cilvələnmək sözü azərbaycan dilində

cilvələnmək

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • cilvələnmək • 92.3077%
  • Cilvələnmək • 7.6923%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

cilvələnmək sözünün leksik mənası və izahı

  • 1 f. Nazlanmaq, naz etmək, əzilib-büzülmək. Tavus kimi cilvələnə hər səhər; Bəzək verə camalına sərbəsər. M.P.Vaqif. Görürsənmi oğrun baxan gözəli; Tərlan kimi necə cilvələnibdir? Aşıq Ələsgər …Xanım rübəndi və çarşabı atıb, mərsiyəxanın qarşısında cilvələnməyə başladı. Çəmənzəminli. // Məc. mənada təşbehlərdə. Su üstündə cilvələnir; Söyüdlərin yarpaqları. B.Vahabzadə.

    Azərbaycan dilinin izahlı lüğəti / cilvələnmək

cilvələnmək sözünün rus dilinə tərcüməsi

  • 1 кокетничать, жеманиться

    Azərbaycanca-rusca lüğət / cilvələnmək
  • 2 глаг. 1. кокетничать, жеманничать, жеманиться 2. играть, сверкать, отражаясь в свете чего-л. Gölün suları ay işığında cilvələnirdi воды озера играли при свете луны 3. сверкать, блестеть. Gözləri cilvələnirdi kimin глаза сверкали чьи 4. выступить, появиться, показаться; засиять. Dodaqlarında təbəssüm cilvələndi kimin на губах появилась (засияла) улыбка чьём, (у) кого, üzündə sevinc cilvələndi на лице засияла радость чьем, (у) кого 5. оживать, ожить. Xəyalında cilvələndi nə ожило в памяти что

    Azərbaycanca-rusca lüğət / cilvələnmək

cilvələnmək sözünün inglis dilinə tərcüməsi

cilvələnmək sözünün fransız dilinə tərcüməsi

cilvələnmək sözünün ləzgi dilinə tərcüməsi

cilvələnmək sözü azərbaycan dilinin lüğətlərində

Azərbaycan dastanlarının leksikası

Nazlanmaq, naz etmək, əzilib-büzülmək. (“Koroğlu” dastanının lüğəti) Qaldırram meydanın göyə tozunu, Çıxardaram yamanların gözünü, Gərək görəm Dünya xanım üzünü, Ömür təzələnsin, can cilvələnsin.                                   (“Koroğlu ilə Bolu bəy”)

Azərbaycan dastanlarının leksikası

Azərbaycan dastanlarının leksikası

Nazlanmaq, naz etmək, əzilib-büzülmək. Ay nainsaf, gəl məni sən O Şeyxi-Sənan eləmə, Dərd məni çox söylədir, Demə ki, hədyan eləmə. Sonatək cilvələnib, Sən belə cövlan eləmə.                (“Abdulla və Cahan”)                                                                         * Şirin yenə də naz atdı, işvə satdı, Fərhadın qarşısında tovus kimi cilvələnib süzdü. (“Fərhad və Şirin”)

Azərbaycan dastanlarının leksikası

Oxşar sözlər

#cilvələnmək nədir? #cilvələnmək sözünün mənası #cilvələnmək nə deməkdir? #cilvələnmək sözünün izahı #cilvələnmək sözünün yazılışı #cilvələnmək necə yazılır? #cilvələnmək sözünün düzgün yazılışı #cilvələnmək leksik mənası #cilvələnmək sözünün sinonimi #cilvələnmək sözünün yaxın mənalı sözlər #cilvələnmək sözünün əks mənası #cilvələnmək sözünün etimologiyası #cilvələnmək sözünün orfoqrafiyası #cilvələnmək rusca #cilvələnmək inglisça #cilvələnmək fransızca #cilvələnmək sözünün istifadəsi #sözlük