqərar sözünün düzgün yazılışı #bərqərar leksik mənası #bərqərar sözünün sinonimi #bərqərar sözünün yaxın mənalı sözlər #bərqərar sözünün əks mənası #bərqərar sözünün etimologiyası #bərqərar sözünün orfoqrafiyası #bərqərar rusca #bərqərar inglisça #bərqərar fransızca #bərqərar sözünün istifadəsi #sözlük