* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 sif. və zərf Darıxdırıcı, usandırıcı, bezikdirici, üzücü, çox maraqsız, təngəgətirən. Cansıxan yerlər. Cansıxıcı suallar. – Nagəhan qopan fırtınadan sonra şəhərə əsrarəngiz, qərib, bir az da cansıxan, dərin bir ölüm sükutu çökmüşdü. M.Hüseyn. Payız aylarına məxsus cansıxıcı bir ağırlıq qəsəbəni bürüyürdü. H.Nəzərli. Elə bil [Şahmarı] bütün aləmdən ayırıb, hara isə, cansıxan bir guşəyə atmışdılar. B.Bayramov.
Azərbaycan dilinin izahlı lüğəti / cansıxan1 CANSIXICI прил. рикӀ чуькьуьдай, рикӀ сугъулардай, дарихардай, рикӀ акъуддай, гзаф марагъсуз, икрагь ийидай, бизар ийидай; cansıxıcı yerlər рикӀ чуькьуьдай чкаяр.
Azərbaycanca-ləzgicə lüğəti / cansıxan