cahanşümul sözü azərbaycan dilində

cahanşümul

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • cahanşümul • 94.8052%
  • Cahanşümul • 3.8961%
  • CAHANŞÜMUL • 1.2987%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.21 dəfə / 1 mln.
2002 •••••••••••••••••••• 3.43
2003 •••••••••••• 1.97
2004 •••••••••••• 2.02
2007 •• 0.21
2009 0.16
2011 0.09
2012 0.09
2013 0.15
2015 •••• 0.68
2016 •• 0.17
2020 •• 0.27

cahanşümul sözünün leksik mənası və izahı

  • 1 sif. [fars. cahan və ər. şümul – şamil olan] Bütün dünya üçün əhəmiyyəti olan, dünyanı tutan, dünyaya yayılan, böyük tarixi əhəmiyyəti olan, dünyada tanınan. Azərbaycan ədəbiyyatı XII əsrdə Nizami və Xaqani kimi cahanşümul şair yetirmişdir. M.İbrahimov.

    Azərbaycan dilinin izahlı lüğəti / cahanşümul

cahanşümul sözünün sinonimləri (yaxın mənalı sözlər)

  • 2 CAHANŞÜMUL (bütün dünyaya şamil olan) [Nizami:] Cahanşümul şair olmaq üçün cahanın hadisələri içərisindən süzülüb çıxmaq lazımdır (M.S.Ordubadi); ALƏMŞÜMUL Atabəy: Məhsəti xanım kimi aləmşümul şöhrətə malik olan bir qadın nəzərimə dəyməmişdir (M.S.Ordubadi); CAHANGİR Atabəy Qətibəyə: Sənin atan hökmranlıq etdiyi bir məmləkətdə iki cahangir şair bir arıq inəyin südü ilə yaşayır (M.S.Ordubadi).

    Azərbaycan dilinin sinonimlər lüğəti / cahanşümul

cahanşümul sözünün rus dilinə tərcüməsi

  • 1 мировой, всемирный

    Azərbaycanca-rusca lüğət / cahanşümul
  • 2 прил. 1. мировой, всемирный. Cahanşümul əhəmiyyətə malik olmaq иметь всемирное значение 2. имеющий всемирное (мировое) значение. Cahanşümul qələbə победа, имеющая всемирное значение, cahanşümul hadisə событие всемирного значения 3. выдающийся, исключительный; грандиозный. Cahanşümul nailiyyətlər выдающиеся достижения, грандиозные успехи, cahanşümul kəşf выдающееся открытие, cahanşümul nümunə (örnək) выдающийся (непревзойденный) образец 4. невиданный (необычайный, поразительный). Cahanşümul tərəqqi невиданный прогресс, cahanşümul mədəni inqilab невиданная культурная революция 5. всемирно известный, с мировым именем. Cahanşümul şair поэт с мировым именем

    Azərbaycanca-rusca lüğət / cahanşümul

cahanşümul sözünün inglis dilinə tərcüməsi

cahanşümul sözünün fransız dilinə tərcüməsi

  • 1 sif. mondial, -e ; universel, -le ; ~ əhəmiyyət d’une importance mondiale (və ya universelle) ; bu kəşfin ~ əhəmiyyəti l’importance universelle de cette invention ; ~ şöhrət gloire f mondiale (və ya universelle)

    Azərbaycanca-fransızca lüğət / cahanşümul

"cahanşümul" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#cahanşümul nədir? #cahanşümul sözünün mənası #cahanşümul nə deməkdir? #cahanşümul sözünün izahı #cahanşümul sözünün yazılışı #cahanşümul necə yazılır? #cahanşümul sözünün düzgün yazılışı #cahanşümul leksik mənası #cahanşümul sözünün sinonimi #cahanşümul sözünün yaxın mənalı sözlər #cahanşümul sözünün əks mənası #cahanşümul sözünün etimologiyası #cahanşümul sözünün orfoqrafiyası #cahanşümul rusca #cahanşümul inglisça #cahanşümul fransızca #cahanşümul sözünün istifadəsi #sözlük