Təbriz bəylərbəyliyi
Təbriz bəylərbəyliyi və ya Azərbaycan bəylərbəyiliyi — Səfəvilər dövlətinin inzibati-ərazi vahidlərindən biri. Mərkəzi Təbriz şəhəri idi.
== Tarixi ==
XVI əsrin 1-ci yarısında yaradılmışdı. Çuxursəəd, Qarabağ, Şirvan, İran əyalətləri və Osmanlı imperatorluğu ilə həmsərhəd olan Təbriz bəylərbəyliyinə Marağa, Urmiya, Soucbulaq, Xoy, Səlmas, Mərənd, Naxçıvan (16 əsrin sonunadək), Maku, Qaradağ, Ərdəbil, Miyanə,Talış, Arazbar, Sultaniyyə, Zəncan və s. əyalətlər daxil idi.
Təbriz bəylərbəyliyi ictimai-iqtisadi və strateji baxımdan Səfəvilər dövlətinin ən zəngin və mühüm əyalətlərindən biri idi. Burada əkinçilik, maldarlıq və sənətkarlıq inkişaf etmişdi; mühüm ticarət yolları onun ərazisindən keçirdi. Səfəvilər dövlətinin paytaxtı Qəzvinə (1555), sonralar isə İsfahana (1598) köçürüləndən sonra da Təbriz bəylərbəyiliyi ölkənin siyasi və iqtisadi həyatında mühüm rol oynayırdı. Səfəvi ordusunun şəxsi heyətinin (təqr. 60 min nə fər) 5/1 hissəsi (təqr.