* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 is. [fars.] 1. Bir mənsəb sahibini əvəz edən, onun yerində oturan şəxs. [Fərraş Səttara:] Məgər sən özbaşınasan? O, şahzadədir, şahın oğludur, şahın canişinidir… P.Makulu. 2. tar. Çar Rusiyasında: ucqar vilayəti padşah adından idarə edən və ali hakimiyyət hüquqlarına malik olan şəxs. Oradan alınan xəbərlərə görə Sərdar Rəşid iki günün içərisində Qafqaz canişininə səkkiz teleqram göndərmişdi. M.S.Ordubadi.
Azərbaycan dilinin izahlı lüğəti / canişin2 f. bax naib (1-ci mənada).
Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti / canişin1 Farsca ca (yer) və neşen (oturma) sözlərindən əmələ gəlib, “müavin” deməkdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Azərbaycan dilinin etimologiya lüğəti / canişin1 CANİŞİN (köhn., hökmdarı əvəz edən və s.) Çar tərəfindən təyin edilmiş canişin burada yerləşir, Zaqafqaziya ilə birlikdə Dağıstan vilayətini də o idarə edirdi (A.Şaiq); NAİB (köhn.) Axşamlar dağlan alınca duman, Bir təpə başında, yanında köpək; Xan, naib əlindən çəkərək aman; Yanıqlı-yanıqlı çalırdı tütək... (A.Şaiq); SƏRDAR Gorus naçalnikindən başlayıb.. Tiflisdəki sərdara qədər padşaha hey xəbər yazılır.. (S.Rəhimov).
Azərbaycan dilinin sinonimlər lüğəti / canişin2 I сущ. 1. преемник, наследник престола. Şahın canişini преемник шаха, наследник шахского престола; canişin olmaq: 1) быть преемником, наследником престола 2) становиться, стать преемником, наследником престола; canişin elan etmək kimi объявить преемником, наследником престола кого 2. наместник: 1) лицо, облеченное правами, полномочиями; canişin təyin etmək kimi назначить наместником кого 2) истор. правитель окраинной области в царской России, обладающий правами верховной власти и управляющий от имени главы государства. Qafqaz canişini Кавказский наместник II прил. наместнический (относящийся к наместнику, принадлежащий ему). Canişin səlahiyyəti наместнические полномочия
Azərbaycanca-rusca lüğət / canişin1 [fars.] сущ. жанишин (1. са чӀехи менсебдин сагьиб (мес. пачагь) эвез ийидай, адан чкадал ацукьдай кас; сердар; 2. ист. виликан Россияда: яргъал тир вилаятар пачагьдин тӀварцӀелай идара ийидай ва гьукуматдин чӀехи ихтиярар гвай кас, гьаким).
Azərbaycanca-ləzgicə lüğəti / canişin