* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 is. 1. Xəstəliklərin operasiya üsulları ilə müalicəsi, habelə tibb elminin, xəstəlikləri operasiya yolu ilə müalicə üsullarından bəhs edən şöbəsi. Tibb institutunun cərrahlıq fakültəsi. Göz cərrahlığı (göz xəstəliklərinin operasiya üsulu ilə müalicəsi). // Cərrahlığa aid olan, cərrahlıqla bağlı olan. Cərrahlıq təcrübəsi. Cərrahlıq klinikası. – Son dərəcə müxtəlif olan zədələnmələrin öyrənilməsi cərrahlıq sahəsinə aid olduğu üçün bu amillərin orqanizmə ancaq ümumi təsirini nəzərdən keçirək. “İnsan nədən xəstələnir”. // Operasiya əməliyyatlarında istifadə edilən. Cərrahlıq alətləri. Cərrahlıq qayçısı. // Operasiya ilə həyata keçirilməli olan; operasiyalıq. On beş gün keçməmiş xəbər gəldi ki, Zahidin xəstəliyi bərkdir, cərrahlıq işi var. Mir Cəlal. 2. Cərrahın işi, peşəsi, sənəti, ixtisası. Cərrahlıqla məşğul olmaq. Cərrahlıq çətin sənətdir.
Azərbaycan dilinin izahlı lüğəti / cərrahlıq2 I сущ. 1. см. cərrahiyyə; cərrahlıq fakültəsi факультет хирургии, cərrahlıq kafedrası кафедра хирургии 2. работа, должность, специальность хирурга II прил. см. cərrahiyyə II: 1. относящийся к хирургии, связанный с хирургией. Cərrahlıq təcrübəsi хирургическая практика, cərrahlıq klinikası хирургическая клиника 2. используемый при операциях. Cərrahlıq alətləri хирургические инструменты
Azərbaycanca-rusca lüğət / cərrahlıq1 I. i. surgery II. s. surgical; ~ sənəti surgical profession; ~ təcrübəsi surgical practice
Azərbaycanca-ingiliscə lüğət / cərrahlıq1 1) is. chirurgie f ; 2) sif. chirurgical, -e ; ~ sənəti profession m chirurgicale ; ~ təcrübəsi pratique f chirurgicale
Azərbaycanca-fransızca lüğət / cərrahlıq1 сущ. 1. жерягьвал, хирургия; // жерягьвилин, хирургвилин; хирургиядин; cərrahlıq təcrübəsi жерягьвилин тежриба; 2. жерягьвал, хирургвал.
Azərbaycanca-ləzgicə lüğəti / cərrahlıq