Bəyli sözü azərbaycan dilində

Bəyli

Yazılış

  • Bəyli • 57.6923%
  • bəyli • 42.3077%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Bəyli
Bəyli (Qəbələ)
Abi bəyli
Abibəyli — İranın Ərdəbil ostanının Nəmin şəhristanının Vilkic bəxşində yerləşən bir şəhərdir. == Coğrafi yerləşməsi == Mərkəzi şəhristanının Nəmin bölgəsində Ərdəbil şəhərindən 22 km şərqdə, Ərdəbil-Astara avtomobil yolunun 10 kilometrliyindədir. == Əhali == 2006-cı ilin siyahıya alınması əsasında bu şəhər 5,242 nəfər və 1,090 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti azərbaycanlılardan ibarətdir və azərbaycan dilində danışırlar.
Bəyli (Qəbələ)
Bəyli — Azərbaycan Respublikasının Qəbələ rayonunun inzibati ərazi vahidində kənd. Kənddə əhali heyvan saxlayır, taxıl əkirlər. Üzüm əkiminə isə demək olar ki, yenicə başlanılıb. Təzə salınmış sahələrə qulluq göstərən sakinlər üzümçülüyün inkişafına səy göstərirlər. Artıq yeni bağlar becərilib, bu minvalla gələcəkdə bu məhsulun bol olması gözlənilir. Çünki kəndin üzümçülüyə yararlı münbit torpaq sahəsi var. == Etimologiyası == Kənd Şəki yaylasındadır. Yerli əhalinin dilində Bəyli kimi işlənir. Keçmiş adı Yemişanlı olmuşdur. Oykonim "bəyə məxsus kənd" mənasında izah olunur.
Bəyli (Üskü)
Bəyli (fars. بيگلو‎) — İranın Şərqi Azərbaycan ostanının Üskü şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 394 nəfər yaşayır (123 ailə).
Ahlatşahlar bəyliyi
Əhlatşahlar bəyliyi (1100-1207) — Əhlatda (Xilatda) XII əsrin əvvəllərində qurulmuş olan bir türk dövləti. == Tarixi == Bu dövlətə Ərmənşahlar, Sökmənlilər də deyilir. Sultan Məlikşahın əmisi oğlu olan Qütbəddin İsmayıl 1080-ci ildə Azərbaycan ümumi valiliyinə təyin edilmişdi. Qütbəddin İsmayılın komandirlərindən olan Sökməyin Böyük Səlcuq Sultanı Məlikşahın əmisi Yakutinin oğlu olan Qütbəddin İsmayılın qulamı (köməkçi-xidmətlə) idi. Qısa zamanda özünü göstərmiş və sürətlə yüksələrək komandir olmuşdur. Ədalət və yaxşılığı ilə şöhrət qazanan Sökməyin Ahlatta dəvət edildi. Sökməyin əsgərləri ilə Əhlata gələrək şəhəri təslim aldı. Burada bir hökumət, yəni bəylik qurdu. Ailəyə də bundan sonra Ahlat Şahları (Ahlatşahlar) və Ərmənşahlar deyildi.
Anadolu bəylikləri
Anadolu bəylikləri (osm. بكلك, türk. beylik) — XI–XVI əsrlərdə Anadoluda bəy tərəfindən idarə olunan feodal dövlətlər. Türkman tayfalarının Anadoluya kütləvi köçü nəticəsində baş tutmuş Malazgird döyüşündən (1071) sonra Rum sultanlığı ilə birlikdə Şərqi Anadoluda ilk bəylik qrupu meydana gəlmişdir. Bəyliklərin ikinci qrupu Rum sultanlığının ucları kimi meydana çıxmışdır. Onlar monqollardan qaçaraq Mərkəzi Asiyadan Anadoluya gəlmiş tayfalar tərəfindən qurulmuşdur. Kösedağ döyüşündən (1243) sonra səlcuq sultanları Hülakülər dövlətinə tabe olmuşdular. Təxminən 1300–1308-ci illərdə Anadoluda yaranan vəziyyətə görə daxili münaqişələr nəticəsində süquta uğrayan Rum sultanlığı öz uc bəylərini nəzarətdə saxlamaq gücünə malik deyildi. Buna baxmayaraq, həmin bəylər Hülakülərə xərac ödəyirdi və bu dövrdə hələ müstəqillik əldə etməmişdilər. 1335-ci ildə elxan Əbu Səidin vəfatından sonra uc bəylərinin əksəriyyəti müstəqil hökmdarlar – bəy olmuşdular.
Artuqlu bəyliyi
Artuklu bəyliyi — Mardin Diyarbakır Harput və Həsənkeyf tərəflərində 1102-1409 illəri arasında hökm sürmüş bir Anadolu bəyliklərindən biri. 1102-ci ildə Cənub və Şərqi Anadoluda Artuq bəy tərəfindən qurulmuş bir bəylikdir. Adını Türkmən bəyi olan Artuq bəydən almışdır. 1086 ildə Qüdsü alan Artuq bəy eyni il burada öldü. Daha sonrasında Artuqlular Həsənkeyf Mardin ve Harput olmaq üzrə üç ana qoldan idarə edildilər.
Aydınoğulları bəyliyi
Aydınoğulları bəyliyi — Rum Səlcuqlu dövlətinin çökməsi və dağılmasıyla başlayan Anadolu bəylikləri dönəmində, XIV əsrin əvvəllərində Anadolunun Aydın və çevrəsində qurulmuş bir türk bəyliyi. == Tarixi == Malazgird döyüşünü (1071) izləyən illərdə türklərin əlinə keçən bölgə, XI əsr əvvəllərində I xaclı səfərilərinin dalınca Bizanslılar tərəfindən geriyə alındı. 1280-ci ildə MəntəĢə bəy tərəfindən fəth edildi. Məntəşə bəyin hakimiyyətində qalan şəhər daha sonra Məntəşə bəyi öldürən Aydınoğlu Məmməd beyin əlinə keçdi və 1308-ci ildə Aydınoğulları bəyliyi quruldu. Dövlətin qurucusu Aydınoğlu Məmməd bəy, Germiyanoğullarıın subaĢısıydı (ordu komandiri). Məmməd bəy, əvvəl Germiyanoğullarına bağlı qaldı. Sonra Bizansdan Birgini alıb paytaxt halına gətirdi. Bu Ģəkildə müstəqilliyini elan etdi. Daha sonra ÖdəmiĢ, Sultanhisar və Ġzmiri də torpaqlarına qatdı. Ayasuluğda (bu günki Səlcuq) Aydınoğullarının ilk donanmasını qurdu.
Bafra bəyliyi
Bafra bəyliyi' Canik bəyliklərindən biridir. Canik (Bugünkü Orta Qaradəniz) bölgəsinde XIII-XIV yüzillərdə çox sayda bəylik yaxut dərəbəylik mövcut idi. Canik bəylərinin bəziləri zaman-zaman qismən və ya tam müstəqil olmuşlarsa da, çox zaman çevrədəki güclü dövlətlərə bağlı olaraq varlıqlarını davam etdirmişdilər. Bafra bəyliyi də Candaroğulları bəyliyi, Ərətna bəyliyi, Qazi Bürhanəddin bəyliyi və Amasiya bəyliyi (Kutluşahlar)a bağlı bir dərəbəylik olaraq varlığını sürdürmüşdür. Bəyliyin quruluş və yıxılışının tam tarixləri və bəylərinin adları bilinmir.
Bərçəmoğulları bəyliyi
Bərçəmoğulları bəyliyi — XII əsrdə Həmədan çevrəsində Oğuzlar tərəfindən qurulmuş bir Türk bəyliyidir. == Tarixi == Bəyliyin qurucusu Əmir Bərçəmdir. Monqollara qarşı Bağdadı müdafiə edirdi. Hökmdarları sırasıyla; Əmir Bərçəm, Bərçemoğlu Mahmud, Fəxrəddin Əbu İshaq İbrahim, Süleyman şahdır.
Bəylik
Bəylik (Ağdaş) — Azərbaycanın Ağdaş rayonunda kənd. Bəylik (Laçın) — Azərbaycanın Laçın rayonunda kənd. Bəylik (Saatlı) — Azərbaycanın Saatlı rayonunda kənd. Bəylik — Azərbaycanın Kəlbəcər rayonunda kənd.
Bəylik (Ağdaş)
Bəylik (əvvəlki adı: İkinci Şordəhnə) — Azərbaycan Respublikasının Ağdaş rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının 29 aprel 1992-ci il tarixli, 112 saylı Qərarı ilə Ağdaş rayonunun İkinci Şordəhnə kəndi Bəylik kəndi adlandırılmışdır. == Toponimikası == 29 aprel 1992-ci ilə qədər kəndin adı İkinci Şordəhnə olmuşdur. Toponimin ikinci komponenti "şor" (göl; Şoran yer) və "dəhnə" (çayın dərənin dar hissəsindən düzənliyə çıxdığı yer) sözlərindən düzəlib, "Şoran yerdə çay ağzı və yaxud çayın gölə töküldüyü yer" mənasındadır. Kəndin adındakı "ikinci" sözü onu eyniadlı digər yaşayış məntəqəsindən fərqləndirmək üçün artırılmışdır. Yaşayış məntəqəsi keçmiş Şordəhnə (sonralar Birinci Şordəhnə) kəndindən ayrılmış ailələrin məskunlaşması nəticəsində yaranmışdır. 1992-ci ildən kəndin adı Bəylik oykonimi ilə əvəz olunmuşdur. Ağdaş rayonunda Birinci Şordəhnə kəndi də mövcud olmuşdur. 5 oktyabr 1999-cu ildə bu kəndin adı dəyişdirilərək Şordəhnə adlandırılmışdır. == Coğrafiyas və iqlimi == Kənd Kür-Araz ovalığında yerləşir.
Bəylik (Laçın)
Bəylik — Azərbaycan Respublikasının Laçın rayonu Zabux kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Laçın rayonunun Zabux kənd inzibati-ərazi vahidi tərkibindəki yaşayış məntəqəsi Bəylik kəndi adlandırılmış və rayonun yaşayış məntəqələri uçot məlumatına daxil edilmişdir. 1992-ci ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilib. 2020-ci ildə İkinci Qarabağ müharibəsi sonunda imzalanmış atəşkəs bəyanatına əsasən 1 dekabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad olunub. == Toponimikası == Bəy (titul) və -lik (mənsubiyyət bildirən şəkilçi) komponentlərindən ibarət olan bu oykonim "bəyə məxsus kənd" mənasındadır. 1933-cü ildə Kəlbəcər rayonunun Əsrik inzibati ərazi vahidində də Bəylik adlı kənd qeydə alınmışdır. Saatlı və Ağdaş rayonunun ərazisində də bu adda yaşayış məntəqələri var. == İqtisadiyyatı == Əsas təsərrüfatı heyvandarlıq idi.
Bəylik (Saatlı)
Bəylik — Azərbaycan Respublikasının Saatlı rayonunun inzibati ərazi vahidində kənd. == Əhalisi == Əhalisinin sayı 953 nəfərdir. == Toponimikası == Bəylik oyk., düz. Saatlı rayonunda kənd. Muğan düzündədir. Yerli əhalinin verdiyi məlumata görə, kəndin əhalisi keçmişdə bəy rəiyyəti olduğu üçün kənd belə adlanır. Bəy (titul) və -lik (mənsubiyyət bildirən şək.) komponentlərindən ibarət olan bu oykonim "bəyə məxsus kənd" mənasındadır.
Bəylik dərsi (film, 2007)
== Məzmun == == Film haqqında == Film Mövlud Süleymanlının "Bəylik dərsi" povesti əsasında çəkilib.
Bəylik dərsi və ya keçmişdən gülməcələr... (film, 2007)
== Məzmun == == Film haqqında == Film Mövlud Süleymanlının "Bəylik dərsi" povesti əsasında çəkilib.
Bəylikdüzü
Bəylikdüzü (türk. Beylikdüzü) — İstanbul ilinin ilçəsi. Cənubunda Mərmərə dənizi, şərqində Avcılar, qərbində Böyükçəkməcə, şimalında isə Əsənyurd ilçələri yerləşmişdir. Ərazisi 360 km²-dır. == Tarixçəsi == E.ə. VII əsrdə ilk yaşayışın başladığı Bəylikdüzünün qurucularının Yunanlar olduğu fərz edilir. E.ə. II əsrdə Bizans suverenliyinə girən Böyükçəkməcənin mahallarından biri olan Bəylikdüzü, İstanbulun fəthindən sonra Osmanlı İmperiyasına bağlanmışdır. Kurort və kənd təsərrüfatı mərkəzi olan Bəylikdüzü, Bizans və Osmanlı dövrlərində orduların yaşayış yeri olduğundan, bölgədə intensiv yaşayış olmamışdır. Respublika əvvəli dövrdəki adı bağça mənasına gələn "Garden" olmuşdur.
Candaroğulları bəyliyi
Candaroğulları bəyliyi — 1291-1461-ci illərdə mövcud olmuş bir Anadolu bəyliyi. Ən məşhur bəyi İsfəndiyar bəy olduğundan digər adı da İsfəndiyaroğulları bəyliyidir. == Tarixi == === Bəyliyin qurulması === Çobanoğulları bəyliyinin yerini alan Candaroğullarının tarix səhnəsinə çıxışı, o dövrə aid tarixi mənbələrin yetərsizliyi səbəbilə tam olaraq bilinmir. Anadolu Səlcuqluları arasındakı taxt mübarizəsinə qatılan Şəmsəddin Yaman Candar bəyə 1291-ci ildə Hülaki hökmdarı Keyxatu xan tərəfindən Əflani və ətraf bölgələri iqta olaraq verilmiş, bu tarix Candaroğlu bəyliyinin əsasının qoyulması olaraq qəbul edilmişdir. Bəyliyin qurucusu olan və ona adını verən Yaman Candar bəyin hansı türkmən boyuna mənsub olduğu bilinmir. Daşıdığı Candar ünvanı səbəbilə Səlcuqlu sarayında xidmət etdiyi anlaşılan Şəmsəddin Yaman Candar bəy, hakimiyyəti boyunca Hülakilərin tabeliyində qalmış, ancaq bəyliyin hüdudlarını genişləndirmədən 1309-cu ildə vəfat etmişdir. Yerinə isə oğlu Süleyman bəy keçmişdir. === I Süleyman bəy === Bir müddət Əflanidə qalan Süleyman bəy, Kastamonu və Safranbolu bölgələrini ələ keçirərək bəyliyi genişləndirdi və bəyliyin mərkəzini Kastamonuya daşıdı. Daha sonra Sinopu da ələ keçirərək bu bölgənin idarəsini oğlu İbrahim bəyə, Safranbolunun idarəsini isə digər oğlu Əli bəyə verdi. Bəyliyin hüdudlarını genişləndirməsinə baxmayaraq, Süleyman bəy ilk illərində Hülakilərin tabeliyində qalmış, onlara illik vergi verməyə davam etmişdir.
Dilmaçoğulları bəyliyi
Dilmaçoğulları bəyliyi — 1085–1192-ci illər arasında Bitlis və Erzendə müstəqil olan bir türk bəyliyi. == Tarixi == Qurucusu Böyük Səlcuq hökmdarı Alp Arslanın komandirlərindən biri olan Dilmaç Məmməd bəydir (1085–1104-ci illər). Quruluş dövründə Böyük Səlcuq dövlətinə bağlılığını davam etdirən Dilmaçoğulları Toğan Arslan dövründə (1104–1137-ci illər) ən parlaq illərini yaşayıblar. Saltuklular və Ardıqlılar ilə birlikdə xristianlara və gürcülərə qarşı döyüşüblər. Bəyliyin qurucusu Dilmaçoğlu Məmməd (Məhəmməd) Bəy Sultan Alp Arslan dövründə Bekçioğlu Afşin və Əhməd Şah kimi türkmən bəyləri ilə Bizans idarəsindəki Anadoluya axınlarda olurdu. Malazgirt Müharibəsində (1071-ci il) də iştirak edən Dilmaçoğlu Məmməd Bəy daha sonra Səlcuq ordusunun Hələb ətrafında həyata keçirdiyi fəthlərə qatıldı. 1085-ci ildə diyar-ı Bəkir (Diyarbakır) alındıqdan sonra Bitlis və Ahlat da Səlcuq qüvvələri tərəfindən zəbt edildi. Bitlis və ətrafı Məmməd bəyin idarəsinə verilərək ona ikta (istifadə haqqı) tətbiq edildi. Bu şəkildə Dilmaçoğulları Bəyliyi qurulmuş oldu. Əvvəl Qılınc Aslana, onun ölümündən sonra da Ermenşahlara (Ahlatşahlar) tabe oldu.
Dulqədiroğulları bəyliyi
Dulqədiroğulları bəyliyi və ya Zülqədəroğulları bəyliyi (həmçinin bax: Zülqədər eli) XIV yüzildən XVI yüzilin ilk yarılarına qədər Anadolu tarixində mühüm rol oynayan, Oğuzların Bozoqlar qoluna mənsub, bir türkmən xanədanı. == Tarixi == Anadoluya, Həsən bəy Zülqədər adlı bir bəyin idarəsində gələn və Zülqədərli bəyliyinin əsasını meydana gətirən bu ilk qrupun, Maraş və Əlbistan arasındakı yaylaq bölgəyə yerləşdikləri və daha sonra geniş bir əraziyə yayıldıqları məlumdur. Bəyliyin qurucusu Zeynəddin Qaraca bəy Zülqədər, uyqur Ərətna bəyin əlindən Əlbistanı aldıqdan sonra məmlük sultanı Məlik Nasir Məhəmməddən naiblik fərmanını almağa müvəffəq oldu. Qaraca bəy zaman-zaman məmlük sultanlarına itaət etdisə də, bəzən onları qarşı duraraq Hələb şəhərini təhdid etdi. Bu arada Çuxurovadakı Sis ermənilərinə ağır zərbə endirdi. 1346-cı ildə Qabon qalasını ələ keçirdi. Bu müvəffəqiyyətlərinə güvənən Qaraca bəy, Məlik üz-Zahir ünvanıyla, 1348-ci ildə hökmdarlığını elan etdi. Ancaq Məmlüklər dövlətinə üsyan edən Hələb valisi Baybuğanı sultana təslim etməməsinə görə, tutularaq, 1353-cü ildə Qahirədə 83 yaşındaykən öldürüldü. Qaraca bəydən sonra oğlu Xəlil bəy Zülqədər məmlüklər tərəfindən Əlbistan valiliyinə təyin edildi. Xəlil bəy Zülqədər dərhal sərhədlərini genişlətməyə girişdi və Maraş, Malatya, Harput və Amik tərəflərini ələ keçirdi.
Eretna Bəyliyi
Ərətna bəyliyi — Anadolu bəyliyi == Tarixi == Anadolu Səlcuqlu dövlətinin çöküşündən sonra, onun hakimiyyəti altındakı yerlər Elxanlılar dövlətinin əlinə keçmiş və Elxani valiləri tərəfindən idarə edəlməyə başlanmışdı. Bunlardan birisi də Ərətna bəy idi. Cəfər bəy oğlu Ərətna (Türküstan ağzında Ertene), Elxani idarəsindəki bir çox bənzərləri kimi Uyğur türklərindəndi və Elxanlı hökmdarı tərəfindən Anadolunun bütün valiliyinə gətirilmişdi. Ancaq bir müddət sonra Elxani hökmdarı Əbu Səid Bahadır xanın vəfatı ilə başlayan taxt çəkişmələri üzərinə, 1344-cü ildə müstəgilliyini elan edərək Sultan adını almış, Ələddin ünvanıyla öz adına pul çixartmiş və təqribən bütün Orta Anadolu ilə Doğu Anadolunun önəmli bir bölümünə hakim olmuştur. Dövlətin paytaxti başlangıcda Sivas ikən, daha sonra Kayseri olmuş və dövlət yıxılıncaya qədər də belə davam etmişdir. Sultan Ərətna bəy Uyğur və Ərətnalılar dövləti üzərinə ən ciddi və aydınladıcı çalışmalar yapanlardan biri olan Prof. Dr. Kamal Gödenin də incəliklə vurgulayaraq araşdırmaçıların diqqətinə çatdırdığı kimi: "Anadolu kimi türkmən bəylərinin yer yer istiqlallarını elan etməyə hazırlandıqları bir əyalətdə bir Uyğur türkü olan Emir Eratnanın başarılı olması nə dərəcə mümkün olmuş, nə dərəcə Anadolu Türk insanı Eratnaya itaət etmiş və nə dərəcə də Türkmən Bəyləri üzərində nüfuz qurabilmişdir?" Gərçi Kamal Göde, öz soruşduğu bu suala son dərəcə açıqlayıcı cavablar verir amma, Türk dünyasının nüfuzlu tarix bilginlərindən Zəki Velidi Togandan yapılacak qısa bir alıntının da bu mövzuda olduqca açıqlayıcı olacağı düşünülə bilir: "Əmir Ərətna, ...valiyi umumilər arasında ən parlaq şəxsiyətdir. Özü uyğur olduğu kimi, ətrafında da uyğurları toplamışdı. Məhəmməd Ibn Əli Şəbankarə onun haqqında: ‘Əmir Ərətna, Əbu Səid Bahadur xanın yarlığıyla Rum vilayətləri idarəsinə məmur təyin edilmişdi.
Həmidoğulları bəyliyi
Həmidoğulları bəyliyi (osm. حميد اوغللری, türk. Hamidoğulları) — Paytaxtı Eğirdir olan Kiçik Asiyada türk bəyliyi (əmirliyi, bəyliyi). Təxminən 1300-1423-cü illər arasında onu idarə edən eyniadlı sülalənin adı ilə adlandırılmışdır. Bəylik və sülalə öz adını banisi Həmid bəydən almışdır. Sülalə həmidilər, bəylik – Həmid də adlanırdı. Bəyliyin mərkəzi Antalya olan cənub hissəsi Təkəogulları vilayəti adlanırdı. Konyadan Antalyaya gedən yollara nəzarət edən Həmidlər əhəmiyyətli bir qüvvə idi. Bəyliyin banisinin nəvəsi Dündar Antalyanı, Dündarın oğlu İsxak isə Qaramanoğulların da iddia etdiyi keçmiş Əşrəfoğulları bəyliyinin ərazisini bəyliyə birləşdirdi. Bu torpaqlar uğrunda mübarizə ona gətirib çıxardı ki, 1381-ci ildə Hüseyn bəy mübahisəli torpaqlarla birlikdə bəyliyin bir hissəsini Osmanlı Sultanı I Murada satdı.
Karəsi Bəyliyi
Karəsi bəyliyi (türk. Karesi Beyliği) — Egey dənizinin sahillərində 1296-1363-cü illərdə qurulmuş Anadolu bəyliyi. Bəyliyin paytaxtı hazırkı Balıkəsir ilinin ərazində yerləşən Karəsi olmuşdur. Bəylik öz adını banisi, səlcuqlu uc-bəyi Karəsi bəyin adından almışdır.
Karəsioğulları Bəyliyi
Karəsi bəyliyi (türk. Karesi Beyliği) — Egey dənizinin sahillərində 1296-1363-cü illərdə qurulmuş Anadolu bəyliyi. Bəyliyin paytaxtı hazırkı Balıkəsir ilinin ərazində yerləşən Karəsi olmuşdur. Bəylik öz adını banisi, səlcuqlu uc-bəyi Karəsi bəyin adından almışdır.
Menteşə bəyliyi
Menteşə bəyliyi, Menteşəoğulları bəyliyi (osm. منتشه اوغللرى, türk. Menteşeoğulları, Menteşe) — Anadolu Səlcuqlu dövlətinin dağılması və parçalanması ilə başlayan Anadolu bəylikləri dövründə Cənub-Qərbi Anadoluda qurulmuş bir Türk bəyliyidir. Sərhədləri təxminən indiki Muğla vilayəti ilə üst-üstə düşən bu bəyliyin hakimiyyəti XIII əsrin ortalarından XV əsrin əvvəllərinə qədər davam etmişdir. Digər Anadolu bəylikləri kimi Osmanlı imperatorluğunun hakimiyyəti altına keçir. Muğla vilayəti Osmanlı imperatorluğunun son dövrlərinə qədər Menteşe vilayəti olaraq bilinirdi. == Tarixi == Səlcuq Sultanı I Əlaəddin Keyqubad dövründə bölgədə türkmən tayfaları intensiv məskunlaşmağa başladılar. Əhali sayı artdıqca, türklər sərhəd bölgələrində bizanslıları sıxışdırdılar. Nikeya imperiyası mövcud olduğu müddətdə onun şərq sərhədi bu istehkamlar tərəfindən idarə olunurdu və hər qalada bir qubernator-arxon var idi. 1261-ci ildə Konstantinopolun qaytarılması və paytaxtın Nikeyadan buraya köçürülməsi ilə Bizansın Asiya sərhədlərində dağınıqlıq başlandı.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.06 dəfə / 1 mln.
2005 •••••••••••••••••••• 1.35
2008 •••• 0.24
2010 ••• 0.18
2012 •• 0.09
2018 ••• 0.15

"bəyli" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#bəyli nədir? #bəyli sözünün mənası #bəyli nə deməkdir? #bəyli sözünün izahı #bəyli sözünün yazılışı #bəyli necə yazılır? #bəyli sözünün düzgün yazılışı #bəyli leksik mənası #bəyli sözünün sinonimi #bəyli sözünün yaxın mənalı sözlər #bəyli sözünün əks mənası #bəyli sözünün etimologiyası #bəyli sözünün orfoqrafiyası #bəyli rusca #bəyli inglisça #bəyli fransızca #bəyli sözünün istifadəsi #sözlük