Bəxtiyarov sözü azərbaycan dilində

Bəxtiyarov

Yazılış

  • Bəxtiyarov • 98.6441%
  • BƏXTİYAROV • 1.3559%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Orxan Bəxtiyarov
Orxan Sərvər oğlu Bəxtiyarov (13 fevral 1991; Daşkəsən, Azərbaycan — 7 noyabr 2020; Şuşa rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Orxan Bəxtiyarov 1991-ci il sentyabrın 13-də Daşkəsən şəhərində anadan olub. Ailəli idi. Bir oğlu yadigar qaldı. == Hərbi xidməti == Azərbaycan Ordusunun əsgəri olan Orxan Bəxtiyarov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Orxan Bəxtiyarov noyabrın 7-də Şuşanın azad edilməsi zamanı şəhid olub. Daşkəsən şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Orxan Bəxtiyarov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Orxan Bəxtiyarov ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Orxan Bəxtiyarov ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Rəşad Bəxtiyarov
Rəşad Bəxtiyarov (24 dekabr 1978) — Azərbaycan aktyoru. Azərbaycan Respublikasının əməkdar artisti. == Həyatı == Rəşad Bəhram oğlu Bəxtiyarov 25 dekabr 1978-ci ildə Bakıda anadan olmuşdur. 2002-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dram və kino aktyorluğu fakültəsini bitirmişdir. Tələbəlik dövründə Milli Teatrın tamaşalarının kütləvi səhnələrində sözsüz rollar ifa edib. 2001-ci ildən teatrın truppasında fəaliyyət göstəriba. Rəşad Bəxtiyarov Akademik Milli Dram Teatrının səhnəsində aşağıdakı rolları oynayıb: Şəmsi bəy ( "Eşq və intiqam" S.S.Axundov ), Müxbir ( "Kəllə" N.Hikmət ), Qəzet satan ( "Hərənin öz payı" X.Qoca ), Kinto,Qarson və Rəssam ( "Brüsseldən məktublar" H.Həsənov ), Silvestr ( "Skapenin kələkləri"J.Molyer ), Bədxəbər ( "Varlı qadın " Ə.Əmirli ), Orxan ( "Afət" H.Cavid ), Ərəb zabiti ( "Dar ağacı" B.Vahabzadə ), Milis ( "Ölüləri qəbristanlıqda basdırın" İ. Şıxlı ), Baloğlan ( "Eloğlu" A.Şaiq ), 1-ci gənc ("Mesenat" Ə.Əmirli ), Abdi ("Qanlı Nigar" S.Şəndil), Andrey ("Keçmişdən gələn zəng", A.Krım), şeypurçu əsgər ("Generalın son əmri", Vaqif Səmədoğlu), Xlopov ("Müfəttiş", Nikolay Qoqol), Toğrul ("Yaşar", Cəfər Cabbarlı). Rəşad Bəxtiyarov "Həqiqət işığında"(Mirzəyev) və "Bəyaz həyat" (Sonanın oğlu) telefilmlərində çəkilib. == Mükafatları == 10 may 2019-cu ildə, 7 may 2020-ci ildə və 7 may 2021-ci ildə Prezident Mükafatına layiq görülmüşdür.
İxtiyar Bəxtiyarov
İxtiyar Bəxtiyarlı — kimyaçı, kimya elmləri doktoru, professor. == Həyatı == İxtiyar Bəhram oğlu Bəxtiyarlı 17 iyun 1949-cu ildə Ağdamda anadan olmuşdur. O, 1966-cı ildə Ağdam 5 saylı orta məktəbi, 1972-ci ildə Azərbaycan Pedaqoji Universitetinin (indiki Azərbaycan Dövlət Pedaqoji Universiteti)Kimya fakültəsini bitirmişdir. Ali təhsilini başa vurduqdan sonra İxtiyar Bəxtiyarlı üç il Cəlilabad rayonunun Allar kənd orta məktəbində ixtisası üzrə müəllim işləmişdir.İxtiyar Bəxtiyarlı 1975-ci ildə Azərbaycan EA Qeyri-üzvi və fiziki-kimya İnstitutunda aspiranturanın əyani şöbəsinə daxil olmuş­dur. O, 2303.01 - Qeyri-üzvi kimya ixtisası üzrə 1980-cı ildə “Nadir torpaq elementlərinin oksitio­qallatlarının və -indatlarının sintezi və fiziki-kim­yəvi tədqiqi” mövzusunda namizədlik, 1995-ci ildə isə “Lantano­idlərin mü­rəkkəb oksi­sulfidlərinin əmələ gəl­məsinin və faza çevrilmələrinin qu­ru­luş-kimyəvi əsasları” mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. Aspirantura müddəti qurtardıqdan sonra İ.Bəxtiyarlı fasiləsiz olaraq həmin institutda işləmiş və kiçik elmi işçi, böyük elmi işçi, aparıcı elmi işçi, baş elmi işçi vəzifələrində çalışmışdır. 1988-ci ildə İ.Bəxtiyarlı “Qeyri-üzvi kimya” ixtisası üzrə “Böyük el­mi işçi” attestatına və “Respublika Xalq Maarifi əlaçısı” adına layiq gö­rül­müşdür. 1999-cu ildə İ.Bəxtiyarlı Beynəlxalq Bioqrafiya Mərkəzi (Kembric, İn­gil­tərə) tərə­findən “XX əsrin görkəmli adamı” seçilmiş, eyni zamanda elmə ver­diyi töhfələrə gö­rə “Görkəmli Nailiyyət” diplomu və medalı ilə təltif olun­muş­dur. Mərkəz tərəfindən onun bioqrafiyası bir neçə ensik­lo­pedik nəşrdə (Dic­tionary of İnternational Biography-DİB-Twenty seventh editions – Cam­b­ridge, England-1999; Outstanding people of the 20th Century-First edition - Cambridge, England-1999 və s.) çap olunaraq dünyanın qabaqcıl ölkələrinə göndərilmişdir. 2010-cu ildə Azərbaycan Respublikası Prezidenti yanında Ali Attes­tasiya Komissiyası tərəfindən İ.Bəxtiyarlıya “Qeyri-üzvi kimya” ixti­sası üzrə “professor” elmi adı verilmişdir.
Lalə Bəxtiyarova
Bəxtiyarova Lalə Bahadur qızı - == Həyatı == Bəxtiyarova Lalə Bahadur qızı 1984-cü ildə Azərbaycan Tibb Universitetinin müalicə-profilaktika fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. Klinik ordinaturadan sonra 1992-ci ildə Əziz Liyev adına Azərbaycan Dövlət Təkmilləşdirmə İnstitutunun nefrologiya kafedrasında assistent kimi fəaliyyətə başlamışdır. 1994-cü ildə “müxtəlif formalı revmatik” mənşəli böyrək zədələnməsinin parsial funksiyalarının öyrənilməsi” mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir. 2000-ci ildən nefrologiya kafedrasının dosentidir. Nefrologiyanın aktual məsələlərin həsr olunmuş 40-dan çox elmi məqaləsi vardır: böyrək və hamiləlik, diabetik və urat nefropatiya, tez proqressivləşən qlomerulonefrit və s. 2000-ci ildən aprobasion seminarın elmi katibidir. 2006-ci ildən Ə.Əliyev adına AzərbaycanDövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun elmi katibidir.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 1.11 dəfə / 1 mln.
2003 •••••• 0.79
2005 ••••• 0.67
2006 •••• 0.45
2007 ••• 0.42
2008 •••••••••••••••••••• 2.92
2009 •••••••••••••• 1.92
2010 ••••••••• 1.18
2011 •••••••• 1.12
2012 ••••••••••••• 1.81
2013 •••••• 0.88
2014 ••••• 0.69
2015 ••••• 0.68
2016 ••••• 0.69
2017 ••••••• 0.98
2018 ••••• 0.60
2019 •••••••••••• 1.67
2020 ••••••• 0.93

Oxşar sözlər

#bəxtiyarov nədir? #bəxtiyarov sözünün mənası #bəxtiyarov nə deməkdir? #bəxtiyarov sözünün izahı #bəxtiyarov sözünün yazılışı #bəxtiyarov necə yazılır? #bəxtiyarov sözünün düzgün yazılışı #bəxtiyarov leksik mənası #bəxtiyarov sözünün sinonimi #bəxtiyarov sözünün yaxın mənalı sözlər #bəxtiyarov sözünün əks mənası #bəxtiyarov sözünün etimologiyası #bəxtiyarov sözünün orfoqrafiyası #bəxtiyarov rusca #bəxtiyarov inglisça #bəxtiyarov fransızca #bəxtiyarov sözünün istifadəsi #sözlük