Bəyb sözü azərbaycan dilində

Bəyb

Yazılış

  • Bəyb • 50.0000%
  • bəyb • 50.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Bəybabalar
Bəybabalar — Azərbaycan Respublikasının Ağdam rayonunun Xındırıstan kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == Bəybabalar kəndi Qarabağ düzündədir. Yerli əhalinin verdiyi məlumata görə, yaşayış məntəqəsinin əhalisi Beybaba adlı bir bəyin rəiyyətlərindən ibarət olduğu üçün belə adlandırılmışdır. Etnotoponimdir.
Bəybala
Bəybala — Azərbaycanlı kişi adı. Bəybala Əbil — Klassik Xalq Cəbhəsi Partiyası Ali Məclisinin sədri Bəybala Əliyev — Azərbaycan Hərbi Dəniz Qüvvələrinin matrosu (dənizçi) Bəybala Abbasov — Azərbaycan Respublikasının əməkdar həkimi, əməkdar elm xadimi Bəybala bəy Sultanov — Rusiya imperiyası II Dövlət Dumasının Müsəlman fraksiyasının üzvü. Bəybala Xankişiyev — iqtisadiyyat üzrə fəlsəfə. Bəybala Adıgözəlov — Azərbaycanın dövlət xadimi Bəybala Usubaliyev — Azərbaycanlı elm adamı, kimya elmləri doktoru. Bəybala Həsənov — kimyaçı alim, kimya elmləri doktoru.
Bəybala Abbasov
Abbasov Bəybala Xudkar oğlu (27 noyabr 1923, Siyəzən rayonu – 16 fevral 2012, Bakı) — Azərbaycan Respublikasının əməkdar həkimi, əməkdar elm xadimi, tibb elmləri doktoru, professor. == Həyatı == Bəybala Abbasov 1923-cü il 17 noyabrda Siyəzən rayonunun Zərgərli kəndində anadan olmuşdur. Dağlıdır. 1949-cu ildə Azərbaycan Tibb Universitetinin müalicə-profilaktika fakültəsini bitirib, həmən ildə ümumi cərrahiyyə üzrə 6 aylıq kurs bitirdikdən sonra, 1950-ci ildə Azərbaycan Tibb Universitetinin topoqrafik anatomiya və operativ cərrahiyyə kafedrasına 3 illik ordinator vəzifəsinə seçilib. 1953-cü ildə N. A. Semaşko adına xəstəxananın nəzdində olan operativ cərrahiyyə klinik şöbəsində müdir, 1958-ci ildən 1963-cü ilədək cərrahi şöbələr üzrə baş həkimin müavini vəzifəsində çalışmışdır. 1957-ci ildən uzun müddət Səhiyyə nazirliyinin müalicə komissiyasının 4-cü şöbəsinin konsultantı olub, mürrəkkəb cərrahi əməliyyatlar aparmışdır. 1960-cı ildə "Boyun nahiyyəsində ümumi yuxu arteriyası və onun şaxələrinin xarici quruluşca müxtəlifliyi və xarici yuxu arteriyanın yerini dəyişməklə onların defektlərinin əvəz edilməsi mümkünlüyü" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. 1961-ci ildən 1963-cü ilədək ATU-nun topoqrafik anatomiya və operativ cərrahiyyə kafedrasının dosenti seçilmişdir. 1963–1968-ci illərdə Leninqrad şəhərində Hərbi tibb Akademiyanın topoqrafik anatomiya və operativ cərrahiyyə kafedrasında "Qarın aortasının rezeksiyası və plastikası" adlı doktorluq dissertasiyası müdafiə edib və Bakıya qayıdıb. 1968-ci ildə ATU-nun topoqrafik anatomiya və operativ cərrahiyyə kafedrasının dosenti vəzifəsində çalışmışdır.
Bəybala Adıgözəlov
Bəybala Məhəmməd-Soltan oğlu Adıgözəlov (29 may 1932, Göyçay rayonu – 15 avqust 2008, Bakı) — Azərbaycanın dövlət xadimi, Azərbaycan SSR Dövlət Təbiəti Mühafizə Komitəsinin sədri (1967–1981, 1985–1990). == Həyatı == Bəybala Adıgözəlov 1932-ci il mayın 29-da Azərbaycan SSR-in Göyçay rayonunda qulluqçu ailəsində doğulub. 1940–1950-ci illərdə Göyçay şəhərindəki 3 saylı məktəbin rus bölməsində oxuyub və həmin məktəbi gümüş medalla bitirib. 1950-ci ildə xüsusi seçimlə (qəbul imtahanları vermədən) Moskvaya oxumağa göndərilib və orada Moskva kənd təsərrüfatının mexanikləşdirilməsi və elektrikləşdirilnəsi institunu mühəndis-mexanik ixtisası üzrə fərqlənmə diplomu ilə bitirb. B. Adıgözəlov 2008-ci il avqustun 15-də Bakıda vəfat etmişdir. == Fəaliyyəti == 1958-ci ilin martında Azərbaycan Elmi-Tədqiqat kənd təsərrüfatının mexanikləşdirilməsi və elektrikləşdirilməsi institunun əyani aspiranturasına daxil olub və elmlər namizədi adı almaq üçün dissertasiya müdafiə edib. Elmlər namizədidir. 5 elmi əsərin və ixtiranın müəllifidir.1960-cı ildə B. Adıgözəlov Sovet İttifaqı Kommunist Partiyası sıralarına qəbul olunub. 1961-ci ilin dekabrından 1963-cü ilin sentyabrına qədər B. Adıgözəlov Azərbaycan KP Mərkəzi Komitəsində çalışıb.1963-cü ilin sentyabrında Azərbaycan Həmkarlar İttifaqları Şurasının (AHİŞ) katibi, kənd təsərrüfatı həmkarlar ittifaqı təşkilatlarına rəhbərlik üzrə AHİŞ-in Bürosunun sədri, eyni zamanda kənd təsərrüfatı işçiləri və fəhlələri həmkarlar ittifaqı Respublika Komitəsinin sədri vəzifələrində çalışıb. 1967-ci ildə respublikada Azərbaycan SSR Dövlət Təbiəti Mühafizə Komitəsi yaradıldı.
Bəybala Həsənov
Həsənov Bəybala Ruşan oğlu(1943-2003) - kimyaçı alim, kimya elmləri doktoru., AMEA Aşqarlar Kimyası İnstitutunda «Aşqarların fiziki – kimyəvi tədqiqi » laboratoriyasının sabiq müdiri == Həyatı == Həsənov Bəybala Ruşan oğlu 1943 - cü ildə İmişli rayonunda anadan olmuşdur. 1960 - cı ildə məktəbi gümüş medalla bitirmişdir. B.R.Həsənov 1963 – cü ildə S.M.Kirov adına ADU – nun kimya fakultəsinə daxil olmuş və 1968 – ci ildə həmin fakultəni fərqlənmə diplomu ilə bitirmişdir. Universiteti bitirdikdən sonra 1968 – ci ildə təyinat üzrə Azərbaycan SSR Elmər Akademiyasının Aşqarlar Kimyası İnstitutuna işə qəbul olunmuşdur.1970 – ci ildə Aşqarlar Kimyası İnstitutunun nəzdində aspiranturaya qəbul olmuş,SSRİ məkanında ən nüfuzlu elmi – tədqiqat ocaqlarından biri olan Latviya EA Uzvi – sintez İnstitutunda namizədlik dissertasiyasıni yerinə yetirmiş,1977 – ci ildə uğurla müdafiə etmişdir. 1979 – cu ilin may ayından müsabiqə yolu ilə «Aşqarların fiziki – kimyəvi tədqiqi » laboratoriyasının müdiri seçilmişdir. 1982 – ci ildə Azərbaycan KP MK Marksizim – Leninizim Universitetini müvəffəqiyyətlə bitirmişdir.O, işlədiyi İnstitutun ictimai həyatında fəal iştirak etmiş, partiya təşkilatının katibi vəzifəsində çalışmışdır.B.R.Həsənov üzvi maddələrin quruluşu,xassələri,reaksiyayaygirmə qabiliyyəti və fiziki – kimyəvi parametrləri arasındakı əlaqələrin aşkara çıxarılmasında orijinal tədqiqatlar aparmışdır. 1992 – ci ildə «Fenol və tifenol törəmələrinin quruluşu və qrafit anod üzərində elektrokimyəvi oksidləşmə reaksiyalarında reaksiyayaygirmə qabiliyyəti» mövzusunda dissertasiya müdafiə edərək kimya elmlər doktoru alimlik dərəcəsi almışdır. 1999 – cu ildən ömrünün sonunadək Türkiyənin Van şəhərində Yüzüncü İl Universitetində dərs demişdir. B.R.Həsənov 2003 – cü ildə Türkiyənin Van şəhərində vəfat etmişdir. == Elmi istiqaməti == B.R.Həsənov fiziki – kimya,elektrokimya,üzvi kimya və üzvi sintez, üzvi maddələrin fiziki – kimyəvi tədqiqatları, o cümlədən molekulyar spektroskopiya, üzvi maddələrin quruluşu və reaksiyayaygirmə qabiliyyəti, üzvi elektrokimya,voltamperometriya kimi elmi sahələrdə geniş tədqiqat işləri aparmış, statistik analiz həyata keçirmişdir.
Bəybala Usubaliyev
Bəybala Tacı oğlu Usubəliyev (1 oktyabr 1951, Ağsu rayonu – 18 mart 2022, Bakı) — Azərbaycanlı elm adamı, kimya elmləri doktoru. == Həyatı == Bəybala Usubaliyev 1 oktyabr 1951-ci ildə Ağsu rayonunda anadan olmuşdur. 1969-cu ildə orta məktəbi bitirərək, 1970-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) kimya fakultəsinə daxil olmuşdur. 1970-ci ildən təhsil almaqla yanaşı Azərbaycan Milli Elmlər Akademiyasının "Qeyri-üzvi kimya" İnstitutunda laborant vəzifəsində işləməyə başlamışdır. 1974–76-cı illərdə hərbi xidmətdə olmuşdur. Hələ tələbəlik illərində dünya şöhrətli alim, ictimai xadim Xudu Məmmədovun rəhbərliyi altında elmi işlərdə iştirak etməyə başlamış və bir neçə elmi məqalə dərc etdirmişdir. 1978-ci ildə Universiteti bitirdikdən sonra Azərbaycan Milli Elmlər Akademiyasının "Qeyri-üzvi kimya" İnstitutunda elmi fəaliyyətini davam etdirmişdir.1978–1982-ci illərdə AMEA-nın "Qeyri-üzvi və Fiziki kimya" İnstitutunda dissertant kimi elmi fəaliyyətə başlamışdır. 1982-ci ildə görkəmli alim, geologiya-mineralogiya elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü Xudu Surxay oğlu Məmmədovun rəhbərliyi altında "Mis və gümüşün aromatik karbon turşuları ilə iki nüvəli kompleks birləşmələrinin sintezi, quruluşu və termoqrafik tədqiqi" mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək, kimya elmlər namizədi elmi adını almışdır. 1982–1991-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyasının "Qeyri-üzvi və Fiziki kimya" İnstitutunun struktur kimya laboratoriyasında mühəndis, kiçik elmi işçi və elmi işçi vəzifələrində çalışmışdır. 1991-ci ildə köçürmə yolu ilə Mingəçevir Politexnik İnstitutuna təyinatını almışdır.
Bəybala Xankişiyev
Bəybala Xankişiyev (tam adı: Bəybala Aslan oğlu Xankişiyev; 10 oktyabr 1939, Qalaqayın, Sabirabad rayonu – 21 mart 2015, Bakı) — iqtisadiyyat üzrə fəlsəfə doktoru, Azərbaycan Dövlət İqtisad Universitetinin ilk azərbaycanlı professoru, Azərbaycan Respublikasının əməkdar iqtisadçısı. == Həyatı == Bəybala Xankişiyev 10 oktyabr 1939-cu ildə Sabirabad rayonunun Qalaqayın kəndində anadan olmuşdur. 1956-cı ildə orta məktəbi bitirdikdən sonra Maliyyə və Kredit Kollecinə ("Dövlət büdcəsi") daxil olmuşdur. Texniki məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Sığorta İdarəsinin Sığorta Təftiş Sabirabad filialının baş mühasibi vəzifəsində işə başlamışdır. Sonra Bakı şəhərinin Kirov rayonunun Dövlət Sığorta Şirkətinin müfəttişliyinə köçürülmüşdür. 1960-cı ildə Bakı Dövlət Universitetinə (İqtisad Fakültəsinə) daxil olmuşdur. Universitetini bitirdikdən sonra Azərbaycan İqtisadiyyat İnstitutunda aspiranturaya qəbul olmuşdur. 1974-cü ildə məzun olmuş və dissertasiyasını müdafiə etmiş, sonra Moskva Maliyyə İnstitutunun iqtisad elmləri doktoru, iqtisad elmləri namizədi almışdır. 1963-cü ildə Bakı Axşam Neft Texnikumunda həmkarlar ittifaqının sədri, 1966-cı ildə DOSAF-da Təftiş Komissiyasının iki dövr (1975-ci ildən 1995-ci ilə qədər) Ali, Elm və Maarif işçiləri həmkarlar ittifaqının, Respublika Komitəsində təftiş Komissiyasının sədri seçilmişdir. 1976-cı ildə dosent vəzifəsində çalışmışdır.
Bəybala bəy Sultanov
Bəybala bəy Sultanov (10 (22) mart 1879, Axtı – 20 mart 1918, Bakı) — Rusiya imperiyası II Dövlət Dumasının Müsəlman fraksiyasının üzvü. == Həyatı, təhsili və peşəsi == 10 mart 1879-cu ildə Məlik bəy Sultanovun ailəsində doğulub, ləzgi və müsəlman idi. Moskva universiteti Tibb fakültəsini bitirmişdi. 1902–1905-ci illərdə Kürə dairəsində rayon həkimi, 1909–1910-cu ildə Qayakənd kənd həkimi işləmişdir. 1914–1918-ci illərdə Bakı şəhər Mixaylovskaya xəstəxanasının 1 saylı klinikasında (indiki Hacı Qasımov adına 1 saylı doğum evi) işləmişdir. == Siyasi fəaliyyəti == 6 fevral 1907-ci ildə Rusiya imperiyası II Dövlət Dumasına seçilmişdir. İctimai təhsil və aqrar komissiyalarının üzvü idi. == Ölümü == Mart soyqırımı zamanı Stepan Lalayan tərəfindən öldürülmüşdür. == Ailəsi == Atası Məlik bəy Sultanov dvoryan sinfinə mənsub idi. Bəybala bəy kumık əsilli Umay Hacıyeva ilə evlənmiş, Məhəmməd-Mirzə adlı oğlu olmuşdu.
Bəybala Əbil
Bəybala Əlibala oğlu Əbil və ya Bəybala Əlibala oğlu Əbilov (10 noyabr 1952) — Klassik Xalq Cəbhəsi Partiyası Ali Məclisinin sədri, Qaradağ Rayon İcra Hakimiyyətinin sabiq başçısı. == Həyatı == Bəybala Əbil 10 noyabr 1952-ci ildə anadan olmuşdur. == Siyasi fəaliyyəti == Bəybala Əbil 10 avqust 1992-ci il tarixində Azərbaycan Prezidenti Əbülfəz Elçibəyin 116 nömrəli fərmanı ilə Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı təyin edilmişdir. O, 12 iyul 1993-cü il tarixində Azərbaycan Respublikası Prezidentinin səlahiyyətini həyata keçirən Azərbaycan Respublikası Ali Sovetinin sədri Heydər Əliyevin 682 nömrəli fərmanı ilə vəzifəsindən azad edilmişdir.Bəybala Əbil Azərbaycan Xalq Cəbhəsi Ali Məclisinin üzvü olmuşdur. O, 1 avqust 2015 tarixində keçirilmiş Klassik Xalq Cəbhəsi Partiyasının III Qurultayında Ali Məclisin sədri seçilmiş, 27 mart 2022 tarixli IV Qurultayadək bu vəzifəni daşımışdır. === Seçkilərdə === Bəybala Əbil 1995-ci il, 2005-ci il və 2010-cu il parlament seçkilərində deputatlığa namizəd olsa da seçki qanunvericiliyini pozduğu üçün namizədliyi ləğv olunmuşdur. O, 2015-ci il parlament seçkilərində Klassik Xalq Cəbhəsi Partiyası üzvü olaraq "Azadlıq-2015" Seçki Blokunun seçki qərargahı sədri və vahid namizədi olmuş, 11 saylı Qaradağ seçki dairəsi üzrə deputatlığa namizəd olmuş, 3227 səs (12.53 %) səs toplayaraq seçkiləri ikinci sırada bitirmişdir.Bəybala Əbil 2013-cü il prezident seçkiləri ərəfəsində yaradılmış Demokratik Qüvvələrin Milli Şurasının yaradıcılarından və üzvlərindən biri olmuş, Milli Şuranın prezidentliyə vahid namizədi Cəmil Həsənlinin vəkili olmuşdur. 4 may 2014-cü ildə üzvü olduğu Klassik Xalq Cəbhəsi Partiyası Milli Şuradan ayrılma qərarı almış və beləliklə Bəybala Əbil Milli Şura üzvlüyündən çıxmışdır.
Bəybala Əbilov
Bəybala Əlibala oğlu Əbil və ya Bəybala Əlibala oğlu Əbilov (10 noyabr 1952) — Klassik Xalq Cəbhəsi Partiyası Ali Məclisinin sədri, Qaradağ Rayon İcra Hakimiyyətinin sabiq başçısı. == Həyatı == Bəybala Əbil 10 noyabr 1952-ci ildə anadan olmuşdur. == Siyasi fəaliyyəti == Bəybala Əbil 10 avqust 1992-ci il tarixində Azərbaycan Prezidenti Əbülfəz Elçibəyin 116 nömrəli fərmanı ilə Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı təyin edilmişdir. O, 12 iyul 1993-cü il tarixində Azərbaycan Respublikası Prezidentinin səlahiyyətini həyata keçirən Azərbaycan Respublikası Ali Sovetinin sədri Heydər Əliyevin 682 nömrəli fərmanı ilə vəzifəsindən azad edilmişdir.Bəybala Əbil Azərbaycan Xalq Cəbhəsi Ali Məclisinin üzvü olmuşdur. O, 1 avqust 2015 tarixində keçirilmiş Klassik Xalq Cəbhəsi Partiyasının III Qurultayında Ali Məclisin sədri seçilmiş, 27 mart 2022 tarixli IV Qurultayadək bu vəzifəni daşımışdır. === Seçkilərdə === Bəybala Əbil 1995-ci il, 2005-ci il və 2010-cu il parlament seçkilərində deputatlığa namizəd olsa da seçki qanunvericiliyini pozduğu üçün namizədliyi ləğv olunmuşdur. O, 2015-ci il parlament seçkilərində Klassik Xalq Cəbhəsi Partiyası üzvü olaraq "Azadlıq-2015" Seçki Blokunun seçki qərargahı sədri və vahid namizədi olmuş, 11 saylı Qaradağ seçki dairəsi üzrə deputatlığa namizəd olmuş, 3227 səs (12.53 %) səs toplayaraq seçkiləri ikinci sırada bitirmişdir.Bəybala Əbil 2013-cü il prezident seçkiləri ərəfəsində yaradılmış Demokratik Qüvvələrin Milli Şurasının yaradıcılarından və üzvlərindən biri olmuş, Milli Şuranın prezidentliyə vahid namizədi Cəmil Həsənlinin vəkili olmuşdur. 4 may 2014-cü ildə üzvü olduğu Klassik Xalq Cəbhəsi Partiyası Milli Şuradan ayrılma qərarı almış və beləliklə Bəybala Əbil Milli Şura üzvlüyündən çıxmışdır.
Bəybala Əliyev
Bəybala Fazil oğlu Əliyev (22 oktyabr 1996, Səbətkeçməz, Gədəbəy rayonu – 3 oktyabr 2020, Kəlbəcər) — Azərbaycan Hərbi Dəniz Qüvvələrinin matrosu (dənizçi), İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Bəybala Əliyev 1996-cı il oktyabrın 22-də Gədəbəy rayonunun Səbətkeçməz kəndində anadan olub. 2002-2013-cü illərdə Səbətkeçməz kənd tam orta məktəbində təhsil alıb. Subay idi. == Hərbi xidməti == Bəybala Əliyev 2013-2015-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi hərbi xidmətdə olub. 2016-cı ildən isə Azərbaycan Hərbi Dəniz Qüvvələrinin sıralarında "matros" (dənizçi) hərbi rütbəsində müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olaraq xidmət edirdi. Azərbaycan Ordusunun Hərbi Dəniz Qüvvələrinin matrosu olan Bəybala Əliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə savaşıb. Bəybala Əliyev oktyabrın 2-də Murovdağ döyüşləri zamanı şəhid olub. Uzun müddət nəşi tapıla bilməyib. 08.12.2020-ci il tarixində Gədəbəy rayonunun Səbətkeçməz kəndində dəfn olunub.
Bəybağlı (Biləsuvar)
Bəybağlı (fars. بيگ باغلو‎) — İranın Ərdəbil ostanının Biləsuvar şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 19 nəfər yaşayır (7 ailə).
Bəybağı
Bəybağı (fars. بك باغي‎) — İranın Qəzvin ostanının eyniadlı şəhristanının Kuhin bəxşinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı ildə əldə edilən məlumatına görə, kənddə 48 nəfər yaşayır (15 ailə).
Bəybulağı
Bəybulağı (Həştrud)
Bəybulağı (Həştrud)
Bəybulağı (fars. بيگ بلاغي‎) — İranın Şərqi Azərbaycan ostanının Həştrud şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 327 nəfər yaşayır (66 ailə).
Bəybulağı (Miyanə)
Bəybulağı (fars. بيگ بلاغي‎) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 141 nəfər yaşayır (29 ailə).
Mirzə Bəybaba Fəna
Mirzə Bəybaba Fəna (1787, Şuşa – 1867, Şuşa) — şair, Fatma xanım Kəminənin atası. == Həyatı == Mirzə Bəybaba bəy Mirzə Əliyar bəy oğlu 1787-ci ildə Şuşa şəhərində dünyaya pənah gətirmişdi. Mədrəsə təhsili almışdı. Savadlı olduğundan dolayı mirzə ünvanı daşıyırdı. Böyük xanın yanında katib işləyirdi. Mirzə Bəybaba gözəl xəttat idi. Şuşa şairlərinin cüngünü tərtib etmişdi. Bir neçə kitabın üzünü köçürmüşdü. Mirzə Bəybaba bəy Cahan xanımla ailə qurmuşdu. Mehdi bəy, Yəhya bəy adlı oğulları, Fatma xanım adlı qızı vardı.
Qəmbər Bəybalayev
Bəybalayev Qəmbər Bəylər oğlu (1 mart 1957, Quba) — "Azərpoçt"un sabiq baş direktoru; texnika elmləri namizədi, dosent; Azərbaycan Respublikasının "Əməkdar Mühəndis"i == Həyatı == Qəmbər Bəybalayev 1 mart 1957-ci ildə Azərbaycanın Quba rayonunun Əlik kəndində anadan olmuşdur. 1973-cü ildə Çingiz İldırım adına Azərbaycan Politexnik İnstitutunun Avtomatik elektrik rabitəsi ixtisası üzrə elektrotexnika fakultəsinə daxil olmuşdur. 1978-ci ildə həmin institutu bitirərək təyinatla Respublika Elektrik Rabitəsi və Radiolaşdırma Qovşağında mühəndis, böyük mühəndis vəzifələrində işləmişdir. 1985–1988-ci illərdə Respublika Elektrik və Radiolaşdırma Qovşağının rəisi, 1988–1997-ci illərdə "Rayon Rabitəsi" İstehsalat Birliyinin baş mühəndisi, 1998-ci ildə "Aztelekom" İB-nin baş mühəndisi, 27 aprel 1998-ci ildən 23 aprel 2001-ci il tarixədək isə "Aztelekom" İB-nin baş direktoru vəzifəsində işləmişdir. 2001-ci ildən hal hazıradək "Azərpoçt" DM-nin Baş direktoru vəzifəsində çalışır. == Elmi fəaliyyəti == 13 noyabr 2002-ci ildə Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə texnika elmləri namızədi alimlik dərəcəsi almışdır. Bir dərs vəsaitinin, dörd kitabın, beş ixtira üzrə patentin və 15 texniki məqalənin müəllifidir. Azərbaycan Respublikasının Baş Naziri Artur Rasizadənin 22 iyun 2005-ci il tarixli 115 saylı Qərarı ilə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Kollegiya üzvü təyin edilmişdir. Azərbaycan Texniki Universitetinin dosentidir. == Qarabağ müharibəsində == "Rayon Rabitəsi" İstehsalat Birliyinin baş mühəndisi işlədiyi dövrdə, 1991–1992-ci illərdə bütün döyüş bölgələrində, həmçinin Dağlıq Qarabağ və onun ətraf rayonlarında rabitə əlaqəsinin yaradılmasında bilavasitə iştirak etmişdir.
İrbayxan Bəybulatov
İrbayxan Bəybulatov (çeç. Ирбайхан Адылханович Байбулатов ; 1912, Osmanyurd[d], Xasavyurd rayonu – 26 oktyabr 1943 və ya 1 noyabr 1943, Melitopol, Zaporojya vilayəti) — Sovet Ordusunun zabiti. İkinci Dünya müharibəsi dövründə Qırmızı Orduda baş leytenant və tabor komandiri kimi fəaliyyət göstərmişdir. Ölümündən sonra Sovet İttifaqı Qəhrəmanı adını almışdır. == Erkən həyatı == İrbayxan Bəybulatov 1912-ci ilin mart ayında Terek oblastının Osmanyurt kəndində, kəndli ailəsində anadan olub. Milliyyəti barədə məlumatlar mübahisəlidir. Bəzi mənbələrdə qumuq mənşəli olduğu qeyd edilsə də, digər mənbələrdə çeçen mənşəli olduğu bildirilir. Milliyyəti barədə qarışıqlığın səbəbi Sovet İttifaqı Qəhrəmanı adının Nax xalqlarına verilməsini qadağan edən əmr olmuşdur. Bu səbəbdən milliyəti rəsmi sənədlərdə qumuq olaraq yazılır. 1938-ci ildə Qroznı Pedaqoji Məktəbini bitirdikdən sonra doğulduğu kənddə məktəb direktoru işləmişdir.
Vüqar Bəybalayev
Vüqar Bəybalayev (5 avqust 1993, Sumqayıt) — Azərbaycanlı peşəkar futbolçu. == Həyatı == Vüqar Bəybala oğlu Bəybalayev 1993-cü ilin 5 avqustunda Sumqayıt şəhərində anadan olmuşdur. O, "Gənclər Birliyi" klubunun uşaq futbolu bölümündə, Sumqayıt şəhərində 9 yaşında futbol oynamağa başlayıb. 1.5 il sonra o, Sumqayıt şəhər Gənclər İdman Məktəbinə keçdi və oraya Sumqayıt FK-nın mentoru Tofiq Rzayev tərəfindən dəvət edilmişdi. 6 il bu məktəbdə təhsil alıb. == Klub karyerası == === Azərbaycan === Çempionat Vüqar Bəybalayev "Bakı" FK-nın yetirməsidir. O, ilk dəfə 2010-cu ildə mentor Məqsəd Yəqubəliyev tərəfindən klubun həftəlik təlim-məşq toplanışına dəvət olunub. Yoxlamadan uğurla keçərək bir mövsüm Bakının 17 yaşadək futbolçulardan ibarət gənclər komandasında çıxış edir. Bundan əlavə, o, yarım mövsümü Qəhrəman Əliyevin məşqçisi olduğu Bakının əvəzedici komandasında keçirir. 2011-ci ildə futbolçu icarə əsasında Azərbaycan çempionatının birinci divizionunun — Bakının Balacarı kəndindən "Lokomotiv Baladjarı" klubuna keçib və onunla 1+1 sistemi üzrə müqavilə imzalayıb.

"bəyb" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#bəyb nədir? #bəyb sözünün mənası #bəyb nə deməkdir? #bəyb sözünün izahı #bəyb sözünün yazılışı #bəyb necə yazılır? #bəyb sözünün düzgün yazılışı #bəyb leksik mənası #bəyb sözünün sinonimi #bəyb sözünün yaxın mənalı sözlər #bəyb sözünün əks mənası #bəyb sözünün etimologiyası #bəyb sözünün orfoqrafiyası #bəyb rusca #bəyb inglisça #bəyb fransızca #bəyb sözünün istifadəsi #sözlük