Bəsitçay sözü azərbaycan dilində

Bəsitçay

Yazılış

  • Bəsitçay • 100.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Bəsitçay
Bəsitçay – Zəngilan rayonu ərazisindən axan çay. Bartaz yaylasından başlayaraq axarı boyunca Qixovuz, Kükrətaz, Sobusu çaylarını özünə birləşdirir. Baharlı kəndindən keçərkən Rəzdərə kəndində Rəzdərəçay adlanır Araz çayının sol qolu olmaqla öz mənbəyini Ermənistan Respublikasından götürür. Çayın uzunluğu 44 km (17 km-i Azərbaycan ərazisinə düşür) su toplayıcı hövzəsi isə 354 km²–dir (156 km²-i Azərbaycan ərazisinə düşür). Çayın en kəsiyindən az sulu illərdə 0,65 m³/san, orta sulu illərdə 2,10 m³/san, çox sulu illərdə isə 4,05 m³/san su axır. Çay Ermənistanın dağ kəndlərinin donuz fermalarının tullantıları ilə çirkləndirilir. == Toponimi == Zəngilan rayonu ərazisində çay Araz çayının qoludur. Xalq arasında Balaçay da adlanır. Çayın Baharlı kəndindən axan hissəsi Baharlı, Rəzdərə kəndindən axan hissəsi isə Rəzdərə adlanır. Bu çayın axdığı Bəsitçay dərəsi (bəzi mənbələrdə Basutçay dərəsi) dövlət qoruğudur və burada nadir çinar ağacları qorunur.
Bəsitçay Dövlət Təbiət Qoruğu
Bəsitçay dövlət təbiət qoruğu — nadir Şərq çinarının qorunub saxlanılması məqsədilə Azərbaycan SSR Nazirlər Sovetinin 4 iyul 1974-cü il tarixli qərarı ilə 107 hektar ərazidə yaradılmışdır. Qoruq Zəngilan rayonunda Kiçik Qafqaz dağlarının cənub-şərq hissəsinin Bəsitçay ətrafı boyunca ərazini əhatə edir. Qoruğun adı monqol mənşəli olub, Beysut tayfasının adından götürülüb. Çinarlıq qoruq ərazisinin 93,5%-ni təşkil edir. Çinar ağaclarının orta yaşı 170 ildir, lakin əsl nəhəng-yaşı 1200–1500 il, hündürlüyü 50 m və diametri 4 m qədər olan ağaclara da rast gəlmək olar. Qoruğun yerləşdiyi ərazi əsasən dağlıq olub, dəniz səviyyəsindən hündürlüyü 600–800 m-ə qədərdir. Sağ sahil dik yamaclı dağlardan, sol sahil isə təpəliklərdən ibarətdir. Əsasən Üçüncü dövr çöküntüləri yayılıb. Çay dərəsi boyunca ensiz allüvial düzənlik uzanır. Buradakı dağlar Bəsitçayın qolları ilə xeyli parçalanmışdır.

Oxşar sözlər

#bəsitçay nədir? #bəsitçay sözünün mənası #bəsitçay nə deməkdir? #bəsitçay sözünün izahı #bəsitçay sözünün yazılışı #bəsitçay necə yazılır? #bəsitçay sözünün düzgün yazılışı #bəsitçay leksik mənası #bəsitçay sözünün sinonimi #bəsitçay sözünün yaxın mənalı sözlər #bəsitçay sözünün əks mənası #bəsitçay sözünün etimologiyası #bəsitçay sözünün orfoqrafiyası #bəsitçay rusca #bəsitçay inglisça #bəsitçay fransızca #bəsitçay sözünün istifadəsi #sözlük