* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.
2004 | •••••••••• | 0.34 |
2006 | ••••••• | 0.23 |
2007 | •••••• | 0.21 |
2009 | ••••• | 0.16 |
2010 | ••••• | 0.18 |
2011 | ••••• | 0.17 |
2012 | •••••••••••• | 0.43 |
2013 | •••••••••••••••••••• | 0.73 |
2014 | ••••• | 0.17 |
2015 | ••••• | 0.17 |
2016 | ••••• | 0.17 |
2018 | ••••••••••••• | 0.45 |
1 is. [ing.] 1. Aristokrat cəmiyyətinin qayda-qanunlarına və əxlaq normalarına ciddi riayət edən adam. 2. Öz ciddi, qəşəng geyimi, incə davranışı ilə fərqlənən nəzakətli, tərbiyəli adam haqqında. Burada mən dayandım və kənarda oturan və bizim danışığımıza qulaq verən centlmenə qulaq verəndən sonra bir azca şübhələnməyə başladım… C.Məmmədquluzadə.
Azərbaycan dilinin izahlı lüğəti / centlmen1 Keçmişdə insan özünü böyük vahid bir aləmin – öz ailəsinin bir parçası hesab edirdi. Onun ünsiyyətdə olduğu insanlar, ilk növbədə, ailə üzvləri ilə məhdudlaşırdı. Düzdür, o vaxtın ailələri müasir ailələrdən qat-qat böyük idi. Ailəyə bir ad altında birləşən yaxın və uzaq qohumların böyük qrupu daxil idi. Bu cür “genişləndirilmiş” ailəni klan adlandırmaq olardı. Bu söz kelt dilindən götürülüb və əsasən, Şotlandiya ilə əlaqələndirilir. Qədim Romada bu cür böyük ailə gens adlanırdı. Yeri gəlmişkən, sözün kökü olan “gen” doğuluş, nəsli davam etdirmək anlayışları ilə bağlıdır. Buna sübut kimi “genitali”, “genetika” sözlərini göstərmək olar. Təbii ki, romalılar (bütün başqa insan qrupları kimi) mənsub olduqları və onlarla qohum olan genslərin üzvlərinin dünyanın digər xalqlarından inkişaf səviyyəsinə görə daha yüksəkdə dayandığına əmin idilər. Onlar özlərini və qohum genslərə mənsub olanları “gentle”, yəni anadangəlmə əsilzadə sayırdılar. Beləliklə, centlmen əsilzadə insandır. Əsilzadə insan, təbii ki, alicənab və nəzakətli olmalıdır, buna görə də “centlmen” kəlməsi mədəni, alicənab, başqalarına qarşı diqqətli olan adamlara şamil edildi. Hər halda, ABŞ-da bu söz məhz bu mənada işlənir. Ailə münasibətlərinin hələ də möhkəm olduğu Böyük Britaniyada isə insan alçağın biri olmağına baxmayaraq, centlmen, yəni zadəgan əsilli sayıla bilər. (Ayzek Azimov. Sözlərin tarixi)
Azərbaycan dilinin etimologiya lüğəti / centlmen1 джентльмен, благовоспитанный человек (человек светского общества в духе буржуазно-аристократической морали)
Azərbaycanca-rusca lüğət / centlmen2 I сущ. джентльмен: 1. в Англии: человек, строго соблюдающий установленные в буржуазно-демократическом обществе правила и нормы поведения 2. перен. о корректном, благовоспитанном, благородном человеке. Centlmen tərbiyəsi воспитание джентльмена II прил. джентельменский (свойственный джентльмену). Centlmen hərəkəti джентльменский поступок ◊ centlmen sazişi (sövdələşməsi) джентльменское соглашение (договор, заключаемый без соблюдения официальных формальностей, в устной форме; устная договоренность сторон)
Azərbaycanca-rusca lüğət / centlmen1 i. gentleman*; əsl ~ true gentleman*; ~ olmaq to be* a gentleman*
Azərbaycanca-ingiliscə lüğət / centlmen1 is. gentleman m (pl gentlemen) ; gentilhomme m ; ~ əsil un vrai gentilhomme ; ~ olmaq être gentilhomme (və ya gentleman)
Azərbaycanca-fransızca lüğət / centlmen