Cindağ sözü azərbaycan dilində

Cindağ

Yazılış

  • Cindağ • 100.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Cindağ
Cindağ (Ordubad) — Azərbaycanın Ordubad rayonu ərazisində dağ. Cindağ (Şahbuz) — Azərbaycanın Şahbuz rayonu ərazisində dağ.
Cindağ (Ordubad)
Cindağ — Azərbaycanın Ordubad rayonu ərazisində dağ. Zəngəzur silsiləsinin cənub-qərbində yerləşir. Parağa kəndindən 3,5 km. cənub-şərqdə yerləşir. Konusvari formadadır. Sıldırım yamaclıdır (hünd. 1779,4 m). Zəngəzur silsiləsinin suayırıcısındakı Səfərdərə (3826,4 m) yüksəkliyindən cənub-qərbə ayrılan Xoşkeşin qolunda zirvə. Üstüpü kəndindən 1,5 km şimal-qərbdədir. Orta Eosenin Lütet mərtəbəsinə aid Biləv lay dəstəsinin vulkanogen-çökmə süxurlarından təşkil olunmuş yastı zirvəli günbəzvari yüksəklikdir.
Cindağ (Şahbuz)
Cindağ — Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonu ərazisində dağ, Zəngəzur silsiləsinin qərb yamacında yerləşir. Gecəzur kəndindən 3.5 km cənub-şərqdədir (hünd. 2673,1 m). Zəngəzur silsiləsinin suayırıcısındakı Camal yüksəkliyindən (3204,3 m) qərbə ayrılan Toğluqaya qolunun şimal yamacında zirvə. Ağbulaq kəndindən 4 km cənub-şərqdədir. Alt pliosen yaşlı Biçənək lay dəstəsinin vulkanogen süxurlarını yaran eyniyaşlı dolerit və andezit-dasit tərkibli və izometrik formalı subvulkanik kütlənin əmələ gətirdiyi günbəzvari yüksəklikdir. Şimal və cənub-qərb yamacları orta pleystosenin flüvioqlasial çöküntüləri ilə örtülmüşdür. Tektonik cəhətdən Ordubad qarılma zonasının Şahbuz seqmentinin şimal-şərq cinahına aid Toğluqaya-Üçqardaş maili əyilməsinin hüdudlarında yerləşir. Konusvari formadadır, subvulkandır.

Oxşar sözlər

#cindağ nədir? #cindağ sözünün mənası #cindağ nə deməkdir? #cindağ sözünün izahı #cindağ sözünün yazılışı #cindağ necə yazılır? #cindağ sözünün düzgün yazılışı #cindağ leksik mənası #cindağ sözünün sinonimi #cindağ sözünün yaxın mənalı sözlər #cindağ sözünün əks mənası #cindağ sözünün etimologiyası #cindağ sözünün orfoqrafiyası #cindağ rusca #cindağ inglisça #cindağ fransızca #cindağ sözünün istifadəsi #sözlük