Bəydili sözü azərbaycan dilində

Bəydili

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • Bəydili • 95.7746%
  • bəydili • 2.8169%
  • BƏYDİLİ • 1.4085%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Bəydili
Bəydili (Biləsuvar) — Azərbaycanın Biləsuvar rayonunda kənd. Bəydili (Salyan) — Azərbaycanın Salyan rayonunda kənd. Bəydili (Yevlax) — Azərbaycanın Yevlax rayonunda kənd. Bəydili boyu — Azərbaycan türklərinin, Anadolu türklərinin, İraq və Suriya türkmanlarının, Türkmənlərin etnogenezində iştirak etmiş Oğuz boylarından biridir.
Azər Bəydili
Azər Bəydili (7 fevral 1722, İsfahan, Səfəvilər – 1781, Qum, Zəndlər sülaləsi) — türkmanmənşəli Azərbaycan və İran antoloqu (təzkirəçi) və şairi. O, əsasən İran hökmdarı Kərim xan Zəndə (1751–1779) həsr etdiyi, 850-yə yaxın farsdilli şairdən ibarət "Atəşkədəyi Azər" (Azərin od məbədi) bioqrafik antologiyası ilə tanınır. Farsşünaslıq üzrə akademik Y.T.P. de Bryuin fars dilində yazılmış bu əsəri "XVIII əsrin ən mühüm farsdilli antologiyası" hesab edir. Azər erkən farsdilli poeziyanın üslub standartlarını diriltməyə çalışan "bazqəşti ədəbi" (ədəbi dönüş) hərəkatının aparıcı simalarından biri olmuşdur. == Həyatı == Azər 7 fevral 1722-ci ildə Səfəvilər dövlətinin paytaxtı İsfahan şəhərində, xaos və qeyri-sabitliyin olduğu bir dövrdə anadan olmuşdur. Onun doğulduğu ildə Səfəvilər dövləti parçalanmanın son mərhələsinə qədəm qoymuş və üsyankar əfqan Hotakilər İsfahana çatmışdır. Bu səbəbdən Azər və ailəsi İsfahandan Qum şəhərinə köçmək məcburiyyətində qalmışdır; onların burada mülkləri var idi və o, 14 il burada yaşamışdır. Azərin ailəsi türkman Şamlı tayfasının Bəydili boyundan idi. Onun əcdadları və Şamlı tayfasının digər nümayəndələri XV əsrdə, Əmir Teymurun hakimiyyətinin son illərində Suriyadan İrana köçərək İsfahanda məskunlaşmış, burada İran hökmdarlarına xidmət etmişlər. Azərin bir çox qohumu Səfəvilər dövlətinin son illərində və sonrakı Nadir şah hakimiyyəti dövründə (1736–1747-ci illərdə hakimiyyətdə olmuşdur) görkəmli diplomat və bürokrat olmuşdur.
Bəydili (Biləsuvar)
Bəydili — Azərbaycan Respublikasının Biləsuvar rayonunun Bəydili kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 25 may 1991-ci il tarixli, 123-XII saylı Qərarı ilə Biləsuvar rayonunun Biləsuvar şəhər Sovetinin ərazisində faktiki mövcud olan Bəydili kəndi rayonun yaşayış məntəqələri siyahısına daxil edilmişdir. Bəydili kəndi Biləsuvar şəhər Sovetindən ayrılaraq, bu kənd mərkəz olmaqla Bəydili kənd Soveti yaradılmışdır. == Toponimikası == Kəndin adı oğuzların 24 boyundan biri olmuş Bəydili tayfasının adı ilə bağlıdır. Azərbaycanın Yevlax və Salyan rayonlarında da eyniadlı kəndlər mövcuddur. Bundan başqa 1933-cü ildə Ağdaş rayonunun Havarlı inzibati ərazi vahidində də Bəydili yaşayış məntəqəsi qeydə alınmışdır. == Tarixi == Bəydililər Suriya və Anadoluda yaşayıblar. Onlar Səfəvilər dövlətinin qurulmasında və onun idarəsində rol oynamış Şamlu tayfaları içərisindən bəzi görkəmli şəxsiyyətlərinə görə seçiliblər. Şahsevən tayfalarından biri olan Bəydili tayfası XVI əsrdə indiki Türkiyə ərazisindən Ərdəbil bölgəsinə gələrək burada yerləşib. Digər Şahsevən tayfaları kimi onlar qışı Muğan düzündə, yayı isə Savalan dağı ətəklərində keçirməklə köçəri həyat sürüblər.
Bəydili (Salyan)
Bəydili — Azərbaycan Respublikasının Salyan rayonunun Sarvan inzibati ərazi vahidində kənd. Bala Kur çayının sahilindədir. Tam adı Puta Bəydili ("Puta adlanan ərazidə yaşayan bəydillilər") olmuşdur. Cox vaxt Bəydilli variantında da yazıya alınmışdır.
Bəydili (Yevlax)
Bəydili — Azərbaycan Respublikasının Yevlax rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Yevlax rayonunun Aşağı Bucaq inzibati ərazi vahidində kənd. Kürsahili düzənlikdədir. Mənşəcə Səlcuq oğuzlarının bəydili tayfasının adını əks etdirir. I Şah Abbas dövründə bəydillilərin bir qismi Kirmana və İiraza köçürülmüş, hal-hazırda da bu şəhərlərin ətrafında yaşayan, maldarlıq və əkinçiliklə məşğul olan bəydillilər oz adlarını regionun toponimiyasında və Bəqdili familiyasında yaşada bilmişlər. 1933-cu ildə Biləsuvar rayonunun Xırmandalı, Ağdaş rayonunım Havarlı inzibati ərazi vahidlərində də Beydilli yaşayış məntəqələri qeydə alınmışdır.
Bəydili boyu
Bəydili — Azərbaycan türklərinin, Anadolu türklərinin, İraq və Suriya türkmanlarının, türkmənlərin etnogenezində iştirak etmiş Oğuz boylarından biri. == Tarixi == Orta əsrlərdə digər türkdilli tayfalarla birgə Orta Asiyadan Azərbaycana gəlmişlər.Səfəvilər dövlətinin ictimsai-siyasi həyatında mühüm rol oynamışlar.I Şah Abbasın dövründə Bəydililərin bir hissəsi Kirman və Şiraza köçürülüb. Hazırda Güney Azərbaycanda yaşamaqdadırlar.Azərbaycan respublikasının Yevlax və Salyan rayonlarında Bəydili adlı kənd var. == Oymaqları == Çaxırlı Qədirli Qubadlu Ərəblu Ulaşlı Xəlfəli Tatalı Eyvazalılar.
Bəydili bələdiyyəsi
Biləsuvar bələdiyyələri — Biləsuvar rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis edilib. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Bəydili oymağı
Bəydili — Azərbaycan türklərinin, Anadolu türklərinin, İraq və Suriya türkmanlarının, türkmənlərin etnogenezində iştirak etmiş Oğuz boylarından biri. == Tarixi == Orta əsrlərdə digər türkdilli tayfalarla birgə Orta Asiyadan Azərbaycana gəlmişlər.Səfəvilər dövlətinin ictimsai-siyasi həyatında mühüm rol oynamışlar.I Şah Abbasın dövründə Bəydililərin bir hissəsi Kirman və Şiraza köçürülüb. Hazırda Güney Azərbaycanda yaşamaqdadırlar.Azərbaycan respublikasının Yevlax və Salyan rayonlarında Bəydili adlı kənd var. == Oymaqları == Çaxırlı Qədirli Qubadlu Ərəblu Ulaşlı Xəlfəli Tatalı Eyvazalılar.
Yədulla xan Bəydili
Yədulla xan Hüseynqulu xan oğlu Bəydili (1883, Tehran – 1960, Tehran) — Hərbçi == Həyatı == Yədulla xan Şamlı elinin Bəydili oymağındandır. Onların oymağı Zəncan vilayətinin Xərqan mahalında yerləşirdi. Atası Hüseynqulu xan hərbçi olduğundan Yədulla xan Tehran şəhərində dünyaya gəlmişdi. Babi-Hümayunda hərb məktəbində oxumuşdu. Rza şah Pəhləviyə xidmət etmişdi. Əsləhədarbaşı kimi tanınırdı. Qaradağda Əyyub xanla bərtabər vuruşmuşdu. Yədulla xan Azərbaycan Milli hökumətinə qarşı vuruşmuşdu. Qulam Yəhya özxatirələrində yazır: == Mükafatları == Şiri-Xurşid ordeni ilə təltif olunmuşdu.
Bəydililər
Bəydili — Azərbaycan türklərinin, Anadolu türklərinin, İraq və Suriya türkmanlarının, türkmənlərin etnogenezində iştirak etmiş Oğuz boylarından biri. == Tarixi == Orta əsrlərdə digər türkdilli tayfalarla birgə Orta Asiyadan Azərbaycana gəlmişlər.Səfəvilər dövlətinin ictimsai-siyasi həyatında mühüm rol oynamışlar.I Şah Abbasın dövründə Bəydililərin bir hissəsi Kirman və Şiraza köçürülüb. Hazırda Güney Azərbaycanda yaşamaqdadırlar.Azərbaycan respublikasının Yevlax və Salyan rayonlarında Bəydili adlı kənd var. == Oymaqları == Çaxırlı Qədirli Qubadlu Ərəblu Ulaşlı Xəlfəli Tatalı Eyvazalılar.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.58 dəfə / 1 mln.
2003 •••••••••••••• 1.18
2004 ••••••••••••••••••• 1.68
2006 ••••••••••• 0.90
2007 ••••••••••••••••• 1.48
2008 ••••••••••• 0.97
2009 ••••••••••••••• 1.28
2010 ••••••••• 0.73
2011 •• 0.17
2013 •••• 0.29
2014 •• 0.17
2015 •••• 0.34
2016 •• 0.17
2017 •••• 0.33
2018 •••••••••••••••••••• 1.80
2019 ••••••• 0.56
2020 •• 0.13

"bəydili" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#bəydili nədir? #bəydili sözünün mənası #bəydili nə deməkdir? #bəydili sözünün izahı #bəydili sözünün yazılışı #bəydili necə yazılır? #bəydili sözünün düzgün yazılışı #bəydili leksik mənası #bəydili sözünün sinonimi #bəydili sözünün yaxın mənalı sözlər #bəydili sözünün əks mənası #bəydili sözünün etimologiyası #bəydili sözünün orfoqrafiyası #bəydili rusca #bəydili inglisça #bəydili fransızca #bəydili sözünün istifadəsi #sözlük