Cavidan sözü azərbaycan dilində

Cavidan

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • Cavidan • 98.7435%
  • cavidan • 1.2565%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Cavidan
Cavidan Səhrəg oğlu (VIII əsr, Ərdəbil – 816, Bəzz qalası, Şərqi Azərbaycan ostanı) — Xürrəmilər hərəkatının başçısı (807-816). Ərdəbil şəhərində anadan olmuşdur. Uzun müddət xürrəmilərə başçılıq etmişdir. 816-cu ildə kiçik dəstəsi ilə Bəzz qalasına geri dönərkən Əbu-İmranın qəfil silahlı hücumuna uğramışdır. Döyüşdə Əbu-İmran Babək tərəfindən öldürülsə də, Cavidan da aldığı yaralardan üç gün sonra Bəzz qalasında ölmüşdür. Cavidanın ölümündən sonra, onun dul arvadı ilə evlənən şagirdi Babək Xürrəmdin (816-838) Xürrəmilər hərəkatını rəhbərlik etdi. == Həmçinin bax == Babək == İstinadlar == == Ədəbiyyat == Crone, Patricia. Bābak // Kate Fleet; Gudrun Krämer; Denis Matringe; John Nawas; Everett Rowson (redaktorlar). The Encyclopedia of Islam, THREE. BRILL Online. 2011.
Cavidan Ağayev
Cavidan Mirzəağa oğlu Ağayev (16 iyul 2001, Səbail rayonu – 2 oktyabr 2020, Ağdam rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Cavidan Ağayev 2001-ci il iyunun 16-da Bakı şəhərində anadan olub. Subay idi. == Hərbi xidməti == Cavidan Ağayev 2020-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin "N" saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə idi. Azərbaycan Ordusunun əsgəri olan Cavidan Ağayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsində savaşıb. Cavidan Ağayev Ağdam Xocavənd istiqamətdə şəhid olub. oktyabrın 2 də Bakı şəhəri Badamdar qəbiristanlığında dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Cavidan Ağayev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Cavidan Ağayev ​ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.
Cavidan Bədəlov
Cavidan Zaur oğlu Bədəlov (28 mart 1996; İsmayıllı rayonu, Azərbaycan — 12 sentyabr 2022; Kəlbəcər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı. == Həyatı == Cavidan Bədəlov 1996-cı il martın 28-də İsmayıllı rayonunun Talıstan kəndində anadan olub. == Hərbi xidməti == Cavidan Bədəlov 2022-ci il sentyabrın 12-də Ermənistan Silahlı Qüvvələri tərəfindən törədilən genişmiqyaslı təxribatın qarşısının alınması zamanı şəhid olub.
Cavidan Məmmədli
Cavidan Valeh oğlu Məmmədli (20 sentyabr 1997, İmişli – 7 oktyabr 2020, Qaraxanbəyli, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Cavidan Məmmədli 20 sentyabr 1997-ci ildə İmişli şəhərində anadan olmuşdur. Subay idi. == Hərbi xidməti == Azərbaycan Ordusunun əsgəri olan Cavidan Məmmədli 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Füzulinin azad edilməsi uğrunda gedən döyüşlərdə vuruşmuşdur. 7 oktyabr 2020-ci ildə sonuncu dəfə ailəsi ilə əlaqə saxlayan Cavidan Məmmədli elə həmin gün Füzuli rayonunun Qaraxanbəyli kəndi istiqamətində gedən döyüşlərdə döyüş tapşırığını yerinə yetirərkən həlak olmuşdur. Nəşi 13 fevral 2021-ci ildə İmişli rayonunun Şahverdili kənd qəbiristanlığında torpağa tapşırılmışdır. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Cavidan Məmmədli ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yerinə yetirən zaman mərdliyin və igidliyin göstərilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Cavidan Məmmədli ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Cavidan Məmmədli ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Cavidan Novruz
Cavidan Novruz (Cavidan Ramiz oğlu Novruz; 12 fevral 1987, Bakı, Azərbaycan SSR) — aktyor, müğənni, bəstəkar. == Həyatı == Cavidan Novruz 12 fevral 1987-ci ildə Bakı şəhərində xalq artisti Ramiz Novruzun ailəsində anadan olub.Səbail rayonu 7 nömrəli orta məktəbi 2005-ci ildə bitirdikdən sonra Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində dram-kino aktyorluğu fakültəsinə Xalq artisti Kamal Xudaverdiyevin kursuna qəbul olub. Universiteti 2009-cu ildə bitirmişdir. == Ailəsi == Cavidan Novruz xalq artisti Ramiz Novruzun oğlu, stilist Şəfəq Novruzovanın qardaşıdır. Ailəlidir. Turan adında bir oğlu var. == Fəaliyyəti == === Musiqi === Aktyorluqla bərabər vokalla da məşğul olub. Azər Zeynalovdan təhsil alıb. Cavidan Novruz müğənnidir. O ifaçı kimidə Türkdilli dövlətlərdə Azərbaycanı layiqincə təmsil edib.
Cavidan Təvəkkül
Cavid Təvəkkül — rejissor, ssenari müəllifi. == Həyatı == Cavid Təvəkkül (Cavid Təvəkkül oğlu Əhmədov) 24 iyun 1974-cü ildə Tərtərdə anadan olub. Orta məktəbi Mingəçevirdə oxuyub. Tatarıstan Turizm Akademiyasının prodüserlik fakültəsinin məzunudur (1992-1997). Rüstəm İbrahimbəyovun Beynəlxalq Kino Məktəbində rejissorluq təhsili alıb. 2011-ci ildə Azərbaycan Respublikasının prezidenti tərəfidən tərəqqi medalı ilə təltif olunmuşdu. "Mən və şəhər" (2003), "Ağlayan əsgər" (2003) kliplərin müəllifidir. Aktyor Təvəkkül Əhmədovun oğludur. == Mükafatları == 7 may 2021-ci ildə Prezident Mükafatına layiq görülmüşdür. == Filmoqrafiya == Cavad xan.
Cavidan İbrahimli
Cavidan Nizami oğlu İbrahimli (24 mart 2000, Badamdar – 24 oktyabr 2020, Cəbrayıl rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Cavidan İbrahimli 2000-ci il martın 24-də Badamdar qəsəbəsində anadan olub. 2006–2017-ci illərdə 236 nömrəli tam orta məktəbdə təhsil alıb. Subay idi. == Hərbi xidməti == Cavidan İbrahimli 2018–2019-cu illərdə Azərbaycan Silahlı Qüvvələrinin Ağcabədi rayonunda yerləşən "N" saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə olub. Azərbaycan Ordusunun əsgəri olan Cavidan İbrahimli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın, Füzulinin və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Cavidan İbrahimli oktyabrın 24-də Cəbrayılın azad edilməsi zamanı şəhid olub. Səbail rayonunun Badamdar qəsəbəsində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Cavidan İbrahimli ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. == İrsi və xatirəsi == 2023-cü ilin mayında Bakının Səbail rayonu Badamdar qəsəbəsində yerləşən "Neftçilər" küçəsinin adı dəyişdirilərək şəhid Cavidan İbrahimlinin adı verilib.
Cavidan Əfəndiyev
Cavidan Əfəndi (Orxan Sadəddin oğlu Əfəndiyev; 24 noyabr 1985, Bakı) — Azərbaycanlı yazıçı, şair, dramaturq == Həyatı == Cavidan Əfəndiyev 1985-ci il, Noyabr ayının 24-ə, Bakı şəhərində anadan olmuşdur. 2007-ci ildə Azərbaycan Beynəlxalq Universitetinin "Hüquqşünaslıq" fakültəsini bitirmişdir. 2009-cu ildə Yeni Azərbaycan Partiyası tərəfindən Bələdiyyə seçkilərində namizədliyi irəli sürülmüş, Binəqədi rayonu Binəqədi Bələdiyyəsinə üzv seçilmiş, "Gənclər, İdman və Turizm Məsələləri Daimi Komissiyası"nın sədr müavini vəzifəsində çalışmışdır. 6 kitabın müəllifidir. Azərbaycan Yazıçılar Birliyinin üzvü və Prezident təqaüdçüsüdür. == Yaradıcılığı == Yaradıcılığa 14 yaşından şeirlərlə başlamışdır. Daha sonra bir sıra poemalar və pyeslər qələmə almışdır. Sözlərinə mahnılar bəstələnmiş və mahnıları dəfələrlə "V&V Company" tərəfindən keçirilən "İlin mahnısı" nominasiyası üzrə qalib olmuşdur. 2009-cu ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, 2015-ci ildən Prezident təqaüdçüsüdür. == Kitabları == 1.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 3.47 dəfə / 1 mln.
2004 0.34
2006 ••••• 2.70
2007 ••••• 2.96
2008 ••••• 2.68
2009 •••••• 3.36
2010 •••••••••••••••••••• 12.98
2011 ••••••• 3.95
2012 ••••• 2.67
2013 •••• 2.19
2014 •••• 2.23
2015 •• 0.85
2016 •••• 2.26
2017 •••• 2.11
2018 •••• 2.10
2019 ••••• 3.20
2020 •••• 2.25

cavidan sözünün leksik mənası və izahı

cavidan sözünün rus dilinə tərcüməsi

cavidan sözünün ləzgi dilinə tərcüməsi

cavidan sözü azərbaycan dilinin lüğətlərində

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

f. daimi, həmişəlik, əbədi.

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

Azərbaycan kişi adlarının izahlı lüğəti

əbədi yaşama, əbədiyyətə qovuşma.

Azərbaycan kişi adlarının izahlı lüğəti

"cavidan" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#cavidan nədir? #cavidan sözünün mənası #cavidan nə deməkdir? #cavidan sözünün izahı #cavidan sözünün yazılışı #cavidan necə yazılır? #cavidan sözünün düzgün yazılışı #cavidan leksik mənası #cavidan sözünün sinonimi #cavidan sözünün yaxın mənalı sözlər #cavidan sözünün əks mənası #cavidan sözünün etimologiyası #cavidan sözünün orfoqrafiyası #cavidan rusca #cavidan inglisça #cavidan fransızca #cavidan sözünün istifadəsi #sözlük