Tofiq Cahangirov
Tofiq Şahmur oğlu Cahangirov (10 dekabr 1963, Novruzlu, Saatlı rayonu) — kardioloq, tibb elmləri doktoru, professor, Azərbaycan Kardiologiya Cəmiyyətinin sədri (2017-2019), Azərbaycan Kardiologiya jurnalının redaktoru, C.M.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunun "Arterial Hipertenziya" şöbəsinin rəhbəri, Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Kardiologiya kafedrasının müdiri
Professor Tofiq Cahangirov 30 Noyabr 2022-ci ildə Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirak edən şəxslərin təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə "Tərəqqi" medalı ilə təltif edilmişdir.
== Həyatı ==
Tofiq Cahangirov 10 dekabr 1963–cu ildə ildə Saatlı rayonunun Novruzlu kəndində anadan olmuşdur. 1981-ci ildə Saatlı rayon Səməd Vurğun adına 1 saylı orta məktəbi bitirmiş və həmin ildə Nəriman Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutuna daxil olmuş, 1987-ci ildə həmin institutun müalicə-profilaktika fakültəsini bitirmişdir.
== Fəaliyyəti ==
=== Elmi fəaliyyəti ===
1993-cü ildə Rusiya Fedarasiyası A.L Myasnikov adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunda namizədlik dissertasiyasını müdafiə edərək tibb elmləri namizədi olmuşdur. 2006-cı ildə Rusiya Federasiyası Moskva Dövlət Tibbi-Stomatoloji Universitetində doktorluq dissertasiyasını müdafiə edərək tibb elmləri doktoru olmuşdur. 1994-1997-ci illərdə Azərbaycan Elmi-Tədqiqat Kardiologiya İnstitutunun klinikasının baş həkimi olmuşdur. 1997-ci ildən 2019-ci ilə kimi Azərbaycan Elmi-Tədqiqat Kardiologiya İnstitutunun «Ürək Çatışmazlığı» şöbəsində böyük elmi işçi, 2019-cu ildən hal-hazıra kimi «Arterial Hipertenziya» şöbəsinin rəhbəri, 2011-ci ildən Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Kardiologiya kafedrasının professorudur.
=== Konfranslarda iştirakı ===
2018-2019-cu illərdə keçirilən ölkə daxili konfranslar ( Bakı, Naxçıvan, Gəncə, Sabirabad, Cəlilabad və s…)
Azərbaycan Kardiologiya Cəmiyyətinin 10 illik Yubileyi
Bakı Konqres Mərkəzində Keçirilən Azərbaycan Kardiologiya Cəmiyyətinin VII, VIII Beynəlxalq Konqresləri
Türk Kardioloji Dərnəyi (konqreslərində çıxışlar, iclaslarda sədrlik)
Rusiya Kardiologiya Cəmiyyəti
Avropa Ürək Çatışmazlığı Assosiasiyası (birgə ortaq sessiyalar-çıxışlar, iclasa sədrlik)
İtaliya Kardiologiya Federasiyası ilə birgə ortaq toplantı (çıxışlar, iclasa sədrlik)
== Üzvü olduğu təşkilatlar ==
Rusiyanın «Ürək çatışmazlığı üzrə Mütəxəssislər Cəmiyyəti»nin
Rusiyanın «Ultrasəs diaqnostikası üzrə Mütəxəssislər Assosiasiyası»nın
«Avropa Ürək Çatışmazlığı Cəmiyyəti»nin
«Avropa Kardiologiya Cəmiyyəti»nin həqiqi üzvü
Azərbaycan Kardiologiya Cəmiyyətinin İdarə Heyətinin üzvü, “Ürək Çatışmazlığı” işçi qrupunun rəhbəri
1995-ci ildən Yeni Azərbaycan Partiyasının üzvü. 2021-ci il martın 5-də keçirilən YAP-ın VII qurultayında İdarə Heyətinin üzvü seçilmişdir.
== Elmi işləri ==
Kardiologiya sahəsində 100 elmi iş, eyni zamanda monoqrafiyalar, tədris vəsaiti, məqalələr dövrü nəşriyyatda və respublikadan kənar çap olunmuşdur.