* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 sif. 1. Cəllad, adamöldürən, qaniçən. [Rüstəm:] Bundan sonra mən canalıcı cəllada dönməliyəm… C.Cabbarlı. //məc. Üzücü, çox əziyyətli. Çox canalan işdir. 2. məc. Füsunkar, məftunedici, dilbər. Dilbilən, bir canalan, bir qəddi-şümşad almayım? Ömrümün axır dəmində almayım, şad olmayım. Ə.Nəzmi. Tovuzun canalıcı səsi [Əhmədi] dəlicəsinə məftun etmişdi. M.Süleymanov. [Qızın] canalıcı qaynar ala gözləri indi xüsusi bir qızğınlıqla parıldayır, ehtirasdan alışıb yanırdı. V.Şıxlı.
Azərbaycan dilinin izahlı lüğəti / canalıcı