Cinqu sözü azərbaycan dilində

Cinqu

Yazılış

  • Cinqu • 100.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Cinqu
İmperatriça Cinqu (170, Kioto, Kioto prefekturası – 269, Kioto, Kioto prefekturası) — Yaponiya imperatriçası. == Həyatı == Cinqu 169-cu ildə anadan olub. Yaponiyanı 201-269-cu illərdə qədər idarə etmişdir. İmperator Çayın həyat yoldaşıdır. Bundan başqa, İmperatriça Cinqu ərinin ölümündən sonra 269-cu ildə oğlu taxta gələnə qədər ölkəyə rəhbərlik etmişdir. Yaponiya imperatorları siyahısına görə Yaponiyanı imperiya sistemi ilə idarə edən 15-ci hökmdardır. Amma bəzi mütəxəssislər əslində 15-ci hökmdarın oğlu olduğunu müdafiə edirlər.
Akama-cinqu
Akama məbədi (赤間神宮, Akama-cinqu) – Yaponiyanın Yamaquçi prefekturasının Şimonoseki şəhərində yerləşən şintoist məbədi. Qenpey müharibəsi zamanı öldürülmüş İmperator Antokuya həsr olunmuşdur. Meyci islahatına qədər buddist məbədi olmuşdur. == Tarixi == 1185-ci ildə baş verən və Qenpey müharibəsinin həlledici döyüşü olan Dan-no-ura dəniz döyüşündə Minamoto klanına məğlub olan Tayra klanının bir çox üzvü, eləcə də, 7 yaşlı İmperator Antoku suda boğdurularaq öldürülmüşdür. Antokunun nəşi tapılmış və Akamaqesekidə yerləşən bir buddist məbədinin yaxınlığında basdırılmışdır.1191-ci ildə İmperator Qo-Toba buddist məbədinin adını Amida məbədi olaraq dəyişdirmiş və Antokunun ruhuna dua etmək üçün memorial zalı tikməyi əmr etmişdir. 1875-ci ildə Meyci hökuməti məbədi şintoist məbədinə çevirmiş və adını Akama məbədi olaraq dəyişdirmişdir. == Xüsusiyyətlər == Məbəddə saxlanılan ən əhəmiyyətli əşya XIII əsrə aid olan "Heykenin nağılı" əsərinin əlyazmasıdır. Bu əlyazma "Naqato-bon" adı ilə tanınır.Məbədin illik festivalı hər ilin 7 oktyabr tarixində baş tutsa da, məbəd daha çox hər ilin 23-25 aprel tarixlərində keçirilən Senteysan festivalına görə tanınır. Bu festival İmperator Antokuya ehtiram göstərmək məqsədi ilə baş tutur. == Qalereya == == İstinadlar == == Ədəbiyyat == Kodansha Encyclopedia of Japan (ingiliscə).
Atsuta-cinqu
Atsuta məbədi (熱田神宮, Atsuta-cinqu) – Yaponiyanın Ayçi prefekturasının Naqoya şəhərinin Atsuta rayonunda yerləşən şintoist məbədi. Deyilənə görə əfsanəvi qılınc Kusanaqi bu məbəddə saxlanılır. == Tarixi == Əfsanəyə görə məbəd əfsanəvi döyüşçü Yamato Takerunun həyat yoldaşı tərəfindən IX əsrdən öncə tikilmişdir. Belə ki, Yamato Takeru Şərqi Yaponiyanı imperator hakimiyyətinə tabe etməyə çalışarkən Kusanaqi sayəsində möcüzəvi şəkildə sağ qalmışdır. Yerli əfsanəyə görə isə məbəd VIII əsrdə Çin imperatoru olmuş Syuan-tszunun sevimli məşuqəsi Yan Quyfeyə həsr olunmuşdur. Syuan-tszu Yaponiyanı işğal etmək planı qursa da, vaxtının çoxunu Yan Quyfeyə sərf etdiyi üçün Yaponiya xilas olmuşdur.808-ci ildə məbəd böyük populyarlıq qazanmağa başlamışdır, belə ki, həmin il ritualist İnbe no Hironari məbədin saraya qarşı olan laqeydliyinə etiraz etmişdir. Bu dövrdən etibarən məbəd ən yüksək dərəcəli məbəd olmuş və böyük ianələr qəbul etmişdir. Atsuta məbədi imperatorluq sarayının, XV əsrdən etibarən isə Muromaçi və Tokuqava şoqunluqlarının hamiliyində olmuşdur.Məbədin xüsusi statusu İmperator Meycinin 1868-ci ildə taxta çıxdığı vaxtda da tanınmışdır. Belə ki, bu zaman məbədə imperatorun nümayəndələri göndərilmişdir. Bu cür münasibət görən başqa bir məbəd təkcə Böyük İse məbədi olmuşdur.
Heyan-cinqu
Heyan məbədi (平安神宮, Heyan-cinqu) – Yaponiyanın Kioto şəhərinin Sakyo rayonunda yerləşən şintoist məbədi. Yaponiya imperatorları Kanmu və Komeyə həsr olunmuşdur. == Haqqında == Heyan məbədi 1895-ci ildə Heyan şəhərinin qurulmasının 1100 illiyi münasibətilə tikilmişdir. Məbəd Heyan şəhərinin qurulduğu dövrdə imperator olmuş Kanmuya və 1868-ci ildə Kiotoda oturan son imperator olan Komeyə həsr olunmuşdur. Məbədin haydeni və əsas darvazası Kioto sarayının orijinal binasının replikalarıdır.Məbəd bağçalarına görə tanınır. İllik festivalları 3 aprel və 30 yanvar tarixlərində baş tutur. 3 apreldəki festival İmperator Kanmuya, 30 yanvardakı festival isə İmperator Komeyə həsr olunur. Bunlardan əlavə, məbəd 22 oktyabr tarixində baş tutan Ciday festivalına sponsorluq edir. Bu tədbir münasibətilə Kioto şəhərinə bir çox ziyarətçi gəlir. == Qalereya == == Qeydlər == == İstinadlar == == Ədəbiyyat == Kodansha Encyclopedia of Japan (ingiliscə).
Kehi-cinqu
Kehi məbədi (氣比神宮, Kehi-cinqu) – Yaponiyanın Fukui prefekturasının Tsuruqa şəhərində yerləşən şintoist məbədi. Girişində yerləşən torii Yaponiyadakı ən böyüklərindən biridir. == Həmçinin bax == Cinquların siyahısı == Xarici keçidlər == Vikianbarda Kehi məbədi ilə əlaqəli mediafayllar var.
Meyci-cinqu
Meyci məbədi (明治神宮, Meyci-cinqu) – Tokionun Şibuya xüsusi rayonunda yerləşən şintoist məbədi. Məbəd İmperator Meyciyə və onun həyat yoldaşı İmperatriça Şokenə həsr olunub. Lakin imperatorun qəbri bu məbəddə deyil, Kiotonun cənubunda – Fuşimi-momoyamada yerləşir. == Tarix == İmperator Meycinin 1912-ci ildə ölməsindən ardından Yaponiya parlamenti onun Meyci islahatındakı rolunu xatirələşdirmək qərarına gəldi. Meyci və həyat yoldaşı Şokenin ziyarət etdikləri Tokiodakı bir süsən bağçası məkan kimi seçildi. Tikinti işlərinə İto Çuutanın başçılığı altında 1915-ci ildə başlanıldı və məbəd ənənəvi naqare-zukuri üslubunda tikildi. Məbədin tikintisi milli layihə idi və bütün Yaponiya boyunca gənclər və mülki təşkilatlar tikintidə köməklik göstərdilər. Məbədin əsası 1920-ci ildə qoyulsa da, məbədin özü 1921-ci ildə tamamlandı. 1926-cı ildə isə zəmini bitirildi. 1946-cı ilə qədər məbəd Kanpey-tayşa (官幣大社) statusuna malik idi.
İmperatriça Cinqu
İmperatriça Cinqu (170, Kioto, Kioto prefekturası – 269, Kioto, Kioto prefekturası) — Yaponiya imperatriçası. == Həyatı == Cinqu 169-cu ildə anadan olub. Yaponiyanı 201-269-cu illərdə qədər idarə etmişdir. İmperator Çayın həyat yoldaşıdır. Bundan başqa, İmperatriça Cinqu ərinin ölümündən sonra 269-cu ildə oğlu taxta gələnə qədər ölkəyə rəhbərlik etmişdir. Yaponiya imperatorları siyahısına görə Yaponiyanı imperiya sistemi ilə idarə edən 15-ci hökmdardır. Amma bəzi mütəxəssislər əslində 15-ci hökmdarın oğlu olduğunu müdafiə edirlər.

Oxşar sözlər

#cinqu nədir? #cinqu sözünün mənası #cinqu nə deməkdir? #cinqu sözünün izahı #cinqu sözünün yazılışı #cinqu necə yazılır? #cinqu sözünün düzgün yazılışı #cinqu leksik mənası #cinqu sözünün sinonimi #cinqu sözünün yaxın mənalı sözlər #cinqu sözünün əks mənası #cinqu sözünün etimologiyası #cinqu sözünün orfoqrafiyası #cinqu rusca #cinqu inglisça #cinqu fransızca #cinqu sözünün istifadəsi #sözlük