Molla Bəyməmməd Bülbül
Molla Bəyməmməd Kərbəlayı Murad oğlu Yağləvəndli-Cavanşir (1837, Araz Yağlıvənd, Cavanşir-Dizaq mahalı – 1904, Araz Yağlıvənd, Cəbrayıl qəzası) — şair, axund.
Molla Bəyməmməd Kərbəlayı Murad oğlu 1837-ci ildə Qarabağın Cavanşir-Dizaq mahalının Yağləvənd obasında anadan olmuşdu. İbtidai təhsilini molla yanında almışdı. Sonra Ərdəbil şəhərində mədrəsədə təhsilini davam etdirmişdi. Yaradıcılığına mədrəsə illərində başlamışdı. Çağdaşı olduğu Qarabağ şairlərinin çoxları ilə yazışmaları qalıb. Xurşidbanu Natəvanın başçılıq etdiyi Məclisi-üns şairlər yığnağının üzvü idi. Şair Baxış bəy Səbur onu həcv edib. Farsca yazdığı həcvlərdə Bülbülü tənqid edirdi. Sətri tərcüməsi:
Molla Bəyməmməd Bülbülün Canməmməd, Alməmməd, Dostməmməd, Məstəli, Hacməmməd və Şirməmməd adlı oğulları vardı.