Ceyson Stetem
Ceyson Steytem (ing. Jason Statham, 26 iyul 1967) — ingilis üzgüçü, aktyor və döyüşçü. Bir çox filmdə çəkilmişdir. "Qabağıalınmazlar", "Müharibə" filmlərində rol almışdır.
Ceyson Maykl Steytem 1967-ci il 26 iyul tarixində Londonda dünyaya göz açıb. Atası müğənni, anası rəqqasə olsa da, valideynlərinin daimi iş yeri olmayıb. Təsadüfı qazancla dolanan valideynlər övladlarını hələ kiçik yaşlarından istənilən yolla pul qazanmağa məcbur edirdilər. Ceysonun 9 yaşı olanda həmyaşıdları arasında peşəkar oğru, dələduz kimi tanınırdı. Küçəyə yalnız oğurluq məqsədi ilə çıxan, oğurladıqlarını məharətlə satan, evə əliboş qayıtmayan Ceyson üçün bu adi hal, həyat tərzi idi. Bütün bunlara rəğmən, Ceyson dərslərini də pis oxumurdu.