bəyliyi sözü azərbaycan dilində

bəyliyi

Yazılış

  • bəyliyi • 79.1667%
  • Bəyliyi • 12.5000%
  • BƏYLİYİ • 8.3333%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Ahlatşahlar bəyliyi
Əhlatşahlar bəyliyi (1100-1207) — Əhlatda (Xilatda) XII əsrin əvvəllərində qurulmuş olan bir türk dövləti. == Tarixi == Bu dövlətə Ərmənşahlar, Sökmənlilər də deyilir. Sultan Məlikşahın əmisi oğlu olan Qütbəddin İsmayıl 1080-ci ildə Azərbaycan ümumi valiliyinə təyin edilmişdi. Qütbəddin İsmayılın komandirlərindən olan Sökməyin Böyük Səlcuq Sultanı Məlikşahın əmisi Yakutinin oğlu olan Qütbəddin İsmayılın qulamı (köməkçi-xidmətlə) idi. Qısa zamanda özünü göstərmiş və sürətlə yüksələrək komandir olmuşdur. Ədalət və yaxşılığı ilə şöhrət qazanan Sökməyin Ahlatta dəvət edildi. Sökməyin əsgərləri ilə Əhlata gələrək şəhəri təslim aldı. Burada bir hökumət, yəni bəylik qurdu. Ailəyə də bundan sonra Ahlat Şahları (Ahlatşahlar) və Ərmənşahlar deyildi.
Artuqlu bəyliyi
Artuklu bəyliyi — Mardin Diyarbakır Harput və Həsənkeyf tərəflərində 1102-1409 illəri arasında hökm sürmüş bir Anadolu bəyliklərindən biri. 1102-ci ildə Cənub və Şərqi Anadoluda Artuq bəy tərəfindən qurulmuş bir bəylikdir. Adını Türkmən bəyi olan Artuq bəydən almışdır. 1086 ildə Qüdsü alan Artuq bəy eyni il burada öldü. Daha sonrasında Artuqlular Həsənkeyf Mardin ve Harput olmaq üzrə üç ana qoldan idarə edildilər.
Aydınoğulları bəyliyi
Aydınoğulları bəyliyi — Rum Səlcuqlu dövlətinin çökməsi və dağılmasıyla başlayan Anadolu bəylikləri dönəmində, XIV əsrin əvvəllərində Anadolunun Aydın və çevrəsində qurulmuş bir türk bəyliyi. == Tarixi == Malazgird döyüşünü (1071) izləyən illərdə türklərin əlinə keçən bölgə, XI əsr əvvəllərində I xaclı səfərilərinin dalınca Bizanslılar tərəfindən geriyə alındı. 1280-ci ildə MəntəĢə bəy tərəfindən fəth edildi. Məntəşə bəyin hakimiyyətində qalan şəhər daha sonra Məntəşə bəyi öldürən Aydınoğlu Məmməd beyin əlinə keçdi və 1308-ci ildə Aydınoğulları bəyliyi quruldu. Dövlətin qurucusu Aydınoğlu Məmməd bəy, Germiyanoğullarıın subaĢısıydı (ordu komandiri). Məmməd bəy, əvvəl Germiyanoğullarına bağlı qaldı. Sonra Bizansdan Birgini alıb paytaxt halına gətirdi. Bu Ģəkildə müstəqilliyini elan etdi. Daha sonra ÖdəmiĢ, Sultanhisar və Ġzmiri də torpaqlarına qatdı. Ayasuluğda (bu günki Səlcuq) Aydınoğullarının ilk donanmasını qurdu.
Bafra bəyliyi
Bafra bəyliyi' Canik bəyliklərindən biridir. Canik (Bugünkü Orta Qaradəniz) bölgəsinde XIII-XIV yüzillərdə çox sayda bəylik yaxut dərəbəylik mövcut idi. Canik bəylərinin bəziləri zaman-zaman qismən və ya tam müstəqil olmuşlarsa da, çox zaman çevrədəki güclü dövlətlərə bağlı olaraq varlıqlarını davam etdirmişdilər. Bafra bəyliyi də Candaroğulları bəyliyi, Ərətna bəyliyi, Qazi Bürhanəddin bəyliyi və Amasiya bəyliyi (Kutluşahlar)a bağlı bir dərəbəylik olaraq varlığını sürdürmüşdür. Bəyliyin quruluş və yıxılışının tam tarixləri və bəylərinin adları bilinmir.
Bərçəmoğulları bəyliyi
Bərçəmoğulları bəyliyi — XII əsrdə Həmədan çevrəsində Oğuzlar tərəfindən qurulmuş bir Türk bəyliyidir. == Tarixi == Bəyliyin qurucusu Əmir Bərçəmdir. Monqollara qarşı Bağdadı müdafiə edirdi. Hökmdarları sırasıyla; Əmir Bərçəm, Bərçemoğlu Mahmud, Fəxrəddin Əbu İshaq İbrahim, Süleyman şahdır.
Candaroğulları bəyliyi
Candaroğulları bəyliyi — 1291-1461-ci illərdə mövcud olmuş bir Anadolu bəyliyi. Ən məşhur bəyi İsfəndiyar bəy olduğundan digər adı da İsfəndiyaroğulları bəyliyidir. == Tarixi == === Bəyliyin qurulması === Çobanoğulları bəyliyinin yerini alan Candaroğullarının tarix səhnəsinə çıxışı, o dövrə aid tarixi mənbələrin yetərsizliyi səbəbilə tam olaraq bilinmir. Anadolu Səlcuqluları arasındakı taxt mübarizəsinə qatılan Şəmsəddin Yaman Candar bəyə 1291-ci ildə Hülaki hökmdarı Keyxatu xan tərəfindən Əflani və ətraf bölgələri iqta olaraq verilmiş, bu tarix Candaroğlu bəyliyinin əsasının qoyulması olaraq qəbul edilmişdir. Bəyliyin qurucusu olan və ona adını verən Yaman Candar bəyin hansı türkmən boyuna mənsub olduğu bilinmir. Daşıdığı Candar ünvanı səbəbilə Səlcuqlu sarayında xidmət etdiyi anlaşılan Şəmsəddin Yaman Candar bəy, hakimiyyəti boyunca Hülakilərin tabeliyində qalmış, ancaq bəyliyin hüdudlarını genişləndirmədən 1309-cu ildə vəfat etmişdir. Yerinə isə oğlu Süleyman bəy keçmişdir. === I Süleyman bəy === Bir müddət Əflanidə qalan Süleyman bəy, Kastamonu və Safranbolu bölgələrini ələ keçirərək bəyliyi genişləndirdi və bəyliyin mərkəzini Kastamonuya daşıdı. Daha sonra Sinopu da ələ keçirərək bu bölgənin idarəsini oğlu İbrahim bəyə, Safranbolunun idarəsini isə digər oğlu Əli bəyə verdi. Bəyliyin hüdudlarını genişləndirməsinə baxmayaraq, Süleyman bəy ilk illərində Hülakilərin tabeliyində qalmış, onlara illik vergi verməyə davam etmişdir.
Dilmaçoğulları bəyliyi
Dilmaçoğulları bəyliyi — 1085–1192-ci illər arasında Bitlis və Erzendə müstəqil olan bir türk bəyliyi. == Tarixi == Qurucusu Böyük Səlcuq hökmdarı Alp Arslanın komandirlərindən biri olan Dilmaç Məmməd bəydir (1085–1104-ci illər). Quruluş dövründə Böyük Səlcuq dövlətinə bağlılığını davam etdirən Dilmaçoğulları Toğan Arslan dövründə (1104–1137-ci illər) ən parlaq illərini yaşayıblar. Saltuklular və Ardıqlılar ilə birlikdə xristianlara və gürcülərə qarşı döyüşüblər. Bəyliyin qurucusu Dilmaçoğlu Məmməd (Məhəmməd) Bəy Sultan Alp Arslan dövründə Bekçioğlu Afşin və Əhməd Şah kimi türkmən bəyləri ilə Bizans idarəsindəki Anadoluya axınlarda olurdu. Malazgirt Müharibəsində (1071-ci il) də iştirak edən Dilmaçoğlu Məmməd Bəy daha sonra Səlcuq ordusunun Hələb ətrafında həyata keçirdiyi fəthlərə qatıldı. 1085-ci ildə diyar-ı Bəkir (Diyarbakır) alındıqdan sonra Bitlis və Ahlat da Səlcuq qüvvələri tərəfindən zəbt edildi. Bitlis və ətrafı Məmməd bəyin idarəsinə verilərək ona ikta (istifadə haqqı) tətbiq edildi. Bu şəkildə Dilmaçoğulları Bəyliyi qurulmuş oldu. Əvvəl Qılınc Aslana, onun ölümündən sonra da Ermenşahlara (Ahlatşahlar) tabe oldu.
Dulqədiroğulları bəyliyi
Dulqədiroğulları bəyliyi və ya Zülqədəroğulları bəyliyi (həmçinin bax: Zülqədər eli) XIV yüzildən XVI yüzilin ilk yarılarına qədər Anadolu tarixində mühüm rol oynayan, Oğuzların Bozoqlar qoluna mənsub, bir türkmən xanədanı. == Tarixi == Anadoluya, Həsən bəy Zülqədər adlı bir bəyin idarəsində gələn və Zülqədərli bəyliyinin əsasını meydana gətirən bu ilk qrupun, Maraş və Əlbistan arasındakı yaylaq bölgəyə yerləşdikləri və daha sonra geniş bir əraziyə yayıldıqları məlumdur. Bəyliyin qurucusu Zeynəddin Qaraca bəy Zülqədər, uyqur Ərətna bəyin əlindən Əlbistanı aldıqdan sonra məmlük sultanı Məlik Nasir Məhəmməddən naiblik fərmanını almağa müvəffəq oldu. Qaraca bəy zaman-zaman məmlük sultanlarına itaət etdisə də, bəzən onları qarşı duraraq Hələb şəhərini təhdid etdi. Bu arada Çuxurovadakı Sis ermənilərinə ağır zərbə endirdi. 1346-cı ildə Qabon qalasını ələ keçirdi. Bu müvəffəqiyyətlərinə güvənən Qaraca bəy, Məlik üz-Zahir ünvanıyla, 1348-ci ildə hökmdarlığını elan etdi. Ancaq Məmlüklər dövlətinə üsyan edən Hələb valisi Baybuğanı sultana təslim etməməsinə görə, tutularaq, 1353-cü ildə Qahirədə 83 yaşındaykən öldürüldü. Qaraca bəydən sonra oğlu Xəlil bəy Zülqədər məmlüklər tərəfindən Əlbistan valiliyinə təyin edildi. Xəlil bəy Zülqədər dərhal sərhədlərini genişlətməyə girişdi və Maraş, Malatya, Harput və Amik tərəflərini ələ keçirdi.
Eretna Bəyliyi
Ərətna bəyliyi — Anadolu bəyliyi == Tarixi == Anadolu Səlcuqlu dövlətinin çöküşündən sonra, onun hakimiyyəti altındakı yerlər Elxanlılar dövlətinin əlinə keçmiş və Elxani valiləri tərəfindən idarə edəlməyə başlanmışdı. Bunlardan birisi də Ərətna bəy idi. Cəfər bəy oğlu Ərətna (Türküstan ağzında Ertene), Elxani idarəsindəki bir çox bənzərləri kimi Uyğur türklərindəndi və Elxanlı hökmdarı tərəfindən Anadolunun bütün valiliyinə gətirilmişdi. Ancaq bir müddət sonra Elxani hökmdarı Əbu Səid Bahadır xanın vəfatı ilə başlayan taxt çəkişmələri üzərinə, 1344-cü ildə müstəgilliyini elan edərək Sultan adını almış, Ələddin ünvanıyla öz adına pul çixartmiş və təqribən bütün Orta Anadolu ilə Doğu Anadolunun önəmli bir bölümünə hakim olmuştur. Dövlətin paytaxti başlangıcda Sivas ikən, daha sonra Kayseri olmuş və dövlət yıxılıncaya qədər də belə davam etmişdir. Sultan Ərətna bəy Uyğur və Ərətnalılar dövləti üzərinə ən ciddi və aydınladıcı çalışmalar yapanlardan biri olan Prof. Dr. Kamal Gödenin də incəliklə vurgulayaraq araşdırmaçıların diqqətinə çatdırdığı kimi: "Anadolu kimi türkmən bəylərinin yer yer istiqlallarını elan etməyə hazırlandıqları bir əyalətdə bir Uyğur türkü olan Emir Eratnanın başarılı olması nə dərəcə mümkün olmuş, nə dərəcə Anadolu Türk insanı Eratnaya itaət etmiş və nə dərəcə də Türkmən Bəyləri üzərində nüfuz qurabilmişdir?" Gərçi Kamal Göde, öz soruşduğu bu suala son dərəcə açıqlayıcı cavablar verir amma, Türk dünyasının nüfuzlu tarix bilginlərindən Zəki Velidi Togandan yapılacak qısa bir alıntının da bu mövzuda olduqca açıqlayıcı olacağı düşünülə bilir: "Əmir Ərətna, ...valiyi umumilər arasında ən parlaq şəxsiyətdir. Özü uyğur olduğu kimi, ətrafında da uyğurları toplamışdı. Məhəmməd Ibn Əli Şəbankarə onun haqqında: ‘Əmir Ərətna, Əbu Səid Bahadur xanın yarlığıyla Rum vilayətləri idarəsinə məmur təyin edilmişdi.
Həmidoğulları bəyliyi
Həmidoğulları bəyliyi (osm. حميد اوغللری, türk. Hamidoğulları) — Paytaxtı Eğirdir olan Kiçik Asiyada türk bəyliyi (əmirliyi, bəyliyi). Təxminən 1300-1423-cü illər arasında onu idarə edən eyniadlı sülalənin adı ilə adlandırılmışdır. Bəylik və sülalə öz adını banisi Həmid bəydən almışdır. Sülalə həmidilər, bəylik – Həmid də adlanırdı. Bəyliyin mərkəzi Antalya olan cənub hissəsi Təkəogulları vilayəti adlanırdı. Konyadan Antalyaya gedən yollara nəzarət edən Həmidlər əhəmiyyətli bir qüvvə idi. Bəyliyin banisinin nəvəsi Dündar Antalyanı, Dündarın oğlu İsxak isə Qaramanoğulların da iddia etdiyi keçmiş Əşrəfoğulları bəyliyinin ərazisini bəyliyə birləşdirdi. Bu torpaqlar uğrunda mübarizə ona gətirib çıxardı ki, 1381-ci ildə Hüseyn bəy mübahisəli torpaqlarla birlikdə bəyliyin bir hissəsini Osmanlı Sultanı I Murada satdı.
Karəsi Bəyliyi
Karəsi bəyliyi (türk. Karesi Beyliği) — Egey dənizinin sahillərində 1296-1363-cü illərdə qurulmuş Anadolu bəyliyi. Bəyliyin paytaxtı hazırkı Balıkəsir ilinin ərazində yerləşən Karəsi olmuşdur. Bəylik öz adını banisi, səlcuqlu uc-bəyi Karəsi bəyin adından almışdır.
Karəsioğulları Bəyliyi
Karəsi bəyliyi (türk. Karesi Beyliği) — Egey dənizinin sahillərində 1296-1363-cü illərdə qurulmuş Anadolu bəyliyi. Bəyliyin paytaxtı hazırkı Balıkəsir ilinin ərazində yerləşən Karəsi olmuşdur. Bəylik öz adını banisi, səlcuqlu uc-bəyi Karəsi bəyin adından almışdır.
Mengücəklü bəyliyi
Mengücəklü bəyliyi ya da Mengüceklilər (1080-1228) Malazgird döyüşündən sonra Anadoluda Ərzincan, Kemah, Divriği, Şebinkarahisar bölgəsində qurulmuş bir bəylik.
Menteşə bəyliyi
Menteşə bəyliyi, Menteşəoğulları bəyliyi (osm. منتشه اوغللرى, türk. Menteşeoğulları, Menteşe) — Anadolu Səlcuqlu dövlətinin dağılması və parçalanması ilə başlayan Anadolu bəylikləri dövründə Cənub-Qərbi Anadoluda qurulmuş bir Türk bəyliyidir. Sərhədləri təxminən indiki Muğla vilayəti ilə üst-üstə düşən bu bəyliyin hakimiyyəti XIII əsrin ortalarından XV əsrin əvvəllərinə qədər davam etmişdir. Digər Anadolu bəylikləri kimi Osmanlı imperatorluğunun hakimiyyəti altına keçir. Muğla vilayəti Osmanlı imperatorluğunun son dövrlərinə qədər Menteşe vilayəti olaraq bilinirdi. == Tarixi == Səlcuq Sultanı I Əlaəddin Keyqubad dövründə bölgədə türkmən tayfaları intensiv məskunlaşmağa başladılar. Əhali sayı artdıqca, türklər sərhəd bölgələrində bizanslıları sıxışdırdılar. Nikeya imperiyası mövcud olduğu müddətdə onun şərq sərhədi bu istehkamlar tərəfindən idarə olunurdu və hər qalada bir qubernator-arxon var idi. 1261-ci ildə Konstantinopolun qaytarılması və paytaxtın Nikeyadan buraya köçürülməsi ilə Bizansın Asiya sərhədlərində dağınıqlıq başlandı.
Məntəşəoğulları bəyliyi
Menteşə bəyliyi, Menteşəoğulları bəyliyi (osm. منتشه اوغللرى, türk. Menteşeoğulları, Menteşe) — Anadolu Səlcuqlu dövlətinin dağılması və parçalanması ilə başlayan Anadolu bəylikləri dövründə Cənub-Qərbi Anadoluda qurulmuş bir Türk bəyliyidir. Sərhədləri təxminən indiki Muğla vilayəti ilə üst-üstə düşən bu bəyliyin hakimiyyəti XIII əsrin ortalarından XV əsrin əvvəllərinə qədər davam etmişdir. Digər Anadolu bəylikləri kimi Osmanlı imperatorluğunun hakimiyyəti altına keçir. Muğla vilayəti Osmanlı imperatorluğunun son dövrlərinə qədər Menteşe vilayəti olaraq bilinirdi. == Tarixi == Səlcuq Sultanı I Əlaəddin Keyqubad dövründə bölgədə türkmən tayfaları intensiv məskunlaşmağa başladılar. Əhali sayı artdıqca, türklər sərhəd bölgələrində bizanslıları sıxışdırdılar. Nikeya imperiyası mövcud olduğu müddətdə onun şərq sərhədi bu istehkamlar tərəfindən idarə olunurdu və hər qalada bir qubernator-arxon var idi. 1261-ci ildə Konstantinopolun qaytarılması və paytaxtın Nikeyadan buraya köçürülməsi ilə Bizansın Asiya sərhədlərində dağınıqlıq başlandı.
Osmanlı bəyliyi
Osmanlı dövləti, Osmanlı imperiyası (osm. دولت عالیه عثمانیه Devlet-i Aliyye-i Osmâniyye, türk. Osmanlı Devleti, Osmanlı İmparatorluğu) — oğuz türklərindən olan Osman bəyin qurduğu Osmanlı sülaləsinin hakimiyyəti altında 1299–1922-ci illərdə fəaliyyət göstərmiş çoxmillətli sünni müsəlman dövlət. Əsası 1299-cu ildə müasir Türkiyənin Biləcik vilayətinin Söyüdlü şəhərində I Osman tərəfindən Osmanoğulları bəyliyi kimi qoyulmuşdur. Osmanlı dövləti tarixdə Bizans İmperiyasının varlığına son qoyaraq onun paytaxtı Konstantinopolu tutmuş və öz paytaxtına çevirərək İstanbul adlandırmışdır. XVII əsrdə özünün ən qüdrətli dövrünü yaşayan dövlət üç qitəyə yayılmışdır. Dövlət ən geniş sərhədlərinə 1683-cü ildə — II Vyana mühasirəsinədək davam etmişdir. Bu zaman Osmanlı imperiyasının ərazisi cənub-şərqi Avropaya, Yaxın şərqə və Afrikanın şimalına qədər yayılmışdır. == Səciyyəvi xüsusiyyətləri == Osmanlı imperiyası Türk-İslam dövləti idi və özünü elə də tanıyırdı. Osmanlı İmperiyası öz siyasi sahəsindəki yüzlərlə xalqı əhatə edirdi və genişləndikcə hökmdarlar və idarə edənlər iki fərqli təbəqə oldular.
Pərvanəoğulları bəyliyi
Pərvanəoğulları bəyliyi — Sinopda Qaradəniz sahillərində 1261-ci ildə qurulmuş Anadolu türk bəyliyi. Bəyliyin qurucusu Pərvanə Muinəddinin oğlu Muinəddin Məmməd Bəydir. Muinəddin Məmməd Bəydən sonra taxta Muinəddin Məsud Bəy çıxmışdır. Genuyalılarla ticarət əlaqələrində yaranan problemdən sonra Məsud Bəy əsir alınmış, bir müddət sonra azad edilmişdir. Məsud Bəyin oğlu Qazi Çələbi hakimiyyətdə olarkən Pərvanəoğulları bəyliyi Trapezund İmperiyası və Genuya Respublikası ilə vuruşmuşdur. Bəyliyin hakimiyyətinə 1322-ci ildə Candaroğulları bəyliyi tərəfindən son qoyulmuşdur.
Qaraman bəyliyi
Qaramanoğulları bəyliyi (türk. Karamanoğulları Beyliği) — Qaramanoğulları oğuzların Əfşar boyuna mənsubdurlar. Qaramanoğulları Anadoluda ən güclü ailə və soy qəbul edilirdi. Bu səbəbdən Osmanlı bəyliyi onlardan ilk başlarda uzaq durmuş, yaxşı böyüyüb gücləndikdən sonra Anadoludaki son bəylik olaraq Qaramanoğullarını özlərinə tabe ediblər. Bu güclü ailənin irəlidə problem çıxarmasını əngəlləmək üçün Osmanlı dövləti Qaramanoğlu ailəsindən olanları yeni fəth edilən Balkan torpaqlarına, oradan da Dunay sahilindəki Bolqar ölkəsinə və Kiprə sürgün etmişlər.
Qaramanoğulları bəyliyi
Qaramanoğulları bəyliyi (türk. Karamanoğulları Beyliği) — Qaramanoğulları oğuzların Əfşar boyuna mənsubdurlar. Qaramanoğulları Anadoluda ən güclü ailə və soy qəbul edilirdi. Bu səbəbdən Osmanlı bəyliyi onlardan ilk başlarda uzaq durmuş, yaxşı böyüyüb gücləndikdən sonra Anadoludaki son bəylik olaraq Qaramanoğullarını özlərinə tabe ediblər. Bu güclü ailənin irəlidə problem çıxarmasını əngəlləmək üçün Osmanlı dövləti Qaramanoğlu ailəsindən olanları yeni fəth edilən Balkan torpaqlarına, oradan da Dunay sahilindəki Bolqar ölkəsinə və Kiprə sürgün etmişlər.
Ramazanoğulları Bəyliyi
Ramazanoğulları bəyliyi — Çukurova vadisində qurulmuş Anadolu bəyliyi. Bəyliyin mərkəzi Adana şəhəri idi. Bəyliyin əsası Ramazan bəy tərəfindən 1352-ci ildə qoyulmuşdur. Ramazanoğulları sülaləsi, bölgəni 1514-cü ildən Osmanlıların vasallığında 1608-ci ilə qədər idarə edir. Yüreğir boyuna mənsub olan Ramazanoğulları Anadolu bəylikləri arasında ən uzun ömürlü bəylik olmaqla seçilir. Məmlüklərlə və Osmanlılarla bəzən dostluq, bəzən isə müharibə şəraitində öz varlığını qoruya bilmişdi. Ramazanoğulları Türkiyə və xüsusilə Adananın tarixində böyük rolu vardır. == Ramazanoğullarının Anadoluya gəlişi == 1071-ci ildə Səlcuqlar Malazgird döyüşündə qəlib gəldilər. Bu döyüşdən sonra Çukurova bölgəsinində yerləşdiyi Anadolu torpaqları Səlcuqların tabeliyinə keçdi. 1097-ci ildə Səlibçilərin birinci yürüşü zamanı Anadolu torpaqları Səlcuqluların əlindən çıxdı.
Sahibataoğulları bəyliyi
Sahibataoğulları bəyliyi — 1275–1343-ci illər arasında Səlcuqlular vəziri Sahibata Fəxrəddin Əlinin oğulları tərəfindən Afyon və çevrəsində qurulan beylik. == Tarixi == Vəzirliyi sırasında Konya, Sivas kimi bəzi şehərlərdə böyük xeyir müəssəsələri yaptırması səbəbiylə, Xoca Sahibata ünvanıyla anılan Fəxrəddin Əli, Monqol işgalinin ən zor günlərində vəzifə apardı. Anadoluya hakim olan Monqollar, özlərinin rahatı üçün Türkiyə Səlcuqluları şahzadə və dövlət adamlarının iqtidar və mövqe istəklərini əsas tutaraq onları vəzifələrə şirnikləndirirdilər. Elxanlıların Anadolu valisi Əmir Teymurtaş Çobanlı, ona qarşı baş qaldıran uc bəylərini hakimiyyəti altına almaq üçün səfərə çıxdığında, Sahipataoğlu Nüsrəddin Əhməd bəy, Germiyanoğullarına sığındı. Qarahisarı mühasirəyə alan Teymurtaş, atası Əmir Çoban Sulduzuın elxanlı hökmdarı Sultan Əbu Səid Bahadur xan tərəfindən öldürülməsi üzərinə mühasirəni qaldırıb Misirə qaçınca (1327), yurduna geri dönən Nüsrəddin Əhməd, Germiyanoğullarının hakimiyyətini tanıdı. Onun ölümündən (1343) sonra da torpaqları Germiyanoğulları bəyliğinə qatılan Sahibataoğulları ortadan qalxdı.
Saltuklu bəyliyi
Saltuklu bəyliyi — Malazgirt müharibəsindən sonra Böyük Səlcuq dövləti komandirlərindən, eyni zamanda adı ‘seyyid’ olan Əbülqasım Saltuk bəyin 1071-ci ildə qurduğu bir Anadolu türk bəyliyi. == Tarixi == Mərkəzi Ərzurum olub. Saltuklular gürcülərlə döyüşərək torpaqlarını genişlətmişlər. Danışməndlilərlə bir olub xristianlara qarşı uğurlu müharibələr etmişlər. Anadolu Səlcuq sultanı Rüknəddin Süleyman Şah gürcülər üzərinə çıxdığı səfərə Saltuk bəyi Alaattin Məlik şahı da dəvət etmişdir. Ancaq Alaattin Məlik şah bu səfərə qoşulmağı qəbul etməyincə, Rüknəddin Süleyman Şah 1202-ci ildə Ərzurumu alaraq Saltuklular bəyliyinin mövcudluğuna son qoymuşdur.
Sarıxanoğlu bəyliyi
Sarıxanoğulları bəyliyi (türk. Saruhanoğulları Beyliği) — paytaxtı Manisa şəhəri olan Anadolu bəyliyi. Bəyliyin əsasını Sarıxanoğulları sülaləsi qoymuş və 1300-1415-ci illərdə bəyliyə rəhbərlik etmişdir. Bəyliyin banisi səlcuqlu sərkərdəsi Sarıxan bəy olmuşdur. Bəylik Qərbi Anadoluda yerləşirdi və Egey dənizinə çıxışa sahib idi. Bəyliyin ərazisinə Aydınoğulları və Karəsi bəylikləri arasındakı, izmirdən şimala doğru olan torpaqlar daxil idi. Müasir Manisa, Mənəmən, Kamalpaşa və Foça şəhərlərinin yerləşdiyi bölgələr Sarıxanoğulları bəyliyinin ərazisi sərhədləri içində idi. Bəyliyin donanması Bizans, Genuya və Venesiyanın Şərqi Aralıq dənizi bölgəsindəki əraziləri üçün böyük təhdid təşkil edirdi. Bəylik osmanlılar tərəfindən ilk dəfə 1390-cı ildə işğal olunmuş, 1415-ci ildə isə onun ərazisi birdəfəlik Osmanlı İmperiyası torpaqlarına qatılmışdır.
Sarıxanoğulları bəyliyi
Sarıxanoğulları bəyliyi (türk. Saruhanoğulları Beyliği) — paytaxtı Manisa şəhəri olan Anadolu bəyliyi. Bəyliyin əsasını Sarıxanoğulları sülaləsi qoymuş və 1300-1415-ci illərdə bəyliyə rəhbərlik etmişdir. Bəyliyin banisi səlcuqlu sərkərdəsi Sarıxan bəy olmuşdur. Bəylik Qərbi Anadoluda yerləşirdi və Egey dənizinə çıxışa sahib idi. Bəyliyin ərazisinə Aydınoğulları və Karəsi bəylikləri arasındakı, izmirdən şimala doğru olan torpaqlar daxil idi. Müasir Manisa, Mənəmən, Kamalpaşa və Foça şəhərlərinin yerləşdiyi bölgələr Sarıxanoğulları bəyliyinin ərazisi sərhədləri içində idi. Bəyliyin donanması Bizans, Genuya və Venesiyanın Şərqi Aralıq dənizi bölgəsindəki əraziləri üçün böyük təhdid təşkil edirdi. Bəylik osmanlılar tərəfindən ilk dəfə 1390-cı ildə işğal olunmuş, 1415-ci ildə isə onun ərazisi birdəfəlik Osmanlı İmperiyası torpaqlarına qatılmışdır.
Tacəddinoğulları bəyliyi
Tacəddinoğulları bəyliyi — 1308-1425-ci illər arasında mərkəzi Niksar olmaq üzrə Bafra, Ordu, Kəlkit hövzəsi, Çarşamba və Canik bölgələrində hökm sürən Anadolu türkman bəyliyi. Əmir Tacəddin bəy tərəfindən qurulmuşdur. Təqribən 12.000 km²-lik bir sahəyə yayılan bəylik 1335-ci ilədək Elxanilər dövlətinə, sonra Ərətna bəyliyinə və Qazi Bürhanəddin bəyliyinə tabe oldu. 1393-cü ildən sonra isə Osmanlı İmperiyasına bağlandı və 1425-ci ildə tamamən Osmanlı torpaqlarına ilhaq edildi.
Qaoçe Ulu Bəyliyi
Qaoçe Ulu Bəyliyi — 487-ci ildə Afuçjilo bəyin başçılığı altında Jujan xaqanlığından müstəqil olaraq yaradılmış dövlətdir. == Tərkibi və qurulması == Qaoçelər 6 qəbilə və 12 ailədən ibarət idi. Qaoçelər Şelun tərəfindən fəth olunmuşdular. Fufuluo ailəsinin başçısı Afuçjilo 487-ci ildə Yuyçzülyü Tuluna üsyan edərək şimala köçdü və 490-cı ildə Yueban xaqanlığını işğal edərək Qaoçe Ulu Bəyliyini qurdu. == Yüksəlişi == Afuçjilo ordusunu hələ 481-ci ildə Qaoçanq krallığına yürüş etdirərək Jujan xaqanlığının vassalı olan kral Kan Şoquini öldürərək yerinə öz adamlarından biri olan Çanq Menminqi yerləşdirdi. Qaoçanq krallığı artıq Qaoçe bəylinin vassalı halına gəldi. Göytürklər dövrünə qədər Şərqi Türkistan Jujanların əlindən çıxıb Qaoçelərin əlinə keçdi. == Ağ Hunlardan asılılıq == 503-cü ildə Afuçjilodan sonra taxta keçən Biliyan bəy 505-ci ildə üsyan nəticəsində devrildi. Bu fürsətdən istifadə edən Ağ Hunların imperatoru Mihiraqula Afuçjilonun əmisi nəvəsi Mietunu bəy olaraq təyin etdi. Mietu dövründə bəylik gücləndi 508-ci ildə Jujan xaqanı Yuyçzülyü Futu onun tərəfindən öldürüldü.
Qazi Bürhanəddin bəyliyi
Qazi Bürhanəddin bəyliyi — Azərbaycan şairi, dövlət xadimi Qazi Bürhanəddin tərəfindən 1381-ci ildə qurulan tarixi dövlət. == Tarixi == Görkəmli dövlət xadimi, məşhur sərkərdə və şair Qazi Bürhanəddin 1344-cü il-də Qeysəriyə şəhərində dünyaya göz açmışdır. O, mənşəyinə görə, qədim türk-oğuz boylarından sayılan Salur tayfasına mənsub idi. Belə bir ehtimal da var ki, onun qədim babaları Xarəzmdən gəlmişdilər. Şairin adı Əhməd, künyəsi Əbülabbas, təxəllüsü isə Qazi Bürhanəddin idi. O, irsən keçən qazilik hüququna malik, yüksək savad dərəcəsi və əsl-nəcabəti ilə məşhur olan bir ailədən idi. Qeysəri şəhərinin qazıları Cəlaləddin Həbib, Hüsaməddin Hüseyn, Siracəddin Süleyman bu nəsildəndirlər. Onun babası Siracəddin Süleyman Anadoluda yaradılmış Ərətna bəyliyinin banisi Sultan Ərətna bəy Uyğurun sarayında yaşamış və bəyliyin siyasi həyatında mühüm rol oynamışdır. Şairin atası Şəmsəddin Məhəmməd də öz dövrünün məşhur qazilərindən sayılır. Əhmədin anası isə səlcuq sarayında yaşamış məşhur dövlət xadimlərin birinin nəvəsi idi.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.05 dəfə / 1 mln.
2009 ••••••••••••••••••• 0.16
2011 •••••••••• 0.09
2012 •••••••••••••••••••• 0.17
2013 ••••••••••••••••• 0.15
2020 •••••••••••••••• 0.13

"bəyliyi" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#bəyliyi nədir? #bəyliyi sözünün mənası #bəyliyi nə deməkdir? #bəyliyi sözünün izahı #bəyliyi sözünün yazılışı #bəyliyi necə yazılır? #bəyliyi sözünün düzgün yazılışı #bəyliyi leksik mənası #bəyliyi sözünün sinonimi #bəyliyi sözünün yaxın mənalı sözlər #bəyliyi sözünün əks mənası #bəyliyi sözünün etimologiyası #bəyliyi sözünün orfoqrafiyası #bəyliyi rusca #bəyliyi inglisça #bəyliyi fransızca #bəyliyi sözünün istifadəsi #sözlük