* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.
2002 | ••••••••••••••• | 17.13 |
2003 | •••••••• | 8.27 |
2004 | •••••••••••••••• | 17.52 |
2005 | •••••••••••• | 12.82 |
2006 | ••••••••• | 9.91 |
2007 | •••••••••••••••••••• | 23.05 |
2008 | ••••••••••••••• | 16.57 |
2009 | ••••••••••••••• | 16.48 |
2010 | •••••••••••• | 12.89 |
2011 | •••••••••••••• | 15.10 |
2012 | •••••••••••• | 13.08 |
2013 | ••••••• | 7.29 |
2014 | ••••••• | 8.07 |
2015 | ••••••• | 7.14 |
2016 | •••••• | 6.07 |
2017 | •••••• | 6.83 |
2018 | •••••• | 5.99 |
2019 | ••••••• | 7.79 |
2020 | ••••• | 4.77 |
1 is. Bəzəyən şey, gözəllik verən şey; zinət, yaraşıq. Divar bəzəyi. // Cavahirat mənasında. Qadın bəzəyi. Bəzək vurmaq. – Bəzək-bəzək ki, deyirlər, cavahirat deyil! Cavahirat bu gün zinəti-həyat deyil! M.Ə.Sabir. [Qətibə:] Mənim qiymətli zinətlərimi gətirin, bəzək şeylərini hazır edin. M.S.Ordubadi. Qızlar bütün bəzəklərini taxmışlar, üst-başları rəngdən-rəngə girərək alışıb-yanır. S.Rüstəm. // Məc. mənada. Melodiya bəzəklərini yazarkən, hər cür şərti işarələri bir qoyub, bütün notları kiçik şəkildə yazmaq lazımdır. Ü.Hacıbəyov. □ Bəzək bəzəmək – bax bəzəmək 2-ci mənada. Bəzək qoymaq – bax bəzəmək 2-ci mənada. Bəzək vermək – bax bəzəmək.
Azərbaycan dilinin izahlı lüğəti / bəzək2 BƏZƏK Neyliyirdim bəzəyi, ya düzəyi? Dama, divara yapardım təzəyi (M.Ə.Sabir); ARAYIŞ (kl.əd.) Olub arayişi-baği-səadət cəhl-pərvərlər (M.Hadi); BƏRBƏZƏK Təbriz qadınları bərbəzək, xüsusilə qızıl zinət şeylərin aşiqidirlər (M.Hacıyev); BƏZƏK-DÜZƏK [Aytəmiz:] Bəzək-düzəkdən danışdım, Sürəyya ilə aramızdakı bir söhbət yadıma düşdü (Ə.Qasımov); DEKOR (teatrda) Açıq meydanlarda.. heç bir dekordan istifadə etmədən oyun çıxaran.. sehrbazlar.. kütlənin diqqətini həmişə cəlb etmişdilər (Ə.Haqverdiyev); SÜS Əntiqəfüruş: Bu daş-qaşlar, bu süslər sənə bir zərrə qədər; Əsər etmədi ancaq (B.Vahabzadə); TUALET ...xanımlar geyim və tualetlərinə son dərəcə əhəmiyyət verirdilər (Çəmənzəminli); YARAŞIQ Bu necə yaraşıqdı, bu nə sayaq bədəndi? Qız, vücudun nədəndi? (M.Rahim); ZİNƏT Füzuli: Zinətə çox vurulma, zinət dünya malıdır; İnsan özü dünyanın zinəti olmalıdır (B.Vahabzadə); ZİVƏR (kl.əd.) Yaraşdırdı məşşatələr zivəri; Bəzəndirdilər ol mələkmənzəri (M.Ə.Sabir).
Azərbaycan dilinin sinonimlər lüğəti / bəzək2 I сущ. 1. украшение: 1) предметы украшения, драгоценности. Qadın bəzəyi женские украшения, bəzək şeyləri предметы украшения, bəzək taxmaq носить украшения 2) тот, кто своей деятельностью, участием придаёт особую ценность чему-л. Səhnəmizin bəzəyi украшение нашей сцены, ədəbiyyatımızın bəzəyi украшение нашей литературы 2. узор, рисунок, орнамент. Xalçanın bəzəkləri узоры ковра 3. отделка. Xəncərin qızıl bəzəyi золотая отделка кинжала 4. убранство. Evin bəzəyi убранство дома, daxili bəzək внутреннее убранство II прил. 1. декоративный. бот. Bəzək gülçülüyü декоративное цветоводство, bəzək bağçılığı декоративное садоводство 2. орнаментальный. Bəzək bitkiləri бот. орнаментальные растения 3. трафаретный. Bəzək fırçası трафаретная кисть ◊ bəzək vermək (vurmaq) kimə, nəyə: 1. украшать, украсить кого, что; bəzək bəzəmək насмехаться над кем-л.
Azərbaycanca-rusca lüğət / bəzək1 I. i. adornment, decoration, ornament; yapma bəzəyi stucco moulding; ~ vermək / vurməq bax bəzəmək II. s. ornamental; ~ bitkiləri ornamental plants; ~ şeyləri (qadın üçün, qiymətli) jewelry, (xırda, ucuz) trinkets; ornamental; (evi və ya paltarı bəzəmək üçün) knick-knack (nicknack)
Azərbaycanca-ingiliscə lüğət / bəzək1 is. ornement m, décoration f ; ~ vermək orner vt, parer vt, embellir vt ; décorer vt ; ~ bitkiləri plantes f pl décoratives
Azərbaycanca-fransızca lüğət / bəzəkbəzəyən, gözəllik verən şey; zinət, yaraşıq.
Azərbaycan qadın adlarının izahlı lüğəti.