Cahangirbəy sözü azərbaycan dilində

Cahangirbəy

Yazılış

  • Cahangirbəy • 100.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Cahangirbəyli
Cahangirli — Azərbaycan Respublikasının Zəngilan rayonunun Cahangirbəyli kənd inzibati ərazi dairəsində kənd.1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 21 oktyabr 2020-ci il tarixində Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. == Tarixi == Bu antropotoponimdə əksini tapmış şəxs ilə (Cahangirbəy) həmin kənd əhalisinin heç bir qohumluq əlaqəsi yoxdur. Antroponimə əlavə edilən –li şəkilçisi heç də kənd əhalisinin mənşəcə həmin şəxsin törəməsi olduğunu deyil, onların sözügedən şəxsdən asılılığını, ona inzibati mənsubluğunu bildirir. Güman edilir ki, Cahangirbəy buraya gələnə qədər də həmin ərazidə əhali yaşayırmış. Belə ki, kəndin kiçik bir hissəsinin Cavadbəyli adlanması, Şahnisə yeri, Şirinbəy arxı kimi mikroobyektlərin mövcudluğu bu fikri söyləməyə əsas verir. Kəndin yaşlı sakinlərinin söylədiklərinə görə yaşayış məntəqəsinə aid qəbiristanlıqda qoç formalı bir abidə, yanında isə üzərində naməlum yazılar olan daş lövhə mövcud olmuş, sonralar həmin abidələr rayon muzeyinə köçürülmüşdür. Bu qoç formalı abidəyə əsasən kəndin qədim yaşayış məntəqəsi olması fikrini irəli sürmək olar. Belə ki, heyvan formalı abidələr islamdan qabaqkı inancları əks etdirir. Deməli, ən azından kəndin tarixi VII əsrdən əvvələ gedir. == Mədəniyyəti == Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunana qədər kənddə mədəniyyət evi, klub, kitabxana, feldşer məntəqəsi, uşaq bağçası, on bir illik tam orta məktəb və hamam fəaliyyət göstərmişdir. == Coğrafiyası və iqlimi == Oxçu çayının sahilində yerləşir.
Eldar Cahangirbəyov
Cahangirbəyov Eldar Xanlaroviç — Azərbaycan Respublikasının əməkdar bədən tərbiyəsi və idman xadimi == Həyat == Cahangirbəyov Eldar Xanlaroviç Bakı şəhərində doğulmuşdur. 5 mart 2008-ci ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə "Azərbaycan Respublikasının əməkdar bədən tərbiyəsi və idman xadimi" adına layiq görülmüşdür.
Rəhim bəy Cahangirbəyov
Rəhim bəy Şükür bəy oğlu Cahangirbəyov - Azərbaycan milli burjuaziyasının ilk nümayəndələrindən biridir, əməkdar mühəndis == Həyat == Rəhim bəy xeyriyyəçi olmuşdur. O, Bakıda çıxan bir sıra maarifpərvər, tərəqqipərvər qəzetlərin təsisçisi olmuş, fəhlə kurslarının, tibb məntəqələrinin, mədəni-maarif ocaqlarının açılmasına xeyli vəsait sərf etmişdir. Rəhim bəy Sovet hakimiyyəti illərində də işləmiş, bilik və təcrübəsini artıq yenidən formalaşmış neft sənayesinin inkişafına yönəltmişdir. 20-30-cu illərdə Leninneft Neft Mədənlər idarəsində, sonralar uzun illər SSRİ Dövlət Plan Komitəsinin sədri işləmiş Nikolay Baybakov Rəhim bəyin tabeliyində işləmiş və o, neft sənayesinin iqtisadiyyatı, texnologiyasının məhz Rəhim bəy-dən öyrənmişdir. N.P.Baybakov yüksək dövlət vəzifəsində işləyərkən onun təkidi ilə Rəhim bəyə əməkdar mühəndis adı verilmiş, onu 37-ci il repressiyasından qorumuşdur. Rəhim bəy Şükür bəy oğlu Cahangirbəyov ömrünün axırına kimi istehsalatdan ayrılmamış, 1950 -ci ildə iş başında vəfat etmişdir.

Oxşar sözlər

#cahangirbəy nədir? #cahangirbəy sözünün mənası #cahangirbəy nə deməkdir? #cahangirbəy sözünün izahı #cahangirbəy sözünün yazılışı #cahangirbəy necə yazılır? #cahangirbəy sözünün düzgün yazılışı #cahangirbəy leksik mənası #cahangirbəy sözünün sinonimi #cahangirbəy sözünün yaxın mənalı sözlər #cahangirbəy sözünün əks mənası #cahangirbəy sözünün etimologiyası #cahangirbəy sözünün orfoqrafiyası #cahangirbəy rusca #cahangirbəy inglisça #cahangirbəy fransızca #cahangirbəy sözünün istifadəsi #sözlük