Cinca sözü azərbaycan dilində

Cinca

Yazılış

  • Cinca • 100.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Akiba-cinca
Akiba məbədi (秋葉神社, Akiba-cinca) – Yaponiyanın Şizuoka prefekturasının Şuçi rayonundakı Akiha dağında yerləşən şintoist məbədi. Məbəd alov kamisi Kaqutsuçiyə həsr olunmuşdur. == Haqqında == Məbəd və dağın adı yapon dilində eyni kancilərlə yazılsa da, dağ "Akiha", məbəd isə "Akiba" adı ilə tanınmışdır.Məbəd VIII əsrin əvvəllərində yanğınlarla əlaqədar fəlakətlərdən qorunmaq məqsədilə tikilmişdir. 1868-ci ilə qədər bu məbəd bodhisattva Kannona həsr olunmuş Akiba buddist məbədi ilə assosiasiya olunurdu. Kannon şintoizm kamisi olan Kaqutsuçinin prototipi hesab olunur. Bu məbədin populyarlığı Edo dövründə Yaponiyanın şərqində artmış və Yaponiyada məbədin bir çox qolunun yaranmasına səbəb olmuşdur.Hər ilin 15–16 dekabr tarixlərində məbəddə alov festivalı (himatsuri) keçirilir. Məbədin xəzinəsinə hamilər tərəfindən bağışlanmış 150-dən çox qılınc daxildir. Belə ki, yapon mifologiyasına görə İzanaqi Kaqutsuçini öldürmək üçün qılıncdan istifadə etmişdir. == Qalereya == == İstinadlar == == Ədəbiyyat == Kodansha Encyclopedia of Japan (ingiliscə). I cild (A–Conso).
Futarasan-cinca
Futarasan məbədi (二荒山神社, Futarasan-cinca) və ya bəzən Futarayama məbədi (二荒山神社, Futarayama-cinca) – Yaponiyanın Toçiqi prefekturasının Nikko şəhərində yerləşən şintoist məbədi. == Tarixi == Məbədin qurulma tarixçəsi Futara dağına edilən ibadətlə bağlıdır. Məbəd VIII əsrdə keşiş Şodo tərəfindən iki buddist məbədi ilə birlikdə qurulmuş və uzun müddət Şuqendo dini üçün müqəddəs yer hesab olunmuşdur.Edo dövründə yaxınlıqda yerləşən Nikko Toşo məbədi ilə birlikdə buddizmin Tenday sektasına aid olan Rinno məbədinin tabeliyində olmuşdur. == Xüsusiyyətləri == Məbəd kami Okuninuşi və digər iki ilaha həsr edilmişdir. Əsas məbəd şəhərin içində yerləşir. Daxili məbəd Futara dağının zirvəsində, orta məbəd isə Çuzenci gölünün sahilində tikilmişdir.Məbədin illik festivalı 17 aprel tarixində baş tutur. == Qalereya == == İstinadlar == == Ədəbiyyat == Kodansha Encyclopedia of Japan (ingiliscə). II cild (Const–F). Tokio: Kodansha. 1983.
Hie-cinca
Hie məbədi (日枝神社, Hie-cinca) – Yaponiyanın Tokio şəhərinin Çiyoda rayonunda yerləşən şintoist məbədi. Məbəd kami Oyamakuiyə həsr olunmuşdur. == Tarixi == 1457-ci ildə Edo qəsrini tikdirən Ota Dokan Kavaqoe şəhərinin yaxınlığında yerləşən və Oyamakuiyə həsr olunan məbədin Edo qəsrinin yanına köçürülməsini əmr etmişdir. Daha sonra məbəd qəsrin xarici hissəsinə köçürülmüşdür.Tokuqava şoqunları Hie məbədinə böyük diqqət ayırmışdırlar. Belə ki, Tokuqava şoqunluğu məbədi Edo şəhərinin qoruyucusu hesab etmişdir. Bundan əlavə, məbəd şəhərin ən məşğul bölgəsində yerləşdiyi üçün Edo şəhərinin ən populyar məbədlərindən birinə çevrilmişdir.1868-ci ildə şintoizmlə buddizmin rəsmi olaraq ayrılmasına qədər məbəd Sanno Qonqen (山王権現) adı ilə də tanınmışdır. == Xüsusiyyətlər == Hər ilin 10–16 iyun tarixlərində məbəddə Sanno festivalı baş tutur. Bu festival Kanda məbədinin festivalı ilə birlikdə Tokio şəhərinin iki əsas məbəd festivalından biridir. == Qalereya == == İstinadlar == == Ədəbiyyat == Kodansha Encyclopedia of Japan (ingiliscə). III cild (G–I).
Yoşida-cinca
Yoşida məbədi (吉田神社, Yoşida-cinca) – Yaponiyanın Kioto şəhərinin Sakyo rayonunda yerləşən şintoist məbədi. 859-cu ildə Fucivara klanı tərəfindən qurulmuşdur. == Tarixi == Məbəd erkən Heyan dövründə imperiya himayəsində olmuşdur. 965-ci ildə İmperator Murakami Yaponiyanın qoruyucu kamisinə vacib məlumatları çatdırmaq üçün məbədlərə xəbərçatdıranlar yollamağı əmr etmişdir. Bu heyhakular əvvəlcə 16 məbədə xəbər çatdırmaq üçün nəzərdə tutulmuşdur. 991-ci ildə İmperator İçico Murakaminin siyahısına Yoşida məbədi də daxil olmaqla daha üç məbəd əlavə etmişdir.1871-ci ildən 1946-cı ilə kimi hökumət tərəfindən Kanpey-çuşa hesab olunurdu. Bu statusa malik məbədlər hökumət tərəfindən dəstəklənən ikinci dərəcəli məbədlər hesab olunurdu. Yoşida şintoizminin qurucusu Yoşida Kanetomo bu məbəddə dəfn olunmuşdur. == Həmçinin bax == Kiotodakı şintoist məbədlərinin siyahısı == İstinadlar == == Ədəbiyyat == Vikianbarda Yoşida məbədi ilə əlaqəli mediafayllar var. Breen, John and Mark Teeuwen.
İtsukuşima-cinca
İtsukuşima məbədi (厳島神社, İtsukushima-dzindza) - Yaponiyanın Hiroşima prefekturasında, İtsukuşima adasında (Miyacima) yerləşən şintoist məbədi. Məbəd 1996-cı ildən Ümumdünya irsinə daxil edilmişdir. Bina Yaponiyanın milli xəzinəsi elan edilmişdir. İlk məbəd ehtimala görə VI əsrdə, Susanoo tanrısının üç qızının şərəfinə inşa edilib. Məbədin hazırkı strukturu XVI əsrdə inşa edilib və 1168-ci ildə işlənən dizaynla yenilənib. İtsukuşima məbədinin ritual qapıları toriilər Yaponiyanın ən məşhur görməli yeri hesab edilir. Amanohaşidate dili \və Matsuşima körfəzi ilə yanaşı, adanın təpələrinin birindəki torii görünüşü "Yaponiyanın üç məşhur mənzərəsi" olaraq tanınır. Toriilər 1168-ci ildən mövcud olsa da, hazırkı görünüşü 1875-ci ilə təsadüf edilir. Toriilər kamfora ağacından hazırlanıb, hündürlüyü 16 metrdir.
Cincartala
Cincartala — Azərbaycan Respublikasının Balakən rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Cincartala Balakən r-nunun Hənifə i.ə.v.-də kənd. Balakən çayının sahilində, Alazan-Əyriçay çökəkliyindədir. Toponim cincar (bitki) və tala (ətrafa nisbətən fərqli sahə) sözlərindən düzəlib, "cincar otu bitən tala" mənasındadır. Kənd salındığı ərazinin adını daşıyır.
Cincavat
Cincavat — İrəvan quberniyasının Sürməli qəzasında kənd adı == Tarixi == Mənbədə Çinçavad kimidir. 1728-ci ilə aid mənbədə İrəvan əyalətinin Vedi nahiyəsində Çinçavat kimi qeyd olunmuşdur"Gelevan kəndinin yaxınlığında yerləşmişdir". Eramızın III əsrində şimaldan Gürcüstana gəlib məskunlaşmış Cinli tayfasının adını əks etdirir. Çin Bakurun başçılığı ilə gəlmiş bu tayfaya yaşamaq üçün Orbet (gürcücə "Qartal yurdu" deməkdir) verilmişdir. Cinlilərin başçıları da orta əsrlərdə həmin qalanın adı ilə Orbelianlar adlanmışdır. Cinlilər Orbet qalasını "Üç ox" adlandırmışlar ki, İndi gürcülər ona Şamşvilde (gürcücə "Üç ox" deməkdir) deyirlər. 1117-ci ildə Lori qalasına çəkilmiş Orbelianların çoxunu gürcülər qırmış, bir hissəsi Zəngəzura (o vaxt Sisakana) gəlmiş və xristianlığı qəbul etmişlərCinlilər həm də İndiki Çildır, Axalkalak və Axisxa bölgələrini əhatə edən Cavax əyalətində (gürcücə Cavaxeti) yaşadıqlarına görə Cin-Cavat (yə’ni "Cavaxetidə yaşayan cinlilər") adlanırdılar. Əgər Orbet qalası sonraki Şamşvildirsə və əgər Şamşvilde "Üç ox" mə’nasındadırsa, onda belə nəticə alınır ki, Çin Türküstanından gəldiklərinə görə Cinli adlanmış bu elin etnik adı Üç ox idi ki, bu da "Kitabi Dədə Qorqud"da oğuzlarının bir hissəsinin "Üç ox" adlanması ilə təsdiqlənir. Cinlilərin digər hissəsi erkən orta əsrlərdə Kür çayı sahillərində yaşayırdılar. XI əsrə aid mənbədə yazılır ki, Dvində oturan ərəb valisi Mərvan ibn Məhəmməd (685–705) 696-cı ildə xəzərlərə qarşı səfərə çıxaraq "Çenlərin ölkəsinə" Kür sahilinə gəlmiş, çayın sol sahilində yaşayan hökmdar Çin=Bakura elçi göndərərək, 90 min nəfər xidmətçi qadın tələb etmişdi.

"cinca" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#cinca nədir? #cinca sözünün mənası #cinca nə deməkdir? #cinca sözünün izahı #cinca sözünün yazılışı #cinca necə yazılır? #cinca sözünün düzgün yazılışı #cinca leksik mənası #cinca sözünün sinonimi #cinca sözünün yaxın mənalı sözlər #cinca sözünün əks mənası #cinca sözünün etimologiyası #cinca sözünün orfoqrafiyası #cinca rusca #cinca inglisça #cinca fransızca #cinca sözünün istifadəsi #sözlük