Bəsrə sözü azərbaycan dilində

Bəsrə

Yazılış

  • Bəsrə • 99.6491%
  • bəsrə • 0.3509%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Bəsrə
Bəsrə (Ərəb dili:البصرة) — Cənubi İraqda şəhər. Bəsrə mühafazasının inzibati mərkəzi. Əhalisi 2,02 mln. nəfər (2005). İran körfəzinin 55 km-liyində, Şətt-ül-ərəb çayında port (1980-ci illərədək qabarma zamanı okean gəmiləri daxil ola bilirdi; sonralar çay yatağını lil basdığından yalnız kiçik tonnajlı gəmilər daxil olur). Nəqliyyat qovşağı. Beynəlxalq hava limanı var. == Tarixi == Bəsrənin əsasını 637/638 ildə xəlifə Ömər ibn əl-Xəttab qoymuşdur. Bəsrə VIII– IX əsrlərdə ərəb-müsəlman mədəniyyətinin formalaşmasının (Bəsrə əhalisi mürəkkəb etnik-irqi müxtəlifliyi ilə seçilirdi; burada ərəblər, farslar, Hindistan və Afrika xalqları yaşayırdı), İraqın siyasi və iqtisadi həyatının, həmçinin tunc, saxsı və şüşə məmulatı istehsalının mühüm mərkəzlərindən idi. 762-ci ildə Abbasilər paytaxtı Bağdada köçürdükdən sonra Bəsrə iqtisadi mövqeyini tədricən itirməyə başladı.
Bəsrə (Sərdəşt)
Bəsrə (fars. بصره‎) — İranın Qərbi Azərbaycan ostanının Sərdəşt şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 230 nəfər yaşayır (40 ailə).
Bəsrə (el)
Bəsrə mühafəzəsi — İraqın 18 mühafəzəsindən biri. Bəsrə mühafəzəsinin ərzisi 19.070 km², 1997-ci ildə aparılmış rəsmi siyahıya almaya əsasən əhalisi 1.556.445 nəfər, inzibati mərkəzi Bəsrə şəhəridir.
Bəsrə körfəzi
İran körfəzi həmçinin Fars körfəzi (fars. خليج فارس‎ - Xəlic-e Fars; ərəb. الخليج الفارسی‎ - əl-Xəlicül-Farsi, əl-Xəlic əl-Farsi) — İran və Ərəbistan yarımadası arasında körfəz. Hörmüz boğazı vasitəsilə Oman körfəzi, Ərəbistan dənizi və Hind okeanı ilə birləşir. 2018-ci ildə Birləşmiş Millətlər Təşkilatının bir quruluşu olaraq Ümumdünya Əqli Mülkiyyət Təşkilatı, Origin of Appellations və onların Beynəlxalq Qeydiyyatı Protokolu əsasında Lissabon Sazişinə əsasən Fors Körfəzini rəsmi sənəddə qeydiyyatdan keçirir. Fars Körfəzi İncili üçün Qeydiyyat Sertifikatında bu adın tanınması su orqanının adının belə bir şəkildə tanınmasını göstərdi. Beynəlxalq müqaviləyə əsasən bu razılaşmaya əsasən heç bir ölkə, hökumət və təşkilat Fars körfəzinə istinad etmək üçün başqa bir ad istifadə edə bilməz.Körfəzin sahilində yerləşən ölkələr Oman, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı, Qətər, Bəhreyn, Küveyt, İraq və İrandır. Dəclə və Fərat çaylarının qovuşması nəticəsində yaranan Şəttül-Ərəb çayı Fars körfəzinə tökülür. Hidroloji, hidrokimyəvi və digər xüsusiyyətlərinə görə Fars körfəzi dənizlərlə oxşardır. 2018-ci ildə Birləşmiş Millətlər Təşkilatının bir quruluşu olaraq Ümumdünya Əqli Mülkiyyət Təşkilatı, Origin of Appellations və onların Beynəlxalq Qeydiyyatı Protokolu əsasında Lissabon Sazişinə əsasən Fors Körfəzini rəsmi sənəddə qeydiyyatdan keçirir.
Bəsrə mühafazası
Bəsrə mühafəzəsi — İraqın 18 mühafəzəsindən biri. Bəsrə mühafəzəsinin ərzisi 19.070 km², 1997-ci ildə aparılmış rəsmi siyahıya almaya əsasən əhalisi 1.556.445 nəfər, inzibati mərkəzi Bəsrə şəhəridir.
Bəsrə mühafəzası
Bəsrə mühafəzəsi — İraqın 18 mühafəzəsindən biri. Bəsrə mühafəzəsinin ərzisi 19.070 km², 1997-ci ildə aparılmış rəsmi siyahıya almaya əsasən əhalisi 1.556.445 nəfər, inzibati mərkəzi Bəsrə şəhəridir.
Bəsrə mühafəzəsi
Bəsrə mühafəzəsi — İraqın 18 mühafəzəsindən biri. Bəsrə mühafəzəsinin ərzisi 19.070 km², 1997-ci ildə aparılmış rəsmi siyahıya almaya əsasən əhalisi 1.556.445 nəfər, inzibati mərkəzi Bəsrə şəhəridir.
Bəsrə vilayəti
Bəsrə vilayəti — Osmanlı İmperiyası tərkibində, 1875–1880–ci və 1884–1918–ci illərdə mövcud olmuş I dərəcəli inzibati–ərazi vahidi. İnzibati mərkəzi Bəsrə şəhəri idi.
Bəsrənin fəthi (1546)
Bəsrənin Fəth — 1546-cı ildə Bəsrənin Portuqaliya imperatorluğunun əlinə keçmə təhlükəsinə qarşı Osmanlı imperiyası tərəfindən ələ keçirilərək birbaşa Türk idarəsinə alınmışdı. == Arxa plan == Qanuni Sultan Süleymanın 1534-cü ildə Bağdadı alması ilə Bəsrə rəsmən Osmanlı hakimiyyətinə keçdi. O zaman Bəsrə hakimi olan Megamisoğlu Raşid oğlu Mani padşahın hüzuruna göndərərək tabeliyini qəbul edib. Rəşidin 1543-cü ildə ölümünün ardından taxta keçən oğlu Manı də vəziri Mir Mehmed və kazaskerini Qanuni Sultan Süleymana itaətini bildirmək üçün göndərmişdi. Heyət Boğdan yürüşündə olan Qanuninin hüzuruna 25 iyul 1538-ci ildə çıxmış, Mannın ubudiyetnamesini, Bəsrənin rəmzi açarlarını və bəzi hədiyyələri təqdim etmişdi. Qanuni də Rəşidə bəylərbəyi adı vermiş və bəraət göndermişti. Bəsrə bu dövrdə əhali baxımından orta böyüklükdə bir şəhər olsa da, (1552 yazına görə şəhərdə, 11-i qalada olmaq üzrə cəmi 20 məhəllə mövcud idi və şəhər əhalisi 15 minə yaxın olub, bunun 5 mini qala içində yaşayırdı) İraqın Bəsrə Körfəzinə açılan limanı olması səbəbindən strateji əhəmiyyətə malik idi. 1534-1546 illərdə Bəsrə körfəzinin girişindəki Hürmüzü tutan Portuqaliyalılar buranın iqtisadi olaraq müəyyən qədər təmin olunması məqsədilə Bəsrə ilə təmaslarını artırmışdılar. Bu dövrdə Megamisoğlu Rəşid ölmüş, yerinə bir müddət oğlu Manı keçmiş, ancaq bir müddət sonra o da idarəetməni əmisioğlu Beni Aman şeyxi Şeyx Yəhyaya tərk etmək məcburiyyətində qalmışdı. Şeyx Yəhya Hürmüzdəki Portuqaliya komandanlığına müraciət edərək onu Türk təhlükəsinə qarşı xəbərdar etmiş, həmçinin Bəsrə üçün də yardım istəmişdi.
Bəsrənin yağmalanması (923)
Bəsrənin yağmalanması — Abbasilərin Bəsrə şəhərinin Bəhreyn qərmətiləri tərəfindən 923-cü ilin avqustunda tutulması və talan edilməsi. Bu, qərməti basqınlarından birincisi idi ki, kulminasiya nöqtəsi 927–928-ci illərdə qərmətilərin İraqa yürüşü idi. == Zəmin == 890-cı illərdə ismaili missioneri Əbu Səid Cənnəbi Bəhreyndə müstəqil qərməti dövləti qurmuşdur. Əbu Səidin hakimiyyəti altında Bəhreyn qərmətiləri 900-cü illərdə Suriya və İraqda Abbasilər xilafətinə qarşı qərmətilərin qaldıqları üsyanlarda, eləcə də İfriqiyədə Fatimilər xilafətinin qurulmasında iştirak etməmişdilər. Onlar 912-ci ildə Bəsrə şəhərinə etdikləri basqın istisna olmaqla, Abbasilərlə sülhü qorumuş və Abbasi vəziri Əli ibn İsa ibn Cərrahdan pul və silah ianələri almışlar.923-cü ilin yanvarında Əbu Səidin 16 yaşına çatmış kiçik oğlu Əbu Tahir Cənnəbi qərmətilərin başçılığına keçmişdir. Eyni zamanda Əli ibn İsa öz mövqeyini itirmiş və onun yerinə hərbi əməliyyatlara üstünlük verən daha döyüşkən rəqibi İbn Fərat gəlmişdir. Müasir tarixçilərə görə, iddialı olan Əbu Tahir, çox güman ki, bundan Abbasilərə hücum etmək üçün bəhanə kimi istifadə etmişdir. == Mənbə == === İstinadlar === === Ədəbiyyat === Ахундова Н. Ч. Тюрки в системе государственного управления Арабского Халифата: VIII--сер. Х вв. Bakı: Elm.
Səfəvi imperiyasının Bəsrəni ələ keçirməsi
Səfəvi imperiyasının Bəsrəni ələ keçirməsi (1697–1701) — 1697-ci ilin 26 martı ilə 1701-ci ilin 9 martı arasında baş vermişdir. Bu ikinci hadisə idi ki, İran körfəzində vacib şəhər Səfəvi imperiyasının əlinə keçirdi. Bəsrə müasir İraq ərazisində yerləşməkdədir və 1697-ci ilə qədər 1508-ci ildən 1524-cü ilə qədər Səfəvi imperiyasının əlində olmuşdu. Bu şəhər 1524-cü ildə Şah İsmayılın ölümündən sonra itirilmişdi. Bundan sonrakı dövr ərzində Səfəvi imperiyasının rəqibi Osmanlı imperiyası bölgə üzərində nominal da olsa, öz hakimiyyətini qurmağı bacarmışdı. Faktiki olaraq isə, hakimiyyət ərəb Banu'l-Muntafiq qəbiləsinin yerli qolu olan Əl-Muğamis tayfasının əlində qalmaqda idi. 1596-cı ildə Bəsrənin Osmanlı hakimi Əli paşa öz vəzifəsini yerli əyanlardan olan Əfrasiyaba pul müqabilində satdı. Bundan sonrakı 70 il ərzində Bəsrə Əfrasiyab və xələflərinin irsi hakimiyyəti altında olan əyalət statusu ilə Osmanlı imperiyasının tərkibində qaldı. Səfəvi imperiyasının Bəsrəni geri qaytarmaq üçün 1624, 1625 və 1628-1629-cu illərdəki cəhdləri portuqaliyalıların müdaxiləsi, digər cəbhələrdə yaranmış çətin şərait və nəhayət I Abbasın ölümünə görə uğursuzluqla nəticələnir. Bəsrə coğrafi və iqtisadi səbəblərə görə Səfəvilərə doğru yuvarlanmaqda davam edirdi.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 1.01 dəfə / 1 mln.
2002 •••••••••••••••••••• 3.43
2003 ••••••••••••••••• 2.76
2004 •••••••••••••••• 2.70
2005 •••• 0.67
2006 •••• 0.68
2007 •••••••• 1.27
2009 ••••••••••••• 2.08
2010 •••••••••••• 2.00
2011 ••••• 0.77
2012 ••••• 0.77
2013 •••••••••••• 2.04
2015 •• 0.34
2016 •• 0.17
2018 •••••••••• 1.65
2019 ••• 0.42
2020 •••• 0.53

bəsrə sözünün rus dilinə tərcüməsi

"bəsrə" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#bəsrə nədir? #bəsrə sözünün mənası #bəsrə nə deməkdir? #bəsrə sözünün izahı #bəsrə sözünün yazılışı #bəsrə necə yazılır? #bəsrə sözünün düzgün yazılışı #bəsrə leksik mənası #bəsrə sözünün sinonimi #bəsrə sözünün yaxın mənalı sözlər #bəsrə sözünün əks mənası #bəsrə sözünün etimologiyası #bəsrə sözünün orfoqrafiyası #bəsrə rusca #bəsrə inglisça #bəsrə fransızca #bəsrə sözünün istifadəsi #sözlük