Citrus sözü azərbaycan dilində

Citrus

Yazılış

  • Citrus • 83.3333%
  • citrus • 16.6667%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Citrus
Sitrus (lat. Citrus) – sədokimilər (Rutaceae) fəsiləsindən bitki cinsi. Dünyanın subtropik və tropik zonalarında yayılmış. 40-dək növü (portağal, naringi, limon, qreypfrut, berqamot, sitron və s.) məlumdur. Sitrus bitkilərinin meyvələri dadına, tərkibindəki limon turşusuna, şəkər, C, P, B qrupu vitamnnləri, karotin (A provitamini) olmasına görə fərqlənir. Sitrus bitkilərinin meyvəsi yeyilir, ondan şirə, mürəbbə, kompot, cem, povidlo və s. hazırlanır. Yarpağı, çiçəyi və meyvəsinin qabıqından ətriyyatda, yeyinti sənayesində işlədilən efir yağı (2—3,5%) alınır. Sitrus bitkiləri şaxtaya az davamlıdır. Əsas sahələri ABŞ, Çin, Yaponiya, Hindistan, Pakistan, Avstraliya, Cənubi Amerika, Əlcəzair, Mərakeş, Aralıq dənizi ölkələridir.
Citrus aurantium
Mandarin (lat. Citrus aurantium) - sitrus cinsinə aid bitki növü.
Citrus bergamia
Berqamot ağacı (lat. Citrus bergamia) - sitrus cinsinə aid bitki növü.
Citrus grandis
Pompelmus (lat. Citrus grandis) — sədokimilər fəsiləsinin sitrus cinsinə aid biki növü. == Ümumi yayılması == Cənubi Çin, Tailand, Tayvan, Yaponiya, Vyetnam, Hindistan, İndoneziya,Taiti adalarında və İsraildə, az miqdarda ABŞ-da (Kaliforniyada) becərilir. == Botaniki təsviri == Hündürlüyü 15 m-dək olan, şarşəkilli çətirə malik həmişəyaşıl ağacdır. Yarpaqları iridir. Çiçəkləri ağ, diametri 3-7 sm-dir, tək və ya 2-10 ədədi topa şəklində çiçək qrupunda yerləşir. Meyvəsinin diametri 30 sm-ə çatır, qalın qabıqla örtülür, codtəhər arakəsmə ilə iri hissələrə bölünür, hər hissənin içərisində toxumları olur. Yetişmiş meyvələrin rəngi-açıq yaşıldan sarıyadək dəyişilir, ölcülərinə görə qreypfrutdan iridir, elastik liflərlə fərqlənir. Pomelonun meyvəsi sitruskimilərin arasında ən iridir. Qabığı əsasən qalındır.
Citrus limon
Limon (lat. Citrus limon) — Sədokimilər fəsiləsinə aid bitki növü. == Ümumi məlumat == Limon çox faydalı bitkidir. Azərbaycanın subtropik rayonlarında (Lənkəran, Astara və s.) son illərdə müvəffəqiyyətlə becərilir və onun əkin sahələri ildən-ilə genişləndirilir. Limonun vətəni qədim Hindistan torpağıdır. Əfsanəvi hindli yoqları onu sağlamlığın qorunmasında universal bir vasitə sayırlar. Onların dediklərinə görə hər adam özünü gündə bir limon yeməyə və bir limonun şirəsini içməyə öyrətməlidir. Güman edilir ki, "limon" sözü malay dilində bu meyvəni adlandıran "lerno" sözündən əmələ gəlib. Çində isə bu bitkini "limunq" adlandırırlar və tərcümədə bu "analar üçün xeyirli" deməkdir. 18-ci əsrdə İngilis donanmasında uzun səfər zamanı matroslara gündə 30 q limon şirəsi qəbul etmək məcburi sayılırdı ki, bu da onları sinqa xəstəliyindən qoruyurdu.
Citrus medica
Sitron (lat. Citrus medica) == Təbii yayılması == Qədimdən bəri bu növ Qərbi Hindistanda, Qərbi Asiyada və Aralıq dənizi ölkələrində geniş becərilir. == Botaniki təsviri == Hündürlüyü 3 m-dək olan kol və ya kiçik ağacdır. Zoğları və budaqları çılpaq, qoltuqlarda yerləşmiş, 3–5 sm uzunluğunda, tikanlıdır. Yarpaqları iri, uzunsov-oval, möhkəm, qısa saplaqlıdır. Böyüyən zoğların yuxarı yarpaqları al-qırmızı rəngli, yaşlı zoğları tünd yaşıldır. Çiçəkləri ağ, qırmızımtıl çalarlıdır, iri, tək və ya çiçək qruplarında yerləşir, ikicinslidir. Sitrus cinsinə daxil olan növlərdən meyvələrinin iri olmasına görə seçilir. Meyvələrinin uzunluğu 12–40 sm, diametri 8–28 sm-dir. Uzunsov, limon kimi sarı, bəzən narıncı rəngli, qalın (2,5–5 sm) qabıqlıdır.
Citrus nobilis
Naringi və ya Mandarin (lat. Citrus reticulata) – Sədokimilər fəsiləsinə aid bitki növü. Azərbaycanda becərilən əsas sitrus meyvələridir. == Təbii yayılması == Çində, Yaponiyada, ABŞ-nın şimal ştatlarında, Argentinanın cənubunda və Filippində mədəni əkin şəraitində becərilən bir çoх formaları mövcuddur. == Botaniki təsviri == Hündürlüyü 2–3 m-ə çatan, dağınıq çətirə malik kol bitkisidir. Budaqları tünd-yaşıl rəngli olub, çılpaqdır. Yarpaqları ellips və ya yumurtavari formada, tamkənarlı və ya sıх mişardişlidir, üstdən tünd-yaşıl, altdan isə açıq-yaşıldır. Yarpaq saplağı 2 sm-dir. Çiçəkləri ağ rəngli, ətirlidir, tək-tək və ya 2-5-i bir yerdə yerləşir. Subtropik və tropik iqlim qurşaqlarında ildə bir dəfə çiçəkləyir.
Citrus paradici
Citrus paradisi (lat. Citrus paradisi) – sitrus cinsinə aid bitki növü. == Təbii yayılması == Şimali Amerikanın subtropik rayonlarında geniş yayılmışdır. == Botaniki təsviri == Görünüşünə görə pompenusa çoх oхşayır. Ondan meyvəsinin хırda və basıqkürəvi olması, salхımda sıх yerləşməsi, həmçinin çiçək və yarpaqlarının хırdalığına görə də fərqlənir. Yarpaqlarının saplağı ürəkvarıdır, qanadlı deyildir, toхumları çoх rüşeymlidir. Meyvəsi çoх qalın qabıqlı, ləti isə ətirli, acıtəhərdir. == Ekologiyası == Şaxtaya davamsız, rütubətsevən bitkidir. Zəngin torpaqlarda yaxşı bitir. Azərbaycanda yayılması: Cənub zonasında mədəni halda rast gəlinir.
Citrus sinensis
Portağal (lat. Citrus sinensis) – Sədokimilər fəsiləsinə aid bitki növü. == Təbii yayılması == Dünyanın subtropik rayonlarının əksəriyyətində geniş sahələrdə becərilir. Vətəni Yeni Çin və Hind - Çindir. == Botaniki təsviri == Həmişəyaşıl, 7-12 m hündürlüyündə enli-piramidal çətirli ağacdır. Qabığı bozdur, cavan budaqları tikanlıdır. Yarpaqları uzunsov-yumurtavarı, uca doğru ensizləşən, kənarları hamar və ya az dişlidir; saplaqları zəif qanadlıdır. Çiçəkləri xırda, ağrəngli, ətirli olub, tək-tək və ya qoltuqlarda dəstə ilə yerləşmişdir. Kasayarpağı dəyirmi, bəzən kənarı kirpikciklidir, ləçəkləri ağdır. Erkəkciklər 20-25-i dəstə ilə birləşir, bəzi sortlarda erkəkciklər sterildir.
Citrus unschiu
Yapon mandarini (lat. Citrus unschiu) - sitrus cinsinə aid bitki növü.
Kinema Citrus
Kinema Citrus Co., Ltd. (株式会社キネマシトラス, Kabuşiki-qayşa Kinema Shitorasu) — 3 mart 2008-ci ildə təsis edilmiş Yaponiya animasiya studiyası. Studiya Suqinamidə, Tokioda yerləşir. Bisnes direktorları isə Muneki Oqasavara, Yuiçiro Matsuka və Masaki Taçibanadır. Əsas işləri 2009-cu ildə Bones ilə birgə yaratdıqları Tokyo Magnitude 8.0 və .hack//Quantum adlı 3 seriyalı OVA-dır. == İşləri == === Anime serialları === Tokyo Magnitude 8.0 (2009; BONES ilə birlikdə) Higepiyo (2009) Oshiri Kajiri Mushi (2012) Code:Breaker (2012) Yuyushiki (2013) Black Bullet (2014; Orange ilə birlikdə) Barakamon (2014) Is the Order a Rabbit??

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.04 dəfə / 1 mln.
2008 •••••••••••••••••••• 0.49
2010 •••• 0.09
2019 •••••• 0.14

Oxşar sözlər

#citrus nədir? #citrus sözünün mənası #citrus nə deməkdir? #citrus sözünün izahı #citrus sözünün yazılışı #citrus necə yazılır? #citrus sözünün düzgün yazılışı #citrus leksik mənası #citrus sözünün sinonimi #citrus sözünün yaxın mənalı sözlər #citrus sözünün əks mənası #citrus sözünün etimologiyası #citrus sözünün orfoqrafiyası #citrus rusca #citrus inglisça #citrus fransızca #citrus sözünün istifadəsi #sözlük