Cekson sözü azərbaycan dilində

Cekson

Yazılış

  • Cekson • 98.1211%
  • CEKSON • 1.6701%
  • cekson • 0.2088%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Cekson
Cekson — soyad. Endrü Cekson — Cermeyn Cekson — Canet Cekson — Marlon Cekson — Pop-kralı Maykl Ceksonın qardaşı. Maykl Cekson — Ketrin Cekson — Piter Cekson — Rendi Cekson — Amerika musiqiçisi, basist, vokalçı, prodesur, radio aparıcısı. Skay Cekson — Amerika aktrisası.DigərCekson (şəhər) — Cekson 5 — Cekson ailəsi — ritm-n-blyuz, soul, rok, Pop musiqi, disko stilində musiqi ifa edən musiqiçilər ailəsi. Cekson adası — Frans-İosif Torpağı arxipelaqına daxil olan ada.
Canet Cekson
Canet Damita Co Cekson (ing. Janet Damita Jo Jackson; 16 may 1966[…], Qari, İndiana) — ABŞ müğənnisi və aktrisası, Maykl Ceksonun bacısı.
Cekson (şəhər)
Cekson (ing. Jackson) – ABŞ-də şəhər. Missisipi ştatının inzibati mərkəzi və ən iri şəhəri. == Əhalisi == Əhalisi 173,5 min (2010; şəhərətrafı ilə 539,0 min (2010). == Coğrafiyası == Ştatın mərkəzi hissəsində, Perl çayı sahilindədir. Avtomagistrallar və dəmiryolları qovşağı. M. Evers adına beynəlxalq aeroport. == Tarixi == Əsası 1821-ci ildə Missisipi ştatının inzibati mərkəzi kimi qoyulmuşdur. E. Ceksonun şərəfinə adlandırılmışdır. 1863-cü ildə, Amerika Birləşmiş Ştatlarında Vətəndaş müharibəsi (1861–65) gedişində general U.T. Şermanın başçılığı ilə şimallıların qoşunları tərəfindən şəhərin böyük hissəsi yandırılmışdı.
Cekson 5
Cekson 5 (The Jackson 5, The Jackson Five, The Jacksons) — Amerikanın musiqi pop qrupu olmuşdur. Qrup 5 qardaşdan ibarət olmuşdur. == Qrupun üzvləri == Maykl Cekson Cermeyn Cekson Tito Cekson Ceki Cekson Marlon Cekson === Albomları === Motown (The Jackson 5)1969: Diana Ross Presents The Jackson 5 1970: ABC 1970: Third Album 1970: The Jackson 5 Christmas Album 1971: Maybe Tomorrow 1972: Lookin' Through The Windows 1973: Skywriter 1973: Get It Together 1974: Dancing Machine 1975: Moving ViolationCBS (The Jacksons)1976: The Jacksons 1977: Goin' Places 1978: Destiny (albom) 1980: Triumph (albom) 1984: Victory 1989: 2300 Jackson Street === Canlı albomları === 1971: Goin' Back To Indiana 1973: The Jackson 5 In Japan 1981: The Jacksons Live!
Cekson Pollok
Pol Cekson Pollok (ing. Paul Jackson Pollock; 28 yanvar 1912 – 11 avqust 1956) — tanınmış amerikan rəssamı və abstrakt ekspressionizm cərəyanının ən görkəmli nümayəndəsi. Özünəməxsus drip-peyntinq rəssamlıq üslubu ilə məşhurdur. Pollok həyatı boyu şöhrətə və mənfi reputasiyaya sahib olmaqla öz dövrünün əsas rəssamlarından biri olmuşdur. Özünə qapanıq və dəyişkən şəxsiyyətə malik olan rəssam ömrünün çox hissəsini alkoqolizmdən əziyyət çəkmişdir. 1945-ci ildə Pollok onun karyerasına və yaradıcılığına böyük təsir göstərən Li Krasnerlə ailə qurdu. Pollok, 1956-cı ildə içkili vəziyyətdə idarə etdiyi avtomobillə düşdüyü qəzada, 44 yaşında vəfat etmişdir. Ölümündən bir neçə ay sonra, dekabr ayında, Nyu-York Müasir İncəsənət Muzeyində (MoMA) Pollokun xatirəsinə retrospektiv sərgi təşkil olunmuşdur. 1967-ci ildə burada onun əsərlərindən ibarət daha geniş sərgi təşkil edildi. 1998–1999-cu illərdə onun işlərindən ibarət geniş retrospektiv sərgilər həm Nyu-York Müasir İncəsənət Muzeyində, həm də Londonun Teyt muzeyində keçirilmişdir.
Cekson Van
Jackson Wang (çincə:王 嘉爾); kor. 왕 잭슨; 28 mart 1994, Honkonq) Honq Konqdan olan repçi, müğənni, modelyer və rəqqasdır. Team Wang səsyazma etiketinin qurucusudur və Team Wang Design moda markasının yaradıcı direktoru və baş dizayneridir. Çində solo sənətçi və televiziya aparıcısı kimi fəaldır. Cənubi Koreyalı Got7 oğlan qrupunun üzvü və eyni zamanda Çinli Panthepack hip hop qrupunun üzvüdür. Honq Konqda doğulub böyüyən Van, Honq Konq qılıncoynatma komandasının üzvü idi. 2010 Yay Gənclər Olimpiadasında on birinci oldu və 2011-ci ildə Qılıncoynatma üzrə gənclər və yeniyetmələr arasında Asiya Çempionatında birinci yeri qazandı. Musiqi dinləməsindən keçdikdən sonra 2011-ci ilin iyul ayında K-popda karyera qurmaq üçün Cənubi Koreyanın Seul şəhərinə köçdü.2014-cü ilin yanvar ayında, iki ildən çox məşq etdikdən sonra, Cekson "Girls Girls Girls" adlı single ilə Got7 üzvü olaraq debüt etdi. == Şəxsi həyatı == Çində, Koreyada və dünyanın qalan hissəsində əyləncə sənayesində çalışdığı üçün, Cekson bir çox dilləri bilir; Mandarin, Kanton, Koreya və İngilis dillərini mükəmməl bilir və başa düşür. 2019-cu ilin avqust ayında Van, Çin bayrağının bir fotoşəkilini yüklədi və 2019–20-ci illərdə Honq Konq etirazları zamanaı Çin bayrağı çıxarılaraq Victoria Limanına atıldıqdan sonra rəsmi Weibo hesabında özünü "Çin bayrağının 1,4 milyard qəyyumundan biri" elan etdi.
Cekson adası
Cekson adası — Frans-İosif Torpağı arxipelaqına daxil olan ada. Ada ingilis araşdırmaçısı və Frans-İosif adalarının tətqiqatçısı Federik Ceksonun şərəfinə adlandırılmışdır. Şərqdən qərbə 40 km, şimaldan cənuba isə 30 km məsafədə uzanır. Frityof Nansen və Federik Yohansen 1895-96 illərdə burada qışlamışdır. Cekson öz adına adlandırılmış adada heç vaxt olmamışdır. Adanın şimal-qərbində De-Lonq körfəzi yerləşir. Cənubdan bu körfəz Bıstrov burnu əhatələnir. Burun 1963-cü ildə rus poleontoloqu Aleksey Petroviç Bıstrovun şərəfinə adlandırılmışdır.
Cekson ailəsi
Cekson musiqi ailəsi — ritm-n-blyuz, soul, rok, Pop musiqi, disko stilində musiqi ifa edən musiqiçilər ailəsi. Musiqi qrupu kimi Cekson 5, tək, solo ifaçılar kimi — Maykl Cekson və Canet Cekson tanınırlar.
Cermeyn Cekson
Cermeyn Cekson (ing. Jermaine Jackson), həmçinin Muhammad Abdul-Aziz kimi də tanınır (11 dekabr 1954, Qari, İndiana) — ABŞ müğənnisi, bas-gitarist, bəstəkar, The Jackson 5 qrupunun üzvü. Vitni Hyuston ilə duet oxuyub. == Həyatı == Cermeyn Cekson dünya pop musiqisinin kralı Maykl Ceksonun qardaşıdır. Cermeyn İslam dinini qəbul edərək müsəlman olmuşdur. İslamı qəbul edəndən sonra adını dəyişdirib. Cermeyn Cekson (Muhəmməd Əbdul Əziz) Bəhrainə səyahətə gedendən sonra İslam dinini gəbul etmişdir. İslam dinini qəbul edəndən sonra onun həyatında dəyişikliklər olmuşdur.
Con Cekson
Con Cekson (ing. John Hughlings Jackson; 4 aprel 1835[…], Yorkşir[d], Birləşmiş Krallıq – 7 oktyabr 1911[…], London) – ingilis oftalmoloqu və nevropatoloqu; tibb doktoru (1860), London Kral Cəmiyyətinin (1878) və Kral Həkimlər Kollecinin fəxri üzvü. == Həyatı == London xəstəxanaları və hospitallarında işləmişdir. 1870-ci ildə epilepsiyanın formalarından birini, bulbar alternasiya edən sindromu təsvir etmiş, hərəki mərkəzlərin lokalizasiyasının insanın böyük beyin yarımkürələri qabığının ön mərkəzi şırımında olduğunu müəyyən etmişdir (1864). == Fəaliyyəti == İlk dəfə (1864) mərkəzi sinir sistemi xəstəliklərinin diaqnostikası üçün oftalmoskopiyanın əhəmiyyətini göstərmiş, böyük beyin yarımkürələri qabığının müvafiq sahələrinin funksional pozulmaları ilə epilepsiya və epilepsiyaya oxşar tutmaların əlaqəsini əsaslandırmış (1875), sensor aqnoziyanı təsvir etmişdir (1866). Mərkəzi sinir sisteminin təkamülü və dissolyusiyası haqqında Con Ceksonun fikirləri təkamül morfologiyasının inkişafına və sinir sistemi xəstəlikləri zamanı bir sıra klinik simptomların şərh olunmasına təsir göstərmişdir.
Cozef Cekson
Cozef Cekson (ing. Joseph Jackson; d. 26 iyul 1928 - ö. 27 iyun 2018) — amerikalı musiqiçi və prodüser, Maykl Ceksonun atasıdır.
Endryu Cekson
Endrü Cekson (ing. Andrew Jackson; 15 mart 1767[…], Vokshou[d] – 8 iyun 1845[…], Ermitaj[d], Tennessi) — Amerika Birləşmiş Ştatlarının 7-ci prezidenti (1829-1837). Demokratlar partiyasından seçilmiş ilk ABŞ prezidenti. Endrü Cekson sadə amerikalılar arasından çıxmış ilk prezidentdir. O, yalnız bacarıq və qabiliyyəti, işgüzarlığı sayəsində ölkənin ali vəzifəsinə sahib olmuşdur. Nə onun keçirdiyi ağır uşaqlıq dövrü, nə aldığı səthi təhsil gələcəkdə parlaq karyera edəcəyindən xəbər vermirdi. == Erkən həyatı == 15 mart 1767-ci ildə Cənubi Karolina ştatının Uokshou yaşayış məntəqəsində, irland immiqrantı ailəsində anadan olan Cekson məşəqqətlərlə dolu həyat yolu keçib. O, hələ dünyaya gəlməmiş atası vəfat edir. Ailənin maddi çətinliklərinə baxmayaraq anası Elizabet Xaçinson onu yerli məktəblərdən birində oxudur. Lakin tezliklə başlayan İstiqlaliyyət müharibəsi onu təhsilini yarımçıq qoyaraq həmyaşıdları ilə birgə hərbi təlimlər keçməyə məcbur edir.
Endrü Cekson
Endrü Cekson (ing. Andrew Jackson; 15 mart 1767[…], Vokshou[d] – 8 iyun 1845[…], Ermitaj[d], Tennessi) — Amerika Birləşmiş Ştatlarının 7-ci prezidenti (1829-1837). Demokratlar partiyasından seçilmiş ilk ABŞ prezidenti. Endrü Cekson sadə amerikalılar arasından çıxmış ilk prezidentdir. O, yalnız bacarıq və qabiliyyəti, işgüzarlığı sayəsində ölkənin ali vəzifəsinə sahib olmuşdur. Nə onun keçirdiyi ağır uşaqlıq dövrü, nə aldığı səthi təhsil gələcəkdə parlaq karyera edəcəyindən xəbər vermirdi. == Erkən həyatı == 15 mart 1767-ci ildə Cənubi Karolina ştatının Uokshou yaşayış məntəqəsində, irland immiqrantı ailəsində anadan olan Cekson məşəqqətlərlə dolu həyat yolu keçib. O, hələ dünyaya gəlməmiş atası vəfat edir. Ailənin maddi çətinliklərinə baxmayaraq anası Elizabet Xaçinson onu yerli məktəblərdən birində oxudur. Lakin tezliklə başlayan İstiqlaliyyət müharibəsi onu təhsilini yarımçıq qoyaraq həmyaşıdları ilə birgə hərbi təlimlər keçməyə məcbur edir.
Ketrin Cekson
Ketrin Cekson (Katherine Esther Jackson) (4 May 1930) - pop musiqisinin kralı, unudulmaz dahi Maykl Ceksonun anası.
Latoya Cekson
La Toya Cekson (29 may 1956[…], Qari, İndiana) — Maykl Ceksonın bacısı.
M36 Cekson
90MM Gun Motor Carriage M36 (Slugger) ABŞ Silahlı Qüvvələri tərəfindən İkinci dünya müharibəsində istifadə edilmiş olan tankvurandır. == Tarixi == ABŞ Ordusu tərəfindən istifadə olunan M10 tankvuranında istifadə edilən M7 topu yeni nəsil Alman Tiger və Panther tanklarına qarşıa təsirsiz idi. Buna görə də, ABŞ mühəndisləri yeni bir tank istehsal etmək və həmin tankın üzərinə də, M3 markalı 90 mm-lik top yerləşdirmək qərarı verdilər. M10A1 modelinin gövdəsinin üstünə yeni bir qüllə yerləşdirdilər. Bu qüllənin üstündə 90 mm-lik çapa malik olan tank topu və 50 cal Browning M2HB pulemyotu var idi. Digər ABŞ istehsalı olan tankvuranlarında olduğu kimi bunların da, üstləri açıq olduğundan həm görüş məsafəsi daha yaxşı təmin edilirdi, həm də, tankın çəkisi azaldılmış olurdu. Ekipajı qəlpələrdən qorumaq üçün qüllənin üstünə müdafiə qapağı əlavə edilmişdi. İlk dəfə olaraq 1944-cü ilin sentyabr ayında istifadə edilmişdir. Ümumi olaraq müharibənin sonuna qədər 1400 ədəd istehsal edilmişdirlər. 1944-cü ilin payızında təcili ehtiyac səbəbindən 300 ədəd M4 tankına 90 mm-lik topa malik olan qüllə yerləşdirilmiş və cəbhəyə göndərilmişdir.
Marlon Cekson
Marlon Cekson (12 mart 1957, Qari, İndiana) — amerikalı şoumen, müğənni və rəqqas. Daha çox Jackson 5 qrupunun üzvü kimi tanınır. O, Cekson ailəsinin altıncı övladıdır. Marlon hazırda dünyada sülh və birliyi təşviq etmək üçün Sülh Araşdırması Fondunu idarə edir. Pop-kralı Maykl Ceksonın qardaşıdır.
Maykl Cekson
Maykl Cozef Cekson (ing. Michael Joseph Jackson; 29 avqust 1958[…], Qari, İndiana – 25 iyun 2009[…], Los-Anceles, Kaliforniya) — amerikalı müğənni, bəstəkar, rəqqas, xeyriyyəçi. "Popun kralı" adını qazanan Cekson, 20-ci əsrin ən görkəmli mədəniyyət xadimlərindən biri kimi qəbul edilir. Karyerası, musiqi, rəqs və modaya verdiyi töhfələr, ictimailəşdirilən şəxsi həyatı ilə birlikdə onu populyar mədəniyyətdə qlobal bir fiqur etmişdir. Cekson ailəsinin səkkizinci övladı olan Maykl Cekson, 1964-cü ildə böyük qardaşları Ceki, Tito, Cermeyn və Marlon ilə The Jackson 5-in (sonradan Jacksons kimi tanınır) üzvü kimi ilk çıxışını etdi. Cekson solo karyerasına 1971-ci ildə "Motown Records"da olarkən başlamışdır. 1979-cu ildə çıxartığı "Off the Wall" albomu ilə solo ulduz oldu. Onun 1982-ci ildə buraxdığı "Thriller" albomundan "Beat It" , "Billie Jean" və "Thriller" mahnısı da daxil olmaqla, musiqi videolarında irqi maneələri aşması ilə bilinir. O, MTV-nin uğurunun davam etməsinə köməklik etdi və "Bad" (1987), "Dangerous" (1991), "HIStory: Past, Present and Future, Book I" (1995) və "Invincible" (2001) albomlarının videoları ilə yeniliklər etdi. "Thriller" bütün zamanların ən çox satılan albomu oldu, "Bad" isə beş sinqlı ABŞ Billboard Hot 100-də bir nömrəyə çıxaran ilk albom oldu.
Peter Cekson
Peter Cekson (22 oktyabr 1964) — Yeni Zelandiyanı təmsil edən stolüstü tennisçi. == Karyerası == Peter Cekson Yeni Zelandiyanı 1988-ci ildə Seul şəhərində baş tutan XXIV Yay Olimpiya Oyunlarında təmsil edib və cüt turnirdə 29-cu pillənin sahibi olub. Daha sonra Peter Cakson Yeni Zelandiyanı 1992-ci ildə Barselona şəhərində baş tutan XXV Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 33-cü, cüt turnirdə isə 25-ci pillənin sahibi olub. Peter Cakson Yeni Zelandiyanı 2000-ci ildə Sidney şəhərində baş tutan XXVII Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 49-cu pillənin sahibi olub.
Piter Cekson
Piter Robert Ceckson (31 oktyabr 1961[…]) — Yeni Zelandiya film prodüseri, ssenaristi və rejissoru, üç dəfə Oskar mükafatı laureatı. İlk olaraq Bad Taste adlı filmini 1987-ci ildə çəkmişdi. Bu filmin aldığı müsbət menasibətlərdən sonra Meet the Feebles adlı kinoya (1989) rejissorluq etdi. Ancaq bu film, Bad Taste qədər müvəffəqiyyətli ola bilmədi. 1993-cü ildə Weta Digital adlı şirkət qurdu. Cənnət Varlıqları filmi ilə ilk Oskar mükafatı namizədliyini qazandı. Özünün ilk böyük büdcəli Hollywood filmi olan Sevimli Ruhlar kinosu 1996-cı ildə nümayişə buraxıldı. Uşaqlığından bəri J. R. R. Tolkindən Üzüklərin Hökmüdarı romanlarına heyran olan Cekson, əsərlərin hüquqlarını satın aldıqdan sonra üç hissəli əsəri ağ pərdəyə köçürdü. Rejissor, ilk filmdəki işiylə üç nominasiyada Ən Yaxşı Film, Rejissor və Uyğunlaşdırma Ssenari nominasiyaları üzrə Oskar Mükafatına namizəd oldu. Üçüncü film Kralın Dönüşü, Ceksona Ən Yaxşı Film, Rejissor və Uyğunlaşdırma Ssenari sahələrində Oskar Mükafatı qazandırdı.
Rendi Cekson
Rendi Cekson — (ing. Randall Darius Jackson, 23 iyun, 1956) — Amerika musiqiçisi, basist, vokalçı, prodesur, radio aparıcısı. Randy Cekson məşhur pop müğənisinin qardaşıdır.
Reyçel Cekson
Reyçel Cekson (ing. Rachel Donelson Robards Jackson; 15 iyun 1767[…], Halifaks[d], Virciniya – 22 dekabr 1828[…], Neşvill) — ABŞ siyasətçisi, 5-ci Prezidenti Endryu Ceksonun həyat yoldaşı.
Stonvol Cekson
Stonvol Cekson (ing. Thomas Jonathan "Stonewall" Jackson) — Amerika Konfederativ Ştatlarıının generalı.
Tito Cekson
Toriano Adarill "Tito" Cekson (15 oktyabr 1953, Qari, İndiana) — Amerikalı müğənni-mahnı müəllifi və gitara ifaçısı. Maykl Ceksonun qardaşıdır.
Tomas Cekson
Tomas Penfild Cekson (ing. Thomas Penfield Jackson; 10 yanvar 1937, Vaşinqton – 15 iyun 2013[…]) — Amerika dairə hakimi, Kolumbiya dairəsi. ABŞ-yə qarşı Microsoft antiinhisar prosesini keçirdi (İngiliscə Vikipediyada məqalə). Ceksonun hökmü: MS Windows əməliyyat sistemini istehsal edən şirkətə və Office və digər Microsoft proqram təminatını istehsal edən şirkətə bölünməkdə günahkardır. MS həmçinin Birləşmiş Ştatlarda mövcud olmaq və ticarət etmək hüququna görə 4,5 milyard ABŞ dolları ödəməyə borcludur.Hökm Apellyasiya Məhkəməsi tərəfindən ləğv edilib.
Albert Brüs Cekson
Albert Brüs Cekson (ing. Albert Bruce Jackson; 14 fevral 1876 – 14 yanvar 1947) — Böyük Britaniya botaniki.
Aleksandr Cekson Devis
Aleksandr Cekson Devis (ing. Alexander Jackson Davis; 24 iyul 1803, Nyu-York, Nyu-York ştatı – 14 yanvar 1892, Nyu Cersi) və ya Ey Cey Devis (ing. A. J. Davis) ― neoqotika tərzində əsərlərinə görə tanınan Amerikalı memar. == Təhsili == Devis Nyu-York şəhərində anadan olmuşdur Amerika İncəsənət Akademiyasında təhsil almışdır. Məktəbi atıb o sanı olan litoqraf oldu və 1926-cı ildən neoqotika üslubunun erkən nümayəndəsi olan Nyu-York memarı Cozayi R. Bredinin yanında rəssam kimi işlədi. Bredinin müəllifi olduğu 1824-cü ilə aid Müqəddəs Luka Yepiskop kilsəsi Nyu-York ştatının Roçester şəhərində mövcud olan ən qədim tikilidir.
Cekson-Venik düzəlişi
Cekson-Venik düzəlişi (ing. Jackson-Vanik amendment) – 1974-cü ildə Konqres tərəfindən yəhudilərin azad mühacirət hüquqlarını məhdudlaşdıran dövlətlərə qarşı ticarət sanksiyalarının tətbiq edilməsini nəzərdə tutan ABŞ Ticarət Aktına edilən düzəliş. Düzəlişdə nəzərdə tutulan sanksiyalar ABŞ tərəfindən əsasən MDB dövlətləri və Çin Xalq Respublikasına qarşı tətbiq edilir. 2008-ci ildə Senator Riçard Luqar düzəlişin Azərbaycana qarşı tətbiq edilməsinin ləğv edilməsi haqqında qanun layihəsini ABŞ Konqresinə təqdim etmişdir.
Cekson musiqi ailəsi
Cekson musiqi ailəsi — ritm-n-blyuz, soul, rok, Pop musiqi, disko stilində musiqi ifa edən musiqiçilər ailəsi. Musiqi qrupu kimi Cekson 5, tək, solo ifaçılar kimi — Maykl Cekson və Canet Cekson tanınırlar.
Cekson qraflığı (Alabama)
Cekson dairəsi (ing. Jackson County) - ABŞ-nin Alabama ştatında qraflıq. 2010-cu il əhalinin siyahıyaalınması məlumatına görə əhalisi 53.227 nəfər olmuşdur. Qraflıq mərkəzi Skottsboro şəhəridir. ABŞ Ordusu genralı və daha sonra ABŞ Prezidenti olmuş Endrü Ceksonun şərəfinə adlandırılmışdır.
Ceksonlar ailəsi
Cekson musiqi ailəsi — ritm-n-blyuz, soul, rok, Pop musiqi, disko stilində musiqi ifa edən musiqiçilər ailəsi. Musiqi qrupu kimi Cekson 5, tək, solo ifaçılar kimi — Maykl Cekson və Canet Cekson tanınırlar.
Ceksonvill
Ceksonvill (ing. Jacksonville) — ABŞ-nin Florida ştatında ən sıx əhalisi olan şəhər.
Ceksonvill (Florida)
Ceksonvill (ing. Jacksonville) — ABŞ-nin Florida ştatında ən sıx əhalisi olan şəhər.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 3.76 dəfə / 1 mln.
2003 ••••••• 4.33
2004 •••••••• 4.72
2005 ••••• 2.70
2006 ••••• 2.70
2007 ••• 1.48
2008 •• 0.73
2009 •••••••••••••••••••• 12.48
2010 •••••••• 4.90
2011 ••••••• 4.29
2012 •••••••••• 5.94
2013 ••••••••••••••• 9.04
2014 ••••• 2.92
2015 ••• 1.36
2016 •• 0.69
2017 ••• 1.63
2018 ••••• 2.85
2020 0.40

Oxşar sözlər

#cekson nədir? #cekson sözünün mənası #cekson nə deməkdir? #cekson sözünün izahı #cekson sözünün yazılışı #cekson necə yazılır? #cekson sözünün düzgün yazılışı #cekson leksik mənası #cekson sözünün sinonimi #cekson sözünün yaxın mənalı sözlər #cekson sözünün əks mənası #cekson sözünün etimologiyası #cekson sözünün orfoqrafiyası #cekson rusca #cekson inglisça #cekson fransızca #cekson sözünün istifadəsi #sözlük