* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 f. Nazlanmaq, naz etmək, əzilib-büzülmək. Tavus kimi cilvələnə hər səhər; Bəzək verə camalına sərbəsər. M.P.Vaqif. Görürsənmi oğrun baxan gözəli; Tərlan kimi necə cilvələnibdir? Aşıq Ələsgər …Xanım rübəndi və çarşabı atıb, mərsiyəxanın qarşısında cilvələnməyə başladı. Çəmənzəminli. // Məc. mənada təşbehlərdə. Su üstündə cilvələnir; Söyüdlərin yarpaqları. B.Vahabzadə.
Azərbaycan dilinin izahlı lüğəti / cilvələnmək2 Nazlanmaq, naz etmək, əzilib-büzülmək. (“Koroğlu” dastanının lüğəti) Qaldırram meydanın göyə tozunu, Çıxardaram yamanların gözünü, Gərək görəm Dünya xanım üzünü, Ömür təzələnsin, can cilvələnsin. (“Koroğlu ilə Bolu bəy”)
Azərbaycan dastanlarının leksikası / cilvələnmək3 Nazlanmaq, naz etmək, əzilib-büzülmək. Ay nainsaf, gəl məni sən O Şeyxi-Sənan eləmə, Dərd məni çox söylədir, Demə ki, hədyan eləmə. Sonatək cilvələnib, Sən belə cövlan eləmə. (“Abdulla və Cahan”) * Şirin yenə də naz atdı, işvə satdı, Fərhadın qarşısında tovus kimi cilvələnib süzdü. (“Fərhad və Şirin”)
Azərbaycan dastanlarının leksikası / cilvələnmək2 глаг. 1. кокетничать, жеманничать, жеманиться 2. играть, сверкать, отражаясь в свете чего-л. Gölün suları ay işığında cilvələnirdi воды озера играли при свете луны 3. сверкать, блестеть. Gözləri cilvələnirdi kimin глаза сверкали чьи 4. выступить, появиться, показаться; засиять. Dodaqlarında təbəssüm cilvələndi kimin на губах появилась (засияла) улыбка чьём, (у) кого, üzündə sevinc cilvələndi на лице засияла радость чьем, (у) кого 5. оживать, ожить. Xəyalında cilvələndi nə ожило в памяти что
Azərbaycanca-rusca lüğət / cilvələnmək1 f. 1. to flirt (with), to coquette (with), to mince d.d.; 2. (özünü bəyəndirməyə çalışmaq) to pose, to show* off, to flaunt
Azərbaycanca-ingiliscə lüğət / cilvələnmək1 гл. наз гун, наз авун, наз маса гун; наз гудай кьуьруькар авун.
Azərbaycanca-ləzgicə lüğəti / cilvələnmək