* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 [fars.] bax ciyərguşə. [Şeyx Amiri Şeyx Haşimiyə:] Mən də eşitmişəm, bilirəm ki, sənin ciyərparən, yeganə qız övladın misilsiz bir nazənindir. Ə.Məmmədxanlı. Sənin ciyərparəni mən sevirəm, nə olar? Göz gördü, könül sevdi, mənim nə günahım var. B.Vahabzadə.
Azərbaycan dilinin izahlı lüğəti / ciyərparə1 CİYƏRPARƏ (çox sevimli övlad) [Gövhər xanım:] Tam üç ildir ki, gözlərimin nuru, ciyərparəm, yurdumun çırağı, tək bir övladımın həsrətini çəkirəm (S.S.Axundov); CİYƏRGUŞƏ Vəzir: Hələ mənə bir möhlət ver ki, özümü xanın yanına yetirib sənin ciyərguşənin axırına çıxım.. (M.F.Axundzadə).
Azərbaycan dilinin sinonimlər lüğəti / ciyərparə1 сущ. ласк. ребёнок, дитя (по отношению к своим родителям), сын или дочь. Ana öz yeganə ciyərparəsini hərbi xidmətə yola saldı мать проводила на военную службу своего единственного сына (ребёнка)
Azərbaycanca-rusca lüğət / ciyərparə