cığcığa sözü azərbaycan dilində

cığcığa

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • cığcığa • 83.3333%
  • Cığcığa • 16.6667%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Cığcığa
Şax-şax və ya Cığcığa — körpələrə əyləncə üçün xüsusi olaraq istehsal edilmiş səsli oyuncaq.

cığcığa sözünün leksik mənası və izahı

  • 1 is. etnoq. 1. Gəlin gedən qızların başına salınan qızıl parıltılı bəzək şeyi. Gəlinin və yengələrin duvaqları aşağı salındı, üzlərinə duvağın üstündən cığcığa taxılmışdı. Çəmənzəminli. // Bəzək üçün gəlinlərin başına səpilən parıltılı, ala-bəzək pərəklər. Gəlinin üzünə ağ-sarı pərəklər yapışdırıb, başına parlaq cığcığa tökdüklərindən onun hər tərəfi parıldayırdı. M.S.Ordubadi. 2. Cığcığa kimi şax şey haqqında. [Hacı Novruz:] Cığcığa əsginazlar vermişəm, sarı qızıllar sayıb işlətmişəm. Ə.Haqverdiyev.

    Azərbaycan dilinin izahlı lüğəti / cığcığa
  • 2 is. bot. Çiy-çiy yeyilən, yaxud qutabın içinə qoyulan yabanı ot.

    Azərbaycan dilinin izahlı lüğəti / cığcığa

cığcığa sözünün rus dilinə tərcüməsi

  • 1 1 I сущ. этногр. блёстки: 1. маленькие блестящие пластинки, чешуйки, нашиваемые для украшения одежды, головных уборов и пр. 2. мелкие блестящие, сверкающие частицы чего-л.; светящиеся точки, искры II прил. свежий, гладкий, непомятый (о денежных купюрах, бумаге и т.п.) 2 сущ. дикорастущая трава, употребляемая в пищу

    Azərbaycanca-rusca lüğət / cığcığa

cığcığa sözünün ləzgi dilinə tərcüməsi

  • 1 сущ. бот. чигдаказ недай ва я афаррик кутадай чӀуран хъач.

    Azərbaycanca-ləzgicə lüğəti / cığcığa
  • 2 сущ. этногр. 1. свас яз физвай рушарин кьилел вегьидай къизилди хьиз цӀарцӀар гудай безегдин затӀ; // сусарин кьилелай алахдай цӀарцӀар гудай безегар; 2. чӀакьракь, жакьракь, чӀакьракь хьтин шах (мес. цӀийи ччарчин пул).

    Azərbaycanca-ləzgicə lüğəti / cığcığa

cığcığa sözü azərbaycan dilinin lüğətlərində

Azərbaycan dilinin dialektoloji lüğəti.

I (Bakı) cığ <dəniz otu>. – Cığcığa dərməkçün anam cığcığalığa gedmişdi II (Culfa, Gəncə, Şərur) bəzək şeyləri. – Cığcığanı dövlətdi boynuna asardı (Şərur); – Xalamın gəlininin saçına da cığcığa vurmuşdular (Gəncə); – A bala, get bir başdıx cığcığa al gəti (Gəncə) III (Oğuz) qozdan hazırlanmış uşaq oyuncağı. – Çağır bu uşağı, cığcığasını ver, oynasın

Azərbaycan dilinin dialektoloji lüğəti.

Oxşar sözlər

#cığcığa nədir? #cığcığa sözünün mənası #cığcığa nə deməkdir? #cığcığa sözünün izahı #cığcığa sözünün yazılışı #cığcığa necə yazılır? #cığcığa sözünün düzgün yazılışı #cığcığa leksik mənası #cığcığa sözünün sinonimi #cığcığa sözünün yaxın mənalı sözlər #cığcığa sözünün əks mənası #cığcığa sözünün etimologiyası #cığcığa sözünün orfoqrafiyası #cığcığa rusca #cığcığa inglisça #cığcığa fransızca #cığcığa sözünün istifadəsi #sözlük