Göbək ciyəsi
Göbək ciyəsi (lat. funiculus umbilicalis) — embrionu, daha sonra dölü bətnində cift vasitəsilə ana orqanizmlə birləşdirən xüsusi bir üzv. İnsanda onun uzunluğu 50-70 sm vä daha artıq olur. Bu da dölün ana bətnində (uşaqlıqda) sərbəst hərəkət etməsinə imkan yaratmış olur. Göbək ciyəsinin qalınlığı yeni doğulmuşda 2 sm olur. Onun xarici qişası ya örtüyü hamar və bir qədər parıltılıdır.
== Təşkili ==
=== Göbək arteriyaları ===
Göbək arteriyaları 2 ədəd olub, dölün daxili qalça arteriyalarından başlanğıc götürərək karbon qazı, metobolizm maddələrilə zəngin qanı ciftə çatdırır. Doğuşdan sonra boş qaldığına görə çapıq toxumasına çevrilərək göbək büküşünün əmələ gəlməsində iştirak edir.
=== Göbək venası ===
Göbək venası ilkin mərhələdə cüt olur. Sonradan sağ vena obliterasiya olunur, tutulur.