Canıbəy xan Şamlı
Canıbəy xan Şamlı (fars. جانی بیگ خان شاملو; v. 1645) — I Səfi (1629–1642) və II Abbas (1642–1666) dövrlərində Səfəvilər dövlətində eşikağasıbaşı və qorçubaşı olmuşdur.
Qızılbaşların Şamlı tayfasından olan Canıbəy xanın ilkin həyatı haqqında məlumat yoxdur. Adam Oleari onu "kəndli oğlu" adlandırır və əlavə edir ki, Canıbəy I Abbasın (1588–1629) dövründə şahın "təvazökar qulluqçusu" olub.
Canıbəy xan 1645-ci il oktyabrın 15-də öz tərəfdarları və tayfasının digər üzvləri ilə birlikdə II Abbasın anasının təhriki ilə öldürülüb.
== İstinadlar ==
=== Ədəbiyyat ===
Matthee, Rudi. Jāni Beg Khan Bigdeli Šāmlu // Yarshater, Ehsan (redaktor). Encyclopædia Iranica, Volume XIV/5: Jamalzadeh, Mohammad-Ali II. Work–Japan IV. Iranians in Japan. London and New York: Routledge & Kegan Paul.