Cavadova sözü azərbaycan dilində

Cavadova

Yazılış

  • Cavadova • 99.8392%
  • CAVADOVA • 0.1608%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Həqiqət Cavadova
Həqiqət Əliəşrəf qızı Cavadova (9 oktyabr 1939, Nuxa) — kimyaçı alim, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin akademik Ə. Quliyev adına Aşqarlar Kimyası İnstitutunda laboratoriya müdiri, professor, texnika elmləri doktoru, Azərbaycan Respublikasının Dövlət Mükafatı laureatı (2024). Texnika elmləri doktoru Cavadova Həqiqət Əliəşrəf qızı Azərbaycan Milli Elmlər Akademiyasının Aşqarlar Kimyası İnstitutunun laboratoriya müdiri, neft-kimyaçı alim, Azərbaycan neftlərindən alınan yağların tədqiqi, onların əsasında müxtəlif təyinatlı sürtkü yağlarının yaradılması, istehsalının təşkili sahələrində tanınmış mütəxəssisdir. Həqiqət Əliəşrəf qızı Cavadova 1939-cu il oktyabrın 9-da Bakı şəhərində anadan olmuşdur. H.Ə.Cavadova 1962-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) kimya fakültəsini kimyaçı ixtisası ilə bitirdikdən sonra həmin ildən Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Neft-Kimya Prosesləri İnstitutunda kiçik elmi işçi vəzifəsində, 1965-ci ildən yeni yaradılmış AMEA Aşqarlar Kimyası İnstitutunda mühəndis, kiçik və böyük elmi işçi işləmiş, 1988-ci ildən “Motor yağlarına aşqar kompozisiyaları” laboratoriyasına rəhbərlik edir. H.Ə.Cavadovanın əsas elmi istiqaməti praktiki əhəmiyyətə malik müxtəlif funksional təsirli yeni, tərkibində fosfor, kükürd və azot saxlayan üzvi birləşmələr və sənaye aşqarları əsasında avtomobil və yük maşınları, avtotraktor və gəmi mühərrikləri üçün motor yağlarının sürtkü kompozisiyalarının elmi əsaslarının işlənib hazırlanması sahəsini əhatə edir. H.Ə.Cavadovanın bilavasitə rəhbərliyi ilə aparılan tədqiqatlar nəticəsində ilk dəfə avtotraktor, teplovoz, stasionar, gəmi dizelləri və müxtəlif təyinatlı daxili yanma mühərriklərində istifadə olunan M-8B, M-63/12Г1, М-8Г1, М-12ВБ, М-10Г2, М-10Г2k, М-14Г2, М-10Г2ЦС, М-10В2, М-14В2, М-14ГБ, М-20Бп, М-16ИХП-3 markalı motor yağları yaradılmış, istehsalı “Azərneftyağ” Neft Emalı Zavodunda (NEZ) və institiutun “Aşqar” Təcrübi İstehsallı ilə Xüsusi Texnoloji Bürosunda təşkil edilmişdir. 1995-ci ildən başlayaraq müxtəlif illərdə (1995-2011) bir sıra motor yağları Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, Müdafiə Nazirliyinin “Xüsusi Texnika” Elmi İstehsalat Birliyi(EİB), Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti, Azərbaycan Dəmir Yolları QSC, Kənd Təsərrüfatı Nazirliyi, “Bakı Sərnişin Nəqliyyatı”MMC və digər qrumlarda tətbiq olunmuşdur. Bakı baza yağları əsasında işlənib hazırlanmış gəmi və stasionar dizellərində istifadə olunan M-12ВБ motor yağı 1998-ci ildən hal-hazıradək “Azərneftyağ” NEZ-də istehsal olunur. М-10В2, və М-14В2 yağları isə MDB ölkələrinə ixrac edilib. Xəzər Dəniz Donanması, ARDNŞ Bayıl limanı və Sərhəd Qoşunlarının istismarında olan gəmilərin dizel mühərrikləri üçün xaricdən gətirilən motor yağlarının yeni analoqları yerli xammal əsasında М-20В2Ф yağının sürtkü kompozisiyaları yaradılmışdır.
Leyla Cavadova
Leyla Cavadova (19 fevral 1993; İrkutsk, Rusiya) — Azərbaycanı təmsil edən qadın boksçu. Leyla Cavadova 2011-ci ildə Niderlandın Rotterdam şəhərində baş tutan Avropa Çempionatında mübarizə apardı. Cavadova 1/8 final mərhələsi çərçivəsində baş tutan görüşdə İsveç nümayəndəsi Anna Laurell ilə üz-üzə gəldi və rəqibinə məğlub oldu (RSC). Daha sonra Leyla Cavadova 2014-cü ilin 31 may-8 iyunda Rumıniyanın Buxarest şəhərində baş tutan Avropa Çempionatında çıxış elədi. Cavadova 1/4 final mərhələsində Rumıniya nümayəndəsi Ana Patrascuya qalib gəlsə də (3:0), 1/2 final mərhələsində Almaniya təmsilçisi Sarah Şeuriça məğlub oldu (0:3) və Avropa Çempionatının bürünc medalına sahib oldu. Leyla Cavadova 2014-cü ilin 16-24 noyabrında Cənubi Koreyanın Jeju şəhərində baş tutan Dünya Çempionatında çıxış elədi. Cavadova 1/16 final mərhələsi çərçivəsində baş tutan görüşdə Avstriya nümayəndəsi Kaye Scotta məğlub oldu (0:2) və mübarizəsini dayandırdı. 2015-ci ilin 12-28 iyununda baş tutan I Avropa Oyunlarında da mübarizə aparan Leyla Cavadova, turnirin 1/8 final mərhələsindəcə Rusiya nümayəndəsi Yaroslava Yahuşinaya məğlub oldu (0:2) və mübarizəsini dayandırdı. Leyla Cavadova 2016-cı ilin 15-24 noyabrında Bolqarıstanın Sofiya şəhərində baş tutan Avropa Çempionatında da mübarizə apardı. Cavadova 1/4 final mərhələsində Xorvatiya nümayəndəsi Lucia Brhjacaya qalib gəlsə də (3:0), 1/2 final mərhələsində Türkiyə təmsilçisi Elif Güneriyə məğlub oldu (0:3) və Avropa Çempionatının bürünc medalına sahib oldu.
Arzu Cavadova
Arzu Sahib qızı Cavadova— Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti. Cavadova Arzu Sahib qızı 24 avqust 1967-ci ildə Bakı şəhərində anadan olub. 1984-cü ildə Azərbaycan Neft və Kimya İnstitutunun geoloji-kəşfiyyat fakültəsinə daxil olaraq, 1989-cu ildə fərqlənmə ilə bitirib. Geologiya/mineralogiya üzrə fəlsəfə doktoru-elmlər namizədi elmi dərəcəsini alıb. Əmək fəaliyyətinə 1985-ci ildə Azərbaycan Neft və Kimya İnstitutunda başlayıb. 1985–1986-cı illərdə Azərbaycan Neft və Kimya İnstitutunun "Ümumi, tarixi geologiya və hidrogeologiya" kafedrasında, 1987–1988-ci illərdə isə "Geofiziki kəşfiyyat üsulları" kafedrasında 0.5 ştat laborant, 1989–1991-ci illərdə "Neft və qaz yataqlarının axtarışı və kəşfiyyatı" kafedrasında mühəndis vəzifələrində çalışıb. 1990-cı ildə "Neft və qaz yataqlarının axtarışı və kəşfiyyatı" kafedrası nəzdində aspiranturaya daxil olub, kafedrada təhsil zamanı 0.5 ştat, 1994-cü ildə bitirdikdən sonra 1996-cı ilə qədər isə tam ştat assistent vəzifəsində çalışıb. 1996–1997-ci illərdə ARDNŞ-nin "Azərineftinformatika" hesablama mərkəzində mühəndis, 1997-ci ildə Dənizdə neft və qazçıxarma İstehsalat Birliyinin mərkəzi laboratoriyasında geokimyaçı-qrup rəhbəri, Dənizdə neft və qaz yataqlarının işlənməsinə nəzarət ekspedisiyasının Neft geokimya qrupunun rəhbəri kimi çalışıb. 1997–1999-cu illərdə ABŞ "Frontera Resources" neft şirkətində baş geoloq, 1999–2003-cü illərdə "Salyan Oil" Ltd. şirkətində aparıcı və işlənmə üzrə geoloq, 2003–2007-ci illərdə isə "Delta Hess ACG" Ltd.

Oxşar sözlər

#cavadova nədir? #cavadova sözünün mənası #cavadova nə deməkdir? #cavadova sözünün izahı #cavadova sözünün yazılışı #cavadova necə yazılır? #cavadova sözünün düzgün yazılışı #cavadova leksik mənası #cavadova sözünün sinonimi #cavadova sözünün yaxın mənalı sözlər #cavadova sözünün əks mənası #cavadova sözünün etimologiyası #cavadova sözünün orfoqrafiyası #cavadova rusca #cavadova inglisça #cavadova fransızca #cavadova sözünün istifadəsi #sözlük