bəxtəvər sözü azərbaycan dilində

bəxtəvər

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • bəxtəvər • 74.4444%
  • Bəxtəvər • 24.0741%
  • BƏXTƏVƏR • 1.4815%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Bəxtəvər soxulcan
Bəxtəvər soxulcan — 2011-cü ildə çəkilən orijinal Disney Channel filmidir.
Bəxtəvər (film, 1990)
Bəxtəvər qısametrajlı bədii filmi rejissor Ömür Nağıyev tərəfindən 1990-cı ildə ekranlaşdırılmışdır. "Debüt" studiyasında istehsal edilmişdir. Bu, çox gözəl səsi olan uğursuz adamın taleyi haqqında niskilli film-hekayətdir. Əsas rolları Kamil Məhərrəmov və Mehriban Xanlarova ifa edirlər. == Məzmun == Bu, çox gözəl səsi olan uğursuz adamın taleyi haqqında niskilli film-hekayətdir. == Film haqqında == Film yazıçı Yuri Kazakovun "Ləhlülülü" (Trallivalli) hekayəsinin motivləri əsasında çəkilmişdir. == Rollarda == Kamil Məhərrəmov — Gündüz Mehriban Xanlarova — Dilşad Səhiyəddin Həsənov — Kök Xanlar Muradov — Uzun Xəyyam Aslan (Xəyyam Aslanov kimi) — Cavan Arif Kərimov — sürücü Filmi səsləndirənlər: Eldəniz Rəsulov — Gündüz (Kamil Məhərrəmov)(titrlərdə yoxdur) Nəcibə Hüseynova — Dilşad (Mehriban Xanlarova)(titrlərdə yoxdur) == İstinadlar == == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm".
Bəxtəvər (film, 2012)
Bəxtəvər (ing. The Lucky One) 2012-ci ildə Nikolas Sparksın eyni adlı romanı əsasında rejissor Skott Hiks tərəfindən çəkilmiş dram/melodram filmidir. == Məzmun == Loqan Tibault İraqda hərbi xidmətdə olan gəncdir. Bir gün arxasında "Saxla" yazılı olan bir gənc qadın şəkli tapır. Qadının gözəlliyinə heyran qaldığı bir vaxt komandası hücuma məruz qalır, lakin o bundan xilas ola bilir. Öz xilasının şəkilə görə olduğunu düşünən Loqan həmin şəkildəki qadını axtarmağa başlasa da, tapa bilmədiyi üçün artıq onun öldüyünü fikirləşir. Amerikaya geri qayıtdıkdan sonra İraqda olan hadisələri unuda bilmədiyi üçün bir xeyli çətinlik çəkir. Bir gün həmin şəkildəki qadının Luiznada yaşadığına dair bir işarə tapır və həmin işarəni izləyərkən qadını tapır. Adının Bet Qrin olduğunu öyrənən Loqan, ona hər şeyi başa salmağa çalışsa da, dili dolaşır və izah edə bilmir. Anası ilə itlər satılan mağazada işləyən Bet, onun iş elanına görə gəldiyini fikirləşir.
Bəxtəvər soxulcan (film, 2011)
Bəxtəvər soxulcan — 2011-cü ildə çəkilən orijinal Disney Channel filmidir.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.80 dəfə / 1 mln.
2003 •••••••••••••••• 1.18
2004 ••••••••• 0.67
2005 ••••••••• 0.67
2007 ••••••••••••••••• 1.27
2008 •••••••••• 0.73
2009 ••••••••••••••••••• 1.44
2010 •••••••••••••••••••• 1.54
2011 ••••••••••• 0.77
2012 ••••••••••••••••• 1.29
2013 •••••••••• 0.73
2014 •••••••••••••• 1.03
2016 ••••••••• 0.69
2017 ••••••••••••••• 1.14
2019 •• 0.14
2020 •••• 0.27

bəxtəvər sözünün leksik mənası və izahı

  • 1 sif. [fars.] Xoşbəxt, bəxtli, taleli. …[Narıngül] indi bəxtəvər həyatın meyvələrini dadmışdı. Ə.Vəliyev. □ Bəxtəvər etmək – xoşbəxt etmək. [Bayram:] Heç dərd eləmə, Allah qoysa ölməsəm, tezliklə səni bəxtəvər elərəm. M.F.Axundzadə. // İs. mənasında. Xoşbəxt adam. – Getmə, getmə, görüm kimin yarısan? Hansı bəxtəvərin vəfadarısan? Qurbani. A bəxtəvərlər, ananız gəldimi? Qondu yuva üstünə dincəldimi? A.Səhhət. [Arvad:] Bəxtəvərə hamı kömək eləyir, … amma heç kəs demir ki, ala, bu da sənə ayaqqabı. M.Hüseyn. ◊ Bəxtəvər başın(ız)! – bir işdə birinin bəxti gətirdikdə deyilir (bəzən istehza ilə deyilir). [Pəri:] Bəxtəvər başımıza, pişiyimiz oğlan doğub. N.Vəzirov. Bəxtəvər başına – xoşbəxtdir, xoşbəxtsən. Bəxtəvər başına o kimsənənin; Gözəllər yanında etibarı var. Q.Zakir. Şahnisə xanım qızının, qarayanız çöhrəsində dolaşan fərəh və nəşəni fəxr ilə seyr edərək: – Bəxtəvər başına! – deyə gülümsədi. Çəmənzəminli.

    Azərbaycan dilinin izahlı lüğəti / bəxtəvər

bəxtəvər sözünün etimologiyası

bəxtəvər sözünün sinonimləri (yaxın mənalı sözlər)

bəxtəvər sözünün antonimləri (əks mənalı sözlər)

  • 1 BƏXTƏVƏR – BƏDBƏXT Getmə, getmə, görüm kimin yarısan? Hansı bəxtəvərin vəfadarısan? (Aşıq Qurbani); Bu... bədbəxtin öküzünü aparıbsan, binəvanın əlini qoynunda qoymusan (Ə.Haqverdiyev).

    Azərbaycan dilinin antonimlər lüğəti / bəxtəvər

bəxtəvər sözünün rus dilinə tərcüməsi

  • 1 1. счастливый; 2. счастливец, баловень судьбы;

    Azərbaycanca-rusca lüğət / bəxtəvər
  • 2 I прил. счастливый, такой, которому благоприятствует счастье, удача, успех. Bəxtəvər həyat счастливая жизнь, bəxtəvər uşaqlar счастливые дети, bu bəxtəvər gündə в этот счастливый день II сущ. счастливец, счастливица, счастливчик; bəxtəvər etmək kimi осчастливить кого; bəxtəvər başına! счастливец какой! счастливица какая!

    Azərbaycanca-rusca lüğət / bəxtəvər

bəxtəvər sözünün inglis dilinə tərcüməsi

  • 1 I. i. lucky man*, lucky woman*; II. s. happy, lucky, fortunate; ~ adam a happy / lucky man*; ~ olmaq to be* happy / lucky / fortunate; ~ etmək to make* happy; Siz bəxtəvərsiniz You are fortunate / happy / lucky

    Azərbaycanca-ingiliscə lüğət / bəxtəvər

bəxtəvər sözünün fransız dilinə tərcüməsi

bəxtəvər sözünün ləzgi dilinə tərcüməsi

  • 1 [fars.] прил. бахтавар, бахт авай, бахтлу, хушбахт; // сущ. хушбахт инсан, бахтавар; bəxtəvər etmək бахтавар авун, хушбахт авун.

    Azərbaycanca-ləzgicə lüğəti / bəxtəvər

bəxtəvər sözü azərbaycan dilinin lüğətlərində

Azərbaycan qadın adlarının izahlı lüğəti.

xoşbəxt, ağgün, bəxtiyar.

Azərbaycan qadın adlarının izahlı lüğəti.

"bəxtəvər" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#bəxtəvər nədir? #bəxtəvər sözünün mənası #bəxtəvər nə deməkdir? #bəxtəvər sözünün izahı #bəxtəvər sözünün yazılışı #bəxtəvər necə yazılır? #bəxtəvər sözünün düzgün yazılışı #bəxtəvər leksik mənası #bəxtəvər sözünün sinonimi #bəxtəvər sözünün yaxın mənalı sözlər #bəxtəvər sözünün əks mənası #bəxtəvər sözünün etimologiyası #bəxtəvər sözünün orfoqrafiyası #bəxtəvər rusca #bəxtəvər inglisça #bəxtəvər fransızca #bəxtəvər sözünün istifadəsi #sözlük