Cabbarlının sözü azərbaycan dilində

Cabbarlının

Yazılış

  • Cabbarlının • 99.8308%
  • CABBARLININ • 0.1692%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Cəfər Cabbarlının ev-muzeyi
Cəfər Cabbarlının ev-muzeyi — Cəfər Cabbarlının vaxtilə yaşayıb-yaratdığı ev indi muzey kimi fəaliyyət göstərir. Muzey ədibin 80 illik yubileyi münasibətilə 1982-ci il martın 20-də açılıb.Yazıçının həyat və yaradıcılığını əks etdirən sənədlər və fotoşəkillər, nadir əlyazmaları, yazıçının sağlığında istifadə etdiyi özünə və ailəsinə aid şəxsi əşyalar, ayrı-ayrı dram əsərlərinə hazırlanmış səhnə maketləri, tamaşalardan afişa və proqramlar, maraqlı rəsm əsərləri, şəxsiyyətlərin dramaturqa bağışladıqları hədiyyələr, C. Cabbarlı irsini tədqiq edən maraqlı elmi əsərlər, mətbuat nümunələri muzeydə qorunub saxlanılır. == Muzeyin eksponatları == Mədəniyyət ocağında 10.000-dən çox eksponat qorunub saxlanılır. Eksponatların sərgiləndiyi otaqlarda ədibin həyat və yaradıcılığını əks etdirən sənədlər və fotoşəkillər, sağlığında istifadə etdiyi özünə və ailəsinə məxsus şəxsi əşyaları, ayrı-ayrı dram əsərlərinə hazırlanmış səhnə maketləri nümayiş etdirilir. Həmçinin dramaturqa şəxsiyyətlərin bağışladığı hədiyyələr, C. Cabbarlı irsini tədqiq edən maraqlı elmi əsərlər ekspozisiyanı zənginləşdirir. Muzey tərəfindən ədibin sözlərinə bəstələnmiş mahnılardan ibarət "Azad bir quşdum" diski buraxılıb. Eyni zamanda C. Cabbarlının 100 illik yubileyi ilə əlaqədar "Cəfər Cabbarlı mükafatı" təsis olunmuş və bir çox sənətçilərə təqdim edilmişdir. Hal-hazırda muzeyə Qəmər Seyfəddinqızı rəhbərlik edir.,, == Həmçinin bax == Cəfər Cabbarlı Cəfər Cabbarlının heykəli (Bakı, Cəfər Cabbarlı meydanı) Cəfər Cabbarlı metrostansiyası == İstinadlar == == Xarici keçidlər == "Cəfər Cabbarlının ev muzeyi haqda". modern.az. İstifadə tarixi: 09.02.2021.
Cəfər Cabbarlının dəfni (film, 1935)
== Məzmun == Film Azərbaycan dramaturqu Cəfər Cabbarlının dəfn mərasiminə və ümumxalq matəminə həsr edilmişdir. == Filmin heyəti == === Filmin üzərində işləyənlər === Rejissor: Mikayıl Mikayılov Operatorlar: Camal İsmixanov, Seyfulla Bədəlov, Əlibala Ələkbərov == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 53; 95.
Cəfər Cabbarlının heykəli (Bakı, Cəfər Cabbarlı meydanı)
Cəfər Cabbarlının heykəli — Azərbaycanın paytaxtı Bakı şəhərinin Cəfər Cabbarlı meydanında - 28 May metrostansiyasının girişinin yaxınlığında məşhur Azərbaycan şairi və dramaturqu Cəfər Cabbarlının heykəli. Heykəl heykəltaraş Mirələsgər Mirqasımov tərəfindən qranitdən hazırlanıb. 1982-ci ildə qurulub. Abidənin memarı Yusif Qədimovdur. == Heykəlin tarixi == 1959-cu ildə Bakı Dəmir Yolu Vağzalının qarşısında meydanda dramaturqa abidə qoyulması barədə qərar qəbul olunub. Eyni ildə gələcək heykəl ərazisində bir daş tikilib ki, burada Cəfər Cabbarlının heykəli tikiləcəkdir. Mirələsgər Mirqasımovun qazandığı ən yaxşı layihə üçün müsabiqə elan edildi. Mirələsgər Mirqasımov material almaq üçün, həyat yoldaşı Gültəkin xanım ilə birlikdə Novo- Danilovskiy - Ukraynaya gedib. Heykəltaraşın artıq işə başlamış olmasına baxmayaraq, Nikita Xruşşovun rəhbərliyi dövründə yayılmış minimalizm arzusu və "həddən artıq olanlara" qarşı mübarizə uzun müddət bu işi dayandırdı. Son 70-ci illərdə onlar yenidən heykəli xatırladılar, lakin iş yenidən donduruldu.

Oxşar sözlər

#cabbarlının nədir? #cabbarlının sözünün mənası #cabbarlının nə deməkdir? #cabbarlının sözünün izahı #cabbarlının sözünün yazılışı #cabbarlının necə yazılır? #cabbarlının sözünün düzgün yazılışı #cabbarlının leksik mənası #cabbarlının sözünün sinonimi #cabbarlının sözünün yaxın mənalı sözlər #cabbarlının sözünün əks mənası #cabbarlının sözünün etimologiyası #cabbarlının sözünün orfoqrafiyası #cabbarlının rusca #cabbarlının inglisça #cabbarlının fransızca #cabbarlının sözünün istifadəsi #sözlük